Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:18

Omikrondan xəstəxanaya düşmə halları az olub


John F. Kennedy Beynəlxalq Aeroportu
John F. Kennedy Beynəlxalq Aeroportu

Fransa Senatı yanvarın 12-də qadağaları sərtləşdirib

ABŞ-da aparılan ilkin araşdırma COVID-19 testi müsbət çıxmış 70 minə yaxın insanın omikron ştamından hospitalizasiya və ölüm riskinin xeyli az üzləşdiyini ortaya qoyub.

Təhlil Kaliforniya xəstəxana sisteminin 30 noyabr – 1 yanvar tarixlərini əhatələyən datası əsasında aparılıb. Həmin dövrdə koronavirusun həm delta, həm də omikron ştammları geniş yayılmışdı.

52 min nəfərdən heç biri...

Araşdırma omikrona yoluxanların xəstəxanaya yerləşdirilmə ehtimalının yarıbayarı azaldığını göstərib. Delta ştammı ilə müqayisədə onların reanimasiyaya yerləşdirilmə riski 75 faiz az, ölüm riski isə 90 faiz az olub. Nəticələr yanvarın 12-də açıqlanıb.

Omikrona yoluxanlardan 52 min nəfərdən heç biri süni nəfəs aparatına qoşulmayıb. Deltaya yoluