Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

‘Putinin aşpazı’ ABŞ-ın ‘ciyərini çıxardacağıq’ deyir


Yevgeni Projin Putinə xidmət göstərərkən (Arxiv fotosu)
Yevgeni Projin Putinə xidmət göstərərkən (Arxiv fotosu)

O Birləşmiş Ştatlarda seçkilərə müdaxilə etdiyinə görə sanksiyalar siyahısına salınıb və FTB tərəfindən beynəlxalq axtarışa verilib

Kremllə sıx əlaqəsi olan və “Putinin aşpazı” kimi tanınan peterburqlu sahibkar Yevgeni Priqojin ona aid qurumların ABŞ seçki kampaniyasına müdaxilə etdiklərinə dair ittihamları təsdiqləyib.

O Birləşmiş Ştatlarda seçkilərə müdaxilə etdiyinə görə sanksiyalar siyahısına salınıb və FTB tərəfindən beynəlxalq axtarışa verilib.

Priqojinin mətbuat xidməti noyabrın 8-də ABŞ Konqresinə keçiriləcək seçkilərin kampaniyasında trolların aktivləşməsi və bunların Rusiya ilə bağlı olduqlarına dair analitiklərin iddiaları barədə jurnalist sualına cavab verərkən bildirib:

"Yevgeni Viktoroviçin şərhini dərc edirik: "Mən sizə çox incə, nəzakətli cavab verəcəyəm və üzr istəyirəm ki, müəyyən məcazlarla danışacağam. Cənablar, biz müdaxilə etmişik, edirik və edəcəyik. Səliqəli, dəqiq, cərrahi və bacardığımız şəkildə özümüzə məxsus tərzdə əməliyyat aparacaq, iki böyrəyi və qara ciyəri eyni vaxtda çıxardacağıq”.

'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Analitiklər aşkar ediblər ki...

Noyabrın 3-də sosial şəbəkələrin kontentlərini təhlil edən Graphika şirkəti hesabat dərc etmişdi.

Həmin hesabatda iddia olunurdu ki, Rusiyanın internet-trolları Demokrat Partiyasını təhqir edən siyasi karikaturalar yayır.

Təhlilçilər oktyabrın 29-da Amerika ştatlarından olan namizədləri əks etdirən karikaturalar aşkar etmişdilər.

Söhbət iki partiyanın namizədləri arasında ən qızğın yarışın getdiyi Corciya, Ohayo, Nyu York və Pensilvaniyadan gedir.

Hesabatda qeyd olunurdu ki, bu karikaturalar NAEBC (Newsroom for American and European Based Citizens) qrupuna aid hesablarda yaradılıb.

Proqnozlar

Adı “ABŞ və Avropada yaşayan vətəndaşlar üçün xəbər şöbəsi” kimi tərcümə olunan bu qrupu Priqojinin Peterburdakı “troll fabriki” ilə əlaqələndirirlər.

Bu qurum internetdə Rusiyanın siyasi təbliğatı ilə məşğul olur.

ABŞ Konqresinə noyabrın 8-də keçiriləcək seçkilərdə hər iki palataya hansı partiyanın nəzarət etməsi məsələsi həll olunur.

Prezident Co Bayden prezidentlik müddətinin son iki ilində bu Konqres tərkibi ilə işləməli olacaq.

Qaragöl ətrafında yaşayan ermənilər: 'Axşamlar çaxır içirik ki, qorxmayaq'
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Seçkiqabağı sorğular respublikçıların demək olar şübhəsiz Nümayəndələr Palatasına nəzarəti ələ alacaqlarını göstərir.

Yuxarı palata olan Senata seçkilərdə partiyaların şansları təxminən bərəbər qiymətləndirilir.

Bundan başqa 36 ştatda qubernatorların seçkisi olacaq.

XS
SM
MD
LG