Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:13

Rusiya Kiyevdəki səfirliyin bir hissəsini Ukraynadan çıxara bilər


Rusiyanın Kiyevdəki səfirliyi
Rusiyanın Kiyevdəki səfirliyi

Xarici işlər naziri Sergey Lavrov bu addımı özünün sözləri ilə desək “anqlosaksların” guya Ukrayna ərazisində təxribatlar hazırlaması ilə əlaqələndirib

Rusiyanın Kiyevdəki səfirliyi diplomatik heyətinin bir hissəsinin Ukraynadan çıxarılması üzərində “fəal araşdırma” aparır.

Bu barədə məlumatı fevralın 10-da səfirliyin bir əməkdaşına istinadən dövlət TASS xəbər agentliyi yayıb.

Bundan əvvəl Britaniyanın xarici işlər naziri Liz Trassla Moskvada birgə keçirdiyi mətbuat konfransında xarici işlər naziri Sergey Lavrov demişdi ki, Rusiya XİN Kiyevdəki diplomatik missiyanın “qeyri-əsas” hissəsinin Ukraynadan çıxarılmasını tövsiyə edə bilər.

O bu addımı özünün sözləri ilə desək “anqlosaksların” guya Ukrayna ərazisində təxribatlar hazırlaması ilə əlaqələndirib.

Rusiya rəsmiləri, özəlliklə də Vladimir Putinin sözçüsü Dmitri PeskovSergey Lavrov son vaxtlar amerikalıları və britaniyalıları çox da nəzakətli səslənməyən “anqlosaks” sözü ilə adlandırırlar.

Lavrov diqqəti belə bir məqama çəkib ki, bundan əvvəl ABŞ da daxil bir sıra Qərb ölkələri buna bənzər addım ataraq öz diplomatik heyətlərinin bir hissəsini və onların ailə üzvlərini Ukraynadan çıxarıblar və öz vətəndaşlarına da Ukraynadan çıxmağı tövsiyə ediblər.

Rusiya rəsmiləri müdaxilə olmayacağını deyirlər

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Qərb ölkələri bu addımı Rusiyanın Ukraynaya mümkün hərbi müdaxilə təhlükəsi ilə əlaqədar atıblar.

Bu da qeyd olunmalıdır ki, bir çox Avropa İttifaqı ölkələri Ukrayndakı səfirlərini geri çağırmayıblar.

Rusiya bundan əvvəl özünün Kiyevdəki səfirliyinin təxliyə olunmayacağını bildirmişdi.

Lavrov sözü gedən mətbuat konfransında bir daha bəyan edib ki, bir hissəsi hazırda Belarusda olan Ruisiya qoşunlarının Ukraynaya müdaxilə etmək niyyəti yoxdur.

Onun sözlərinə görə Belarusdakı Rusiya hərbi birləşmələri təlimlər bitəndən sonra Rusiyadakı daimi xidmət yerlərinə qaydıdacaqlar.

Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin fevralın 10-da “Moskovski komsomolets”qəzetinə müsahibəsində deyib ki, “heç bir müdaxilə planı yoxdur və olmayıb”.

O əlavə edib ki, Qərbin Rusiyanın guya Ukraynaya müdaxilə edəcəyinə dair iddiaları isə “təxribatdır”.

Narışkin iddia edib ki, bəzi qüvvələr Ukraynanı Donbasda hücuma keçməyə təhrik edirlər.

XS
SM
MD
LG