Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

Bayden: Putinin nüvədən istifadə təhlükəsi realdır


V.Putin və A.Lukaşenko
V.Putin və A.Lukaşenko

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə zamanı taktiki nüvə silahından istifadəyə göstəriş verə biləcəyi təhlükəsini "real" adlandırıb.

"Reuters"in məlumatına görə, bunu C.Bayden iyunun 19-da Kaliforniya ştatında seçki kampaniyasının sponsorları ilə görüşdə bildirib.

"İki il əvvəl Kolorado çayının quruya biləcəyindən narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. Putinin taktiki nüvə silahından istifadə edə biləcəyindən narahat olduğumu deyəndə də mənə belə baxırdılar. Ancaq bu, realdır", - Bayden deyib.

Son bir ildə ABŞ-ın cənub-qərbi üçün əsas içməli su mənbəyi olan Kolorado çayının quruması ilə bağlı proseslər kəskinləşib. Bu, iqlim dəyişikliyi ilə izah edilir. ABŞ-ın bir neçə ştatı sudan istifadəni azaltmaq üçün bu il görünməmiş tədbirlərə başlayıb.

İyunun 17-də C.Bayden Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini kəskin tənqid edərək bu addımı "tamamilə məsuliyyətsizlik" adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi də nüvə silahlarının Belarusda qeyri-müəyyən müddətə yerləşdiriləcəyini bildirib.

Lukaşenko: 'Rusiya Belarus ərazisində taktiki nüvə bombaları yerləşdirir'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Xirosimaya atılandan üç dəfə güclü

Bundan əvvəl ABŞ ordusu və administrasiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar, hələlik, Rusiyanın nüvə zərbəsinə hazırlaşmasının əlamətlərini görmürlər. Onlar əlavə ediblər ki, ABŞ nüvə qoşunlarının döyüş hazırlığı səviyyəsini dəyişmək niyyətində deyillər.

Rusiya prezidenti Vladimir Putin bugünlərdə Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, ölkəsi öz doktrinasına uyğun olaraq - "dövlətin mövcudluğuna təhlükə yaranarsa", nüvə silahından istifadə edə bilər.

C.Bayden qitələrarası zərbələr üçün istifadə oluna bilən strateji nüvə silahından deyil, məhz taktiki silahdan - nisbətən kiçik gücə malik başlıqdan danışıb. Bununla belə, taktiki nüvə silahı da böyük dağıdıcı gücə malikdir. Aleksandr Lukaşenkonun sözlərinə görə, Belarusda yerləşdirilən Rusiya nüvə başlıqları 1945-ci ildə ABŞ-ın Xirosimaya atdığı bombadan üç dəfə güclüdür.

XS
SM
MD
LG