Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

“Kütləvi işəgötürmə”nin kökündə nə dayanır


Gəncədə iş axtaranların izdihamı
Gəncədə iş axtaranların izdihamı

►“İş yeri tapşırıqla yaradılmaz ki”

“Prezident göstəriş verib ki, bütün idarə və müəssisələr öz boş iş yerlərini Məşğulluq İdarəsinə təqdim etsin. Ciddi tapşırıq var ki, adamlar təcili bu iş yerlərinə göndərilsin”.

Mingəçevir Məşğulluq Mərkəzinin rəhbəri İsmayıl Məmmədov AzadlıqRadiosuna belə deyir.

Bir neçə gündür ki, ayrı-ayrı şəhər və rayonların Məşğulluq Mərkəzlərinə işsizlərin kütləvi axını müşahidə edilir.

Gəncədə fevralın əvvəlində təşkil edilən əmək yarmarkasına minlərlə adamın gəlməsi, yaranan basabas adamların çoxunu əliboş qoydu.

Hacıqabulda Məşğulluq Mərkəzinə toplaşanlar təklif edilən işlərin formal xarakter daşıdığından narazılıq etdilər.

Mingəçevir və Tovuzda da yerli işsizlərə iş təklif olunur.

Mingəçevirdə işsizlərin izdihamı
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

“Təkcə fevralda 700-dən çox adam işsizlik qeydiyyatına düşüb”

Mingəçevir Məşğulluq Mərkəzinin rəhbəri İsmayıl Məmmədov AzadlıqRadiosuna deyir ki, yanvarın 18-dən onlara müxtəlif dövlət qurumlarından vakant yerlər göndərilməyə başlayıb:

“Fevralın 4-dən bəri Tərtər Regional Qaz İstismar İdarəsi 90 boş iş yeri göndərib. Abadlıq işlərində çalışmaq üçün 100 nəfərə göndəriş vermişik. Yol, qaz, su idarələrində də boş iş yerləri üçün 200-ə yaxın adam göndərmişik. Ancaq hələ bilmirik ki, göndərdiyimiz adamların neçəsi işlə təmin olunub. Gün ərzində bizə 100 nəfərdən çox müraciət edir”.

Mingəçevir Məşğulluq Mərkəzində 1500-dən çox adam işsiz kimi qeydiyyata düşüb, onların 700-dən çoxu fevralda qeydə alınıb. İsmayıl Məmmədov əlavə edir ki, təklif edilən iş yerlərinin maaşı 120 manatdan 400 manata qədərdir, 450 iş yerindən 300-ə yaxını müvəqqəti xarakter daşıyır. İş axtaranlar isə, əsasən, gənclərdir: “Qadınlar da, ali təhsillilər də var”.

Gəncədə işsizlər izdihamı
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Dəmir Yolları 2 min işçi axtarır

Ölkədə kütləvi işçi axtaran dövlət qurumlarından biri “Azərbaycan Dəmir Yolları” idarəsidir. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzadlıqRadiosuna deyir ki, 2 min adamı işə götürməyə başlayıblar. Təklif olunan işlər, əsasən, fəhlə, qaynaqçı, mexanik vəzifələridir. Amma yollarda təmir-tikinti işləri olduğundan müvəqqəti xarakter daşıyırlar.

Birdən-birə “Dəmir Yolları” idarəsinin bu qədər işçiyə ehtiyacı nədən yaranıb?

Nadir Əzməmmədov deyir ki, qurum dəmir yollarındakı təmir-tikinti işlərini sürətləndirib.

“Dekabrda ixtisara getdilər, indi də iş yeri yaradırlar”

Ölkədə “kütləvi işəgötürmə” bumu yaşanmasını iqtisadçı Natiq Cəfərli inzibati yolla işsizliyi azaltmaq cəhdi kimi qiymətləndirir. O, diqqəti Məşğulluq Mərkəzlərində, daha çox dövlət idarələrinin iş yerləri təklif etməsinə yönəldir, özəl sektorun təkliflərinə, demək olar, rast gəlinmir:

“Yuxarıdan tapşırıq veriblər ki, yeni iş yerləri yaradılsın. Yeni iş yerləri iqtisadi hadisədir, tapşırıqla baş vermir. Ölkədə iqtisadi aktivlik, gəlirlər artarsa, yeni işçilərə ehtiyac yaranır. Kommersiya qurumlarına yeni iş yerləri lazımdırsa, yaradacaq, bu, tapşırıqla olmaz ki. Dövlət idarələrində isə vəziyyət o qədər bərbaddır ki, o qədər şişirdilmiş ştatlar vardı ki. Dekabrda ixtisarlarla bağlı göstəriş verilir, indi isə tam əksini yaşayırıq”.

Natiq Cəfərli hesab edir ki,dövlət qurumlarının ucdantutma iş yeri yaratması heç bir iqtisadi əsasa söykənmir:

“Metrologiya və Standartlaşma Komitəsi 300 yeni iş yeri yaradır. Yaxşı, indiyə kimi niyə yaradılmırdı bu iş yerləri? Bu komitənin işləməsi üçün nə qədər adama ehtiyac var? Varmı belə iqtisadi əsaslandırma? Yoxdur”.

İqtisadçı hesab edir ki, dayanıqlı iqtisadi modelə əsaslanmayan “kütləvi işəgötürmə” siyasətinin ömrü uzun çəkməyəcək. Natiq Cəfərli əlavə edir ki, bu siyasətin kökündə 2-ci devalvasiyadan sonra bölgələrdə ötən ay müşahidə edilən sosial etirazlar durur, ancaq o qədər də effektli olmayacaq.

Bölgələrdə isə izdiham hələlik yerli Məşğulluq Mərkəzlərinin qarşısında yaşanır.

Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

XS
SM
MD
LG