Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'


Pul
Pul

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov, «Aztelekom»un rəhbəri olmuş Məhəmməd Məmmədov və daha 8 nəfərin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Bakı Ağır Cinayətlər Məhkəməsində dekabrın 28-də keçirilən iclasda 20-dək şahid dindirilib.

«Azərpoçt»da təmir-tikinti işləri ilə məşğul olduğunu deyən şahid Ramiz Quliyev bildirib ki, nazirliyin tikinti işlərinə ayırdığı vəsaitin 35 faizi geri qaytarılırdı.

Buna da bax-Ə.Abbasov E.Mahmudovun oğlunun dostu ilə müqavilə bağlamaq göstərişi verib

«Transservis» şirkətinin rəhbəri Cəfər Namazov da oxşar ifadə verib. Deyib ki, 2010-cu ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığa başlayıblar. «Bir nəfərin xahişi ilə bizim şirkət əvvəlcə poçt şöbələrinin təmiri işlərinə başladı. Sonradan «Aztelekom»la əməkdaşlıq etdik. Orada təmir-tikinti işləri üçün ayrılan pulların 35 faizini baş mühasib Oqtay Rüstəmova verirdik. Sonradan bildim ki, verdiyim pullar qanunsuzdur», – şahid bildirib.

«Aztelekom»un baş mühasibi olmuş Oqtay Rüstəmov da hazırda mühakimə olunan 11 nəfərin arasındadır. O, şahidin doğru danışmadığını bildirib. Deyib ki, bu adamdan pul almayıb.

Buna da bax-Rabitəçilər işi: 'Nazir nə deyirdi, biz də onu eləyirdik'

«Azərpoçt» MMC-nin baş direktorunun müavini Sübhan Kazımov da şahid kimi ifadə verib. O, nazirliyin tabeliyində olan qurumlarda iş görmək üçün şirkətlərin seçilməsi haqda danışıb. Deyib ki, tenderlər nazirlikdən göstəriş verilmiş şirkətlər arasında keçirilirdi.

Qalan şahidlər isə prokurorluqda verdikləri ifadələri təsdiqlədiklərini deməklə kifayətləniblər.

Rabitəçilərin işi üzrə məhkəmə dekabrın 30-da davam etdiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG