Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:57

Mirziyoyevin böyük ailəsi- onun yaxın və uzaq qohumları necə varlanıblar


Şavkat Mirziyoev və ailəsi
Şavkat Mirziyoev və ailəsi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 9-da keçirilən seçkilərdə daha 7 il hakimiyyətdə qalmaq şansını əldə edib. AzadlıqRadiosunun Özbək Xidməti Mirziyoyevin hakimiyyəti dövründə özünün, həyat yoldaşının və az tanınan qohumlarından bəzilərinin necə varlandığını araşdırıb.

Araşdırmada səsvermə günü Şavkat Mirziyoyevin seçki məntəqəsində çəkdirdiyi fotoya diqqət çəkilir və onun ətrafındakı adamlarını hamısının prezidentin ailə üzvləri olduğu bildirilir.

Qeyd olunur ki, Mirziyoyevin solunda dayanan Prezident Administrasiyası rabitə sektorunun müdiri, böyük qızı Səidə Mirziyoyeva və onun həyat yoldaşı, ölkənin ən nüfuzlu iş adamlarından biri Oybek Tursunovdur. Onların arasında dayanan Mirziyoyevin mərhum atasının adını daşıyan 18 yaşlı Miromondur.

Prezidentin sağ tərəfində onun həyat yoldaşı Ziroaton Xoşimova və yeniyetmə oğlu Miralişirdir. Birinci xanımın yanında kiçik qızı, Milli Sosial Təminat Agentliyi direktorunun birinci müavini Şahnoz Mirziyoyeva və onun əri, prezidentin təhlükəsizlik xidmətinin faktiki rəhbəri, həm də biznesmen Otabek Umarovdur.

Amma araşdırmaçılar klan idarəçiliyinin bu fotodan çox kənara çıxdığını bildirirlər.

Mirziyoyevin böyük qızı Gülnaza Osmanovanın Daşkəndin Mirzo-Uluqbəy rayonundakı 324 saylı uşaq bağşanın direoktoru olduğu bildirilir. Həm də vurğulanır ki, qəribə görünsə də əslində bu uşaq bağçası o qədər də adi məktəbəqədər müəssisə deyil.

Beləki bu Cənubi Koreyadan olan universitet və şirkət tərəfindən təmir və təchiz edilmiş aparıcı uşaq müəssisəsidir. Bu bağçaya əvvəlcə Özbəkistan prezidentinin kiçik qızı Şahnaza Mirziyoyeva rəhbərlik edib.

Ölkənin sosial rifahı ilə bağlı geniş səlahiyyətlərə malik yeni vəzifə üçün onun iyunda istefa verdiyi bildirilir.

Üzə çıxarılan sənədlərinə görə, Gülnoza Omonovanın daha bariz gəlir mənbəyi Daşkənddəki IKEA-ya bənzər English Home mağazasıdır.

Bundan başqa Omonova, Daşkənddəki qaçaqmalçılıqla zəngin "Əbu Sahiy" bazarında logistika və ticarətdə əsas oyunçu kimi rolu əri Nadjim Abducabbarova etibar edib.

Omonovanın kiçik bacısı Ulduz Omanova 2018-ci ildən müxtəlif avtomobil modellərinin, eləcə də ağır avtomobillərin satışına lisenziya almış "Truck And Bus Trade Group" və "Turon Avto" şirkətlərinin sahibidir.

Ulduz Omonovanın əri Sardor Maxmudjonov avtosalonlara lisenziya verən dövlət avtomobil inhisarı olan "UzAuto Motors"-da yüksək vəzifə tutur. Onların hər ikisindən zəngin olan Omonovanın qayınatası Uktam Mahmudjonov uzun müddət Cizzaxdakı aparıcı futbol klubu olan “Soqdiana”nın sədri və sahibi, direktorlar şurasının üzvü və "BMB Trade Group"u sədrinin müşaviridir.

