Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Özbəkistan liderinin kürəkəni Daşkənddə milyonlarca dəyəri olan gizli kompleks tikir


AzadlıqRadiosunun araşdırması müəyyən edib ki, Özbəkistan prezidentinin kürəkəni paytaxtda 20-yə yaxın evin söküldüyü və hətta ərazidəki yeganə məscidin köçürüldüyü qeyri-şəffaf yaşayış massivinin tikintisi ilə əlaqəlidir.
AzadlıqRadiosunun araşdırması müəyyən edib ki, Özbəkistan prezidentinin kürəkəni paytaxtda 20-yə yaxın evin söküldüyü və hətta ərazidəki yeganə məscidin köçürüldüyü qeyri-şəffaf yaşayış massivinin tikintisi ilə əlaqəlidir.

AzadlıqRadiosu özbək xidmətinin araşdırma yazısında deyilir ki, Özbəkistan prezidentinin kürəkəni Daşkəndin bahalı rayonunda çoxmilyonluq gizli yaşayış massivi tikdirir. Araşdırma nəticəsində bu layihəyə görə 20-dən çox yaşayış evinin söküldüyü aşkarlanıb.

Layihədən xəbərdar olan qaynaqlar qayınatası Şavkat Mirziyoyevin güvənlik xidməti rəisinin müavini işləyən Otabek Umarovun bu ərazidə yaşayan sakinlərə ərazini tərk etmələri üçün təzyiq göstərdiyini deyirlər. Hektaryarımlıq ərazidə tikilən dəbdəbəli yaşayış kompleksinin dəyərinin təxminən 20 milyon dollar olduğu bildirilir.

Mirziyoyev şəffaflığı artıracağına və islahatlar aparacağına söz vermişdi

Bu layihə Umarovun dövlət qulluqçusu kimi aldığı rəsmi maaşa uyğun gəlməyən nəhəng həcmdə sərvətə çıxışının olmasını göstərən çoxsaylı dəlillərdən biridir.

2016-cı ildə - keçmiş diktator İslam Karimovun ölümündən sonra hakimiyyətə gələn Mirziyoyev şəffaflığı artıracağına və islahatlar aparacağına söz vermişdi. Di gəl, AzadlıqRadiosunun çoxsaylı araşdırmaları Mirziyoyevin, öz qohumları da daxil, ona yaxın adamların gəlirli və qeyri-şəffaf dövlət layihələrindən qazanc götürdüyünü üzə çıxarıb.

Bu qohumlar arasında üzdə olan Umarovun 40 yaşı var. O, cəmiyyətdə Özbəkistanın siyasi və iqtisadi seçkinləri arasında səhnəarxası nüfuzlu vasitəçi kimi tanınır. Rəsmi dövlət vəzifəsindən başqa elə bir bilinən gəlir qaynağı olmasa da, Umarov tez-tez öz bahalı yaşam tərzini sosial mediada nümayiş etdirir. Bura bahalı saatlar və maşınlar da daxildir.

Bir neçə ili əhatə edən tarixi peyk şəkilləri Daşkənddə Umarovla əlaqəli gizli obyektdə evlərin sökülməsini göstərir. (Google Earth)
Gözlə

No media source currently available

0:00 0:00:14 0:00

Daşkəndin şimal-şərqində yerləşən Mirzo Uluqbek rayonunda tikilən yaşayış kompleksində, azı, 20 ev var. Umarovun özü əvvəllər xanımı - Mirziyoyevin kiçik qızı Şahnoza və uşaqları ilə birgə bu ərazidə yaşayıb.

2018-ci ildən bəri onun yaşadığı evin çevrəsindəki, azı, 20 ev sökülərək get-gedə böyüyən bütöv bir torpaq sahəsinə çevrilib. AzadlıqRadiosu özbək xidmətinin təhlil etdiyi peyk görüntülərindən bu torpaq sahəsində sement maşınları və digər tikinti avadanlığının işlədiyini görmək olar.

Meqaplan beş il öncə başlanıb

Məsələdən birbaşa xəbərdar olan bir keçmiş şəhər rəsmisi deyib ki, Umarov çevrədəki evləri ələ keçirməklə bağlı belə meqaplanına təxminən beş il öncə başlayıb. O, əvvəlcə boyun qaçırmaq gücündə olmayan sakinlərə evlərini ona satmağı təklif edib.

"Hərəsi yarım milyon, milyonyarım [dollara] olan o evləri aldıqdan sonra onların hamısını söküb, indi özünə saray tikir", - anonimlik şərtilə danışan keçmiş şəhər rəsmisi AzadlıqRadiosuna belə deyib.

AzadlıqRadiosu Daşkənddə çox sayda daşınmaz əmlak agenti ilə əlaqə saxlayaraq Umarovla bağlı olan kompleksin tikildiyi ərazidə daşınmaz əmlakın təxmini qiymətlərini öyrənib. Alınan bilgilərə görə, 100 kvadratmetr üçün qiymət təxminən 100 min dollardır. Peyk görüntüləri indi tikinti gedən ərazinin təqribən 1.5 hektar sahəsi olduğunu göstərir. Bu da toplam dəyərin təxminən 15 milyon dollar olması deməkdir. Ərazidə təxminən 20 evin olduğunu və hərəsinin bazar qiymətinin 500 min – 1 milyon dollar civarında olduğu nəzərə alınsa, buradakı evlərin toplam dəyərinin 20 milyon dolları keçdiyi düşünülə bilər.

