Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Qazaxıstan hökumətindən insan haqlarına hörmət tələb edilir


Amnesty International və Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatları Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıblar

Amnesty International və Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatları Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıblar.

Qazaxıstanın Almatı şəhərində ötən həftə baş vermiş etiraz və iğtişaşların ardınca 10 minədək saxlanan var.

Özünün yanvarın 13-də açıqlanmış 2022-ci il Dünya Hesabatında (World Report 2022) HRW bildirir ki, Qazaxıstanın hakimiyyət orqanları böhran zamanı vətəndaşların insan haqlarını qoruya bilməyib.

Təşkilat hökuməti saxlananların hüquqlarına hörmət göstərməyə və xəbərdarlıqsız atəş açıb öldürmək əmrinin ləğvinə çağırıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson deyib ki, “onlarca, bəlkə də yüzlərlə insanın öldürülməsi və minlərlə insanın saxlanması ilə Qazaxıstanda insan haqlarının vəziyyəti kəskin narahtlıq doğurur”.

Rusiya əsgərləri Qazaxıstandan çıxarmağa başladığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bundan bir gün əvvəl Amnesty International Qazaxıstanı hadisələr zamanı və ondan sonra saxlanmış bütün jurnalist və fəalların azad olunmasına çağırmışdı.

Amnesty bildirirdi ki, beynəlxalq aləmdə tanınan cinayətlərə görə yox, Qazaxıstanın özünün ziddiyyətli sərbəst toplaşma qanunlarına görə qanunsuz saxlananların hamısı azad edilməlidir.

Təşkilat habelə Qazaxıstanı insan haqlarının pozulması ilə bağlı bütün halların araşdırılmasına çağırıb.

Etirazlar zamanı həlak olanların sayı dəqiq bilinmir və hökumət yalnız 18 hüquq-mühafizə orqanı əməkdaşının öldüyünü təsdiqləyib.

XS
SM
MD
LG