Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:19

Qırğızıstanda AzadlıqRadiosunun blokdan çıxarılmasına çağırış edilir


Qırğızıstanda media azadlığı üçün keçirilən aksiyalardan birində: "Dil kəsməyə yox!"
Qırğızıstanda media azadlığı üçün keçirilən aksiyalardan birində: "Dil kəsməyə yox!"

Qırğızıstanda 120-dək ictimai xadim, yazıçı, aktyor, siyasətçi və fəal ölkədə Azattık adı ilə tanınan AzadlıqRadiosu saytlarının blokdan çıxarılması üçün prezident Sadır Japarov və başqa yüksək vəzifəli rəsmilərə müraciət edib.

Azattık Radiosunun saytlarına oktyabr ayından blok qoyulub.

Dekabrın 13-də dərc olunmuş açıq məktub habelə parlamentin spikeri Nurlanbek Şakiyevə, baş nazir Akılbek Japarova, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşıyevə, habelə qırğız cəmiyyətinə ünvanlanıb.

Azadlıq uğrunda mübarizə

Məktubda deyilir:

"Söz azadlığı qırğız xalqının əsrlər boyunca sevdiyi və mühafizə etdiyi təməl dəyərlərindəndir. ...Azattık Radiosunun müstəqil Qırğızıstanın yaradılması, əcdadlarımızın sovet dövründə uğrunda vuruşduğu və qırğız xalqının arzuladığı azadlıq üçün 70 ildə verdiyi töhfənin böyüklüyünü təsəvvürə gətirmək çətindir”.

Məktubda AzadlıqRadiosunun Qırğızıstandakı fəaliyyətinin tam bərpa olunmasına çağırış edilir.

Qırğızıstan hökuməti Azattık Radiosunun qırğız və rus dillərində internet saytlarını oktyabrın 26-da, radio Qırğızıstan-Tacikistan sərhədində baş vermiş toqquşmalara dair videoreportajı silməkdən imtina edəndən sonra bloklamışdı.

Rəsmilər iddia edirdilər ki, Azadlıq və “Amerikanın səsi” radiolarının birgə layihəsi olan CurrentTime telekanalının hazırladığı reportajda Tacikistanın mövqeyindən çıxış edilib.

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

AzadlıqRadiosu iddianı rədd edib

Hökumətin bu qərarı Saxta İnformasiyadan Mühafizə haqqında qanuna əsaslanırdı.

Bu qanun hələ avqust ayında qəbul edilərkən geniş beynəlxalq tənqidlərlə üzləşmişdi.

Həmin vaxt Azattık Radiosunun Bişkekdəki bank hesabı dondurulmuş və xidmətin 11 jurnalistinin akkreditasyası ləğv edilmişdi.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Ceymi Flay (Jamie Fly) hökumətin sözü gedən reportaj barədə iddiasını rədd etmiş və bildirmişdi ki, videoya yoxlama baxışı onun radionun standartlarını pozmadığını göstərib.

AzadlıqRadiosu hökumətin qərarından apellyasiya şikayəti verib.

Qırğzıstan hökumətinin qərarını bundan əvvəl yerli jurnalistlər, hüquq müdafiəçiləri və insan haqları fəalları tənqid etmiş, onun ləğv olunmasına çağırmışdılar.

XS
SM
MD
LG