Rəsmilərin verdiyi bilgilər, evlərin tədricən söküldüyünü göstərən peyk görüntüləri bu ərazidən köçməli olan ev sahiblərinin yaxınlarının müsahibələri ilə tutuşdurulub. Həmin evlərin ünvan və sahiblərinin adını AzadlıqRadiosu bilir, ancaq güvənlik məsələlərinə görə o bilgilər bu hesabatda açıqlanmır.

Umarovla əlaqəli kompleksin yaxınlığında yeni məscidin tikintisində işləyən yük maşınlarında AzadlıqRadiosunun əvvəlki araşdırmalarında qaçaqmalçılıq və pul qaçaqmalçılığının rəhbəri kimi ifşa olunan Xabibula Abdukadıra məxsus "Hyper Partners" şirkətinin loqosu var.
Umarovla əlaqəli kompleksin yaxınlığında yeni məscidin tikintisində işləyən yük maşınlarında AzadlıqRadiosunun əvvəlki araşdırmalarında qaçaqmalçılıq və pul qaçaqmalçılığının rəhbəri kimi ifşa olunan Xabibula Abdukadıra məxsus "Hyper Partners" şirkətinin loqosu var.

"Nə verirlər götür, ya da çıx"

Ev sahiblərindən birinin yaxını deyib ki, Umarov evlərini almaq istədiyi adamlara "nə verirlər, götür, ya da çıx" təklifi ilə yaxınlaşıb.

"Çox adam …böyük evini daha ucuz rayonlarda onun yarısı boyda olan köhnə evlərə dəyişməli olub", - həmin şəxsin sözləridir.

AzadlıqRadiosu bu iddianı təsdiqləyəcək sənədləri əldə edə bilməyib, amma bənzər iddianı məsələdən xəbərdar olan daha bir neçə qaynaq da səsləndirib.

Hökumətin rəsmi torpaq reyestrində bu ərazidəki torpaq sahələri sahiblərinin adları göstərilməsə də, köhnə bilgilərdən onlardan bəzilərinin adlarını tapmaq mümkün olub.

Bu bilgilər göstərir ki, 2022-ci ilin iyununda – o zaman artıq ərazidəki evlər sökülürdü – bu torpaq sahələrindən səkkizinin sahibi Özbəkistanın Cüdo Federasiyasının əməkdaşı Zafar Mamajonov olub. AzadlıqRadiosunun öncəki araşdırmaları onun Umarovla şəxsi və biznes bağlarının olduğunu üzə çıxarıb.

AzadlıqRadiosu bu layihə ilə bağlı Umarov, Mamaconov və Mirziyoyevin ofisinə, Özbəkistan Antikorrupsiya Agentliyinə yazılı şəkildə üz tutsa da, məqalənin dərc edildiyi tarixədək heç bir cavab almayıb.

Umarov Mirziyoyevin 2022-ci ildə təsdiqlədiyi dövlət qulluğu haqqında qanuna əsasən, gəlir və əmlak bəyannaməsi təqdim etməkdən azad olunan dövlət qulluqçularından biridir. Umarovun, eləcə də Mirziyoyevin digər qohumları və onların yaxın çevrəsinin sərvəti haqda açıq danışanlarsa qanunla təqib edilir, təzyiq və işgəncələrə məruz qoyulur.

Şohida Salomova
Şohida Salomova

"Şəhərin mərkəzində belə saray sizin nəyinizə lazımdır, cənab Umarov?"

Hökumətin hədəf aldığı tənqidçilərdən biri daşkəndli hüquqşünas və bloqer Şohida Salomovadır.

2022-ci ilin noyabrında paylaşdığı YouTube videosunda Salomova Umarovun adı ilə bağlı olan sözügedən tikinti haqda danışıb və Umarovun bu yaxınlarda 20 bahalı ev aldığını deyib. Salomova bu iddiaya aid hər hansı başqa detal və ya dəlil göstərməsə də, onun dedikləri peyk görüntüləri və AzadlıqRadiosuna danışan mənbələrin açıqlamaları ilə üst-üstə düşür.

"Şəhərin mərkəzində belə saray sizin nəyinizə lazımdır, cənab Umarov? Pulu haradan almısınız? Buna cavab verin, cənab Umarov. Mənə çox maraqlıdır", - Salomovanın videoda dediyi sözlərdir.

Videonun paylaşılmasından düz bir ay sonra - 2022-ci il dekabrın 18-də Salomova yoxa çıxıb. Üç gün sonra yaxınları Daşkənd polisinin onu tutub təcridxanada saxladığını öyrəniblər.

Ötən ilin fevralında Daşkənd məhkəməsi Salomovanı "ruhi baxımdan qeyri-sabit" elan edib və o, psixiatriya xəstəxanasına göndərilib. Hüquq fəalları onu cəza psixiatriyasının qurbanı adlandırırlar.

Bu ilin yanvarında Salomova Özbəkistan DİN-in nəzarətində olan psixiatriya dispanserinə köçürülüb. AzadlıqRadiosunun özbək xidmətinin bu məqaləni dərc etdiyi günədək DİN onun açıqlama xahişinə cavab verməyib.

Salomovanın nə zaman buraxılacağı və indiki sağlamlıq durumu bilinmir.

XS
SM
MD
LG