Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:17

Panama sənədlərini “sızdıran” mənbə bəyanat verdi


Panama Papers kimi tanınan 11 milyon ifşaedici sənədin yayılmasının arxasında duran şəxs cəzalandırılmayacağı vəd edilərsə, üzə çıxıb təhqiqata kömək edəcəyini bildirib.

Panama Papers kimi tanınan 11 milyon ifşaedici sənədin yayılmasının arxasında duran şəxs cəzalandırılmayacağı vəd edilərsə, üzə çıxıb təhqiqata kömək edəcəyini bildirib.

Bəyanatda deyilir ki, cəzalandırılmayacağına təminat verilərsə, o prokurorluq orqanlarına ofşor pulların sahiblərinin araşdırılmasında kömək etməyə hazırdır.

Mənbə bildirib ki, qanunsuzluğu sual doğurmayan əməlləri faş edən şəxs mühakimə oluna bilməz.

Panama hüquq firmalarının birindən sızdırılmış sənədlər dünyanın bir çox zəngin insanlarının, dövlət və hökumət başçılarının qanunsuz yollarla toplanmışsərvətlərini necə gizlətdiklərini ifşa edir.

Özünü qondarma John Doe adı ilə təqdim edən anonim deyir ki, sənədlərin orjinallarını prokurorluğa təqdim etməyə hazırdır. Bu ona görə mühümdür ki, bir sıra ölkələrin hüquq-mühafizə orqanları sənədlərin surətini sübut kimi tanımır.

Bundan başqa John Doe bildirib ki, jurnalistlər ona 11, 5 milyon sənədin hamısını araşdırmaq iqtidarında olmadıqlarını bilidiriblər, lakin o təhqiqat orqanlarına daha geniş miqyasda kömək etməyə hazırdır.

“Sərvətin ədalətsiz bölgüsünə” qarşı mübariz

Cümə axşamı yazılsa da, cümə günü səhərə qədər açıqlanmayacağına təminat verilmiş bəyanatda özünü John Doe adlandıran bir sıra şəxsi siyasi narahatlıqlarını da ifadə edib.

Alman jurnalist Frederik Obermaier anonim mənbə ilə çatda olduğunu təsdiqləyib
Alman jurnalist Frederik Obermaier anonim mənbə ilə çatda olduğunu təsdiqləyib

O deyib ki, mübarizəsinin başlıca hədəfi “gəlirlərin ədalətsiz bölgüsüdür”.

ABŞ mətbuatı yazır ki, bu bəyanat Obama administrasiyasının Panama sənədlərinin araşdırılması üçün göstəriş veriləcəyinə dair bəyənatı ilə eyni günə təsadüf edib.

“Bizim maliyyə sistemimiz varlı, qüdrətli və korrupsiyalılara öz aktivlərinin gizlədilməsi üçün şərait yaratmamalıdır – deyilir bəyanatda, - Heç kəs özü üçün ayrıca qaydalarla oynamamalıdır”.

Panama sənədləri əvvəlcə Almaniyanın “Süddeutsche Zeitung” qəzetinıə sızdırılmış və bu qəzet tərəfindən dünyanın aparıcı media qurumları ilə paylaşılmışdı.

“Süddeutsche Zeitung” qəzetinin əməkdaşları, anonim mənbə ilə şifrələnmiş çatda söhbət etdiklərini təsdiqləyiblər, lakin onun milliyyəti, cinsi və vətəndaşlığı barədə heç bir məlumat almadıqlarını deyiblər.

Putinin dostu, Əliyevlərin holdinqləri

“Süddeutsche Zeitung” Vaşinqtonda mənzillənmiş Beynəlxalq Təhqiqat Jurnalistikası Konsorsiumu ilə əməkdaşlıq edir. Bu konsorsiuma yüzədək media qurumu daxildir. Panama sənədləri mətbuat səhifələrinə ötən aydan hissə-hissə çıxarılmağa başlayıb.

Panama sənədlərində Əliyevlərin gizli holdinqləri barədə məlumatlar var
Panama sənədlərində Əliyevlərin gizli holdinqləri barədə məlumatlar var

Konsorsium bildirib ki, sözü gedən sənədlərdə 12 hazırkı və keçmiş döbvlət və höklumət başçılarının adları var. Bu sənədlərdə 200 dövlət və ərazi ilə əlaqəsi olan 214 min ofşor şirkətdən söhbət gedir.

“The New York Times” qəzeti yazır ki, indiyədək açıqlanmış sənədlərdə Rusiya prezidenti Vladimir Putinin uşaqlıq dostuna aid 2 milyard dollarlıq aktivlər, Azərbaycanda uzun müddət hakimiyyətdə olan Əliyevlər ailəsinin holdinqləri barədə məlumatlar var.

Mənbə nə indi, nə də keçmişdə heç bir hökumət, dövlət və ya casus təşkilatında çalışmadığını bildirib.

O həmçinin onda olan sənədləri götürməkdən çəkinən bir sıra tanınmış media qurumlarından məyusluğunu da yazıb.

XS
SM
MD
LG