Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

Prezident Administrasiyasının rəhbəri vəzifəsi daha olmayacaq?


Birinci vitse-prezident Mehriban Əliyeva iclas zamanı. 09mart2017.
Birinci vitse-prezident Mehriban Əliyeva iclas zamanı. 09mart2017.

Bu gün, aprelin 25-də Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliklər ali inzibati və yardımçı vəzifələrin yeni dairəsini müəyyən edir.

Yeniliklər birinci vitse-prezidentin fəaliyyətini təmin edən strukturların, vəzifəli şəxslərin dairəsinin və digər məsələlərin müəyyən edilməsi ilə bağlıdır.

Parlament qanuna edilən dəyişikliklərin mətnini öz saytında açıqlayıb.

Buna da bax:​ Dövlət qulluğuna qəbulda dəyişiklik gözlənir

Dəyişikliklər idarəetmədə yeni strukturların, inzibati və yardımçı vəzifələrin yaradılmasını nəzərdə tutur.

Qanunun 11-ci maddəsinə dəyişiklik edilir. 11-ci maddə dövlət qulluğundakı inzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlıdır.

Dəyişiklik edilən 11.1.1.1-ci maddədə ali inzibati vəzifələr sadalanır. Yeni variantda “Prezident Administrasiyasının rəhbərinin vəzifəsi” sözləri əvəzinə “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi” sözləri yazılıb.

Buna da bax: N.Məmmədov: 'Ölkə uçurum qarşısında qalmışdı'

Bundan başqa, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ali inzibati vəzifələr sırasına daxil edilir.

“Dövlət qulluğu haqqında” qanunun 11.1.2.1-ci maddəsi də oxşar məzmunda dəyişdirilir. Həmin maddədə birinci təsnifata aid inzibati vəzifələr sadalanır. Ora da eyni qaydada Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi vəzifəsidaxil edilir.

Buna da bax:​ ‘Ramiz Mehdiyevin taleyi dövlət başçısının əlindədir’

Bundan başqa, “Dövlət qulluğu haqqında” qanunun 11.1.3.1-ci və 11.1.4.1-ci maddələrinə də dəyişiklik edilib. Həmin maddələrdən "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası" sözləri çıxarılır. Yeni variantda “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan” ifadəsi əlavə edilir.

Xatırlatma

2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Prezident İlham Əliyev fevralın 21-də M.Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Birinci vitse-prezident aparatının fəaliyyət istiqamətlərinin nədən ibarət olacağı, hələ ki, qanunvericilikdə dəqiq təsvirini tapmayıb.

XS
SM
MD
LG