Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:32

Putinin Ukrayna planları yumşalıb?


Putin bu barədə bəyanatlarını oktyabrın 14-də Qazaxıstanda keçirilən MDB sammitinin yekun mətbuat konfransında verib
Putin bu barədə bəyanatlarını oktyabrın 14-də Qazaxıstanda keçirilən MDB sammitinin yekun mətbuat konfransında verib

O habelə Ukrayna mədəniyyətinin ləğv edilməsinə qarşı olduğunu bildirib və deyib ki, Rusiyada çoxları Ukrayna musiqisini sevirlər

Prezident Vladimir Putin deyib ki, yaxın vaxtlarda, təxminən iki həftə müddətində Rusiyada bütün səfərbərlik tədbirləri başa çatacaq.

Onun sözlərinə görə indiyədək Rusiyada 220 min nəfər səfərbərliyə cəlb edilib.

Putin bu barədə bəyanatlarını Qazaxıstanda keçirilən MDB sammitinin yekun mətbuat konfransında verib.

Rusiya prezidenti bildirib ki, Moskva səfərbərliyə dair planlarını artırmaq niyyətində deyil və səfərbərlik 300 min nəfəri əhatə etməlidir.

Putin habelə səfərbərlərin Ukrayna cəbhəsində ilk ölüm xəbərlərini şərh edib.

O deyib ki, hazırda Ukrayna cəbhəsində 16 min yeni səfərbər var. Putin bildirib ki, səfərbərlər cəbhə xəttinə göndərilməzdən əvvəl təlim keçirlər.

Vladimir Putin habelə bəyan edib ki, Moskvaının Ukraynanı məhv etmək planları yoxdur.

O habelə Ukrayna mədəniyyətinin ləğv edilməsinə qarşı olduğunu bildirib və deyib ki, Rusiyada çoxları Ukrayna musiqisini sevirlər.

Yeni raket zərbələrinə ehtiyac görmür

Putin Ukryanın cənubunda ərazilərin ilhaq edilməsini Krımın su təchizatı ehtiyacları ilə izah edib. O bu barədə danışarkən qondarma referendumlar məsələsinə toxunmayıb.

Rusiya prezidenti bunu da bildirib ki, Ukrayna şəhərlərinə şiddətli raket zərbələrinin təkrar olunmasına ehtiyac görmür.

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Onun sözlərinə görə oktyabrın 10-11-də endirilmiş raket zərbələrindən məqsəd 29 infrastruktur obyektinin hədəflənməsi idi və bunlardan 22-si məhv edilib.

Putin bildirib ki, NATO qoşunlarının Ukrayna müharibəsində birbaşa iştirakı “qlobal fəlakətə” gətirib çıxara bilər.

O habelə deyib ki, hazırda ABŞ prezidenti Co Baydenlə danışıqlarda məna görmür.

XS
SM
MD
LG