Bu şirkət Mirziyoyev prezident olduqdan cəmi dörd ay sonra yaradılıb və sürətlə kənd təsərrüfatı, tikinti və tullantıların idarə edilməsi kimi sektorlar üzrə genişlənib. Rəsmi sənədlər göstərir ki, şirkət dəyəri bir milyard dollardan çox olan 20-dən çox layihəni əhatə edib və Cizzax və Sırdərya rayonlarında minlərlə hektar münbit torpağa sahibdir.

Dövlət vəzifələrində çalışan prezident Şavkat Mirziyoyevin bacısı qızları
Dövlət vəzifələrində çalışan prezident Şavkat Mirziyoyevin bacısı qızları

Mirziyoyevin daha iki bacısı və bir qardaşının olduğu bildirilir. Qeyd olunur ki, bundan başqa yoldaşının qohumları da iqtisadiyyatın tikinti və qaz sektoru kimi strateji əhəmiyyətli sahələrində şirkətlərə sahibdirlər.

Pezidentin kiçik bacısı Mətlubə Mirziyoyevanın kürəkəni Əlişir İmomnazarov Mirziyoyev hakimiyyətə gələndən az sonra Baş Prokurorluğun müstəntiqlərinin işinə nəzarət idarəsinə rəhbər təyin olunub.

Prezidentin qohumlarından biri Əhəd Rəzzoqov Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyinin Daşkənd şöbəsinə rəhbərlik edir.

Qeyd olunur ki, "Əbu Səhiy" və "Oloy" kimi birinci ailənin külli miqdarda sərmayə qoyduğu yüksək gəlirli bazarların nominal olaraq dövlətə məxsus olduğunu nəzərə alınanda Əhəd Rəzzoqovun bu idarədəki rolu xüsusilə aktualdır.

Lakin prezidentin böyük bacısı İnobat Mirziyoyeva üçün hökumətdə daha qiymətli sərvət Özbəkistanın iqtisadi və maliyyə sektorlarına cavabdeh olan baş nazirin müavini Cəmşid Kuçkarovdur.

AzadlıqRadiosunun özbək mənbələri bildiriblər ki, İnobat Mirziyoyevanın nəvələrindən biri hazırda Cəmşid Kuçkarovun oğlu ilə evlidir ki, bu da Kuçkarovu faktiki olaraq toxunulmaz “super nazir”ə çevirib.

Ölkənin səhiyyə seçktoruna gəlincə araşdırmada iddia olunur ki, bu sahə prezidentin həyat yoldaşı Ziroatxon Xoşimovanın monopoliyasındadır.

Rəsmi sənədlər Xoşimovanın yeganə qardaşı Məhəmməd Xoşimovun son dörd ildə ən azı doqquz iri sənaye aktivində pay aldığını təsdiq edir.

Buxara bölgəsində onun ən böyük toxuculuq müəssisələrindən biridnin sahibi olduğu qeyd edilir. Vurğulanır ki, o, kreditlər üzrə aşağı faiz dərəcələrindən gəlir əldə etməklə bir sıra digər imtiyazlara malikdir.

Mirziyoyevin 39 yaşlı kürəkəni Maksud Umarov bu oyunda yeni olsa da sürətlə irəliləmkdə davam edir.

AzadlıqRadiosunun Özbək Xidmətinin bu ilin əvvəlində dərc edilən araşdırmasında qeyd olunur ki, Umarov Özbəkistanın ən böyük yeraltı ticarətçilərindən birinə çevrilib və bu işdə ona Şahnoza Mirziyoyevanın ərinin bir neçə qohumu yardım edir.

Onun əmilərindən biri Maksud Umarovun isə "Kokand biohim" içki zavodunun satış şöbəsinin müdiri olduğu bildirilir. Araşdırmalar isə əslində onun zavoda tam nəzarət etdiyini göstərir.

XS
SM
MD
LG