Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

Putin nüvə silahına o zaman əl atar ki... – müsahibə


Nova Kaxovjka bəndi dağılandan sonra rezervuarda ölmüş balıqlar
Nova Kaxovjka bəndi dağılandan sonra rezervuarda ölmüş balıqlar

ABŞ-ın istefada olan briqada generalı Kevin Ryan hazırda Harvard Kennedi Məktəbinin Elm və Beynəlxalq Məsələlər üzrə Belfer Mərkəzinin aparıcı əməkdaşıdır. O, Ukraynadakı müharibə və digər qlobal hadisələrlə bağlı mütəmadi şərhlər verir.

AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Vaşa Tavberidzeyə müsahibəsində o, Dnepr çayı üzərindəki Nova Kaxovka bəndini kimin, hansı motivlə dağıtması, bu hadisənin Ukraynanın əkshücumu, yaxud digər döyüş planlarına necə təsir göstərəcəyi haqda fikirlərini bölüşüb.

Təhlilçinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın cənubunda, işğal edilmiş vilayətlərdə, yaxud ilhaq olunmuş Krımda quru körpüsünü itirməkdənsə, nüvə silahına əl atar.

Ümidsizlik aktı

Kevin Ryan deyir ki, Nova Kaxovka bəndinin dağıdılması tərəflərin heç birinin marağında deyil: “Əgər bəndi gerçəkdən də Rusiya dağıdıbsa, bu o deməkdir ki, Rusiya və hərbi liderlərinin Xersonun müdafiəsinə inamları azdır. Bu müdafiəni onlar yaydan bəri qururlar və genişləndirirlər. Onların yerinə olsaydım, ərazini suyla doldurmazdım. Ancaq məsələ bundadır ki, bu ərazidən hücumlar olunurdu və müdafiə bu hücumun qarşısını ala bilmirdi”.

“Əgər bunu rusiyalılar edibsə, ümidsizliyi göstərən hərəkətdir”, – o söyləyib.

Subasmanın Ukraynanın əkshücumuna necə təsir göstərəcəyinə gəlincə, Ryan deyir ki, bu, böyük hərbi qüvvənin Dnepri keçməsini çətinləşdirəcək: “Hətta çayı keçmək mümkün olsa belə, ərazi palçıqlı olacaq.. Bu isə regionda manevr imkanlarını çətinləşdirir. Bu, qısamüddətli təsirdir. Uzunmüddətli təsir isə sudan istifadə, su elektrik stansiyasının işində özünü göstərəcək. Hələ bu regiondan məhsul, ərzaq təchizatını demirəm”.

Rusiyalıların əli varmı

Rusiyalıların bəndin dağıdılmasında əli olmasına daha bir arqument budur ki, ilhaq olunmuş Krımın sərhədinə birbaşa marşrut kəsilib, ukraynalılar daha Xerson istiqamətində hücuma keçə bilməzlər, bunun üçün o qədər də real görünməyən amfibiya hücumu lazımdır. Jurnalistin bu ehtimalla bağlı sualını Ryan “korrekt düşüncə tərzi” adlandırıb:

“Bunun necə baş verməsinin üç mümkün ssenarisini göstərdim: Ukrayna, qəza, yaxud rusiyalılar... Bunun rusiyalılar olması variantı ilə razıyam, çünki onlar subasmadan ən böyük taktiki və əməliyyat faydası götürən tərəfdirlər”.

Təhlilçi bəndin dağılmasının istənilən halda Ukraynanın əkshücumuna təsir göstərəcəyi fikrilə razılaşır: “Ola bilsin, Ukrayna subasmanı öncədən görərək həmin ərazidə böyük hücum planlaşdırmayıb. Amma nə planlaşdırılıbsa, azından yavaşıyacaq”.

Krımın su təchizatına təsirə gəlincə, Ryan deyir ki, rusiyalıların illərlə bu problemi yoluna qoymağa çalışıblar, onlar şimaldan su gəlməsə də, bunun öhdəsindən bir müddət gələ bilərlər:

“Ancaq bəndin dağıdılması, hətta müharibə bu gün bitsə belə, su axınının bərpasını çətinləşdirəcək. Rusiyanın şimaldan suyu yenidən alması uzun müddət çəkəcək, bu isə təkcə əhaliyə və mülki icmalara deyil, Krım yarımadasında ordu və onun əməliyyatlarına da təsirsiz ötüşməyəcək”.

Nüvə silahı işə salına bilərmi

Ryan qeyd edir ki, Prezident Putin o zaman nüvə silahına əl atardı ki, quru körpüsünü, ələ keçirdiyi vilayətləri, Krımı itirmək üzrə olardı. Təhlilçi bu yaxınlarda bir məqalədə yazıb ki, Putin Ukraynada məğlubiyyətin qarşısını almaq üçün nüvə silahlarla əl atacaq. Amma qərb ekspertləri və təhlilçilərinin böyük əksəriyyəti bunu mümkün ssenari saymır. Ryan deyir ki, Moskva, Vaşinqton, Kiyev və NATO paytaxtlarındakı siyasi liderlər Putinin nüvə silahına əl atmaq bağlı təhdidlərinə o qədər də əhəmiyyət vermirlər.

“Məncə, bizim belə bir imtiyazımız yoxdur. Biz öncəni düşünməli, tibb hazırlıq, humanitar yardım, nüvə zonasına hərbi fəaliyyətlə bağlı hazırlıq görməliyik”, – deyən təhlilçi Qərbin Putini nüvə silahından çəkindiricək real bir şey təklif etmədiyini, yaxud göstərmədiyini vurğulayır:

“İqtisadi sanksiyalar onu dayandıra bilməyib... Katastrofik hərbi zərbə endirməyə Qərb hazır deyil, qüvvələrini səfər edərək sərhədlər daxilində hərəkətə gətirməyiblər... ABŞ hökuməti isə açıq deyib ki, Rusiya əsgərlərinə hücum edərək 3-cü Dünya müharibəsinə başlamayacaq”.

XS
SM
MD
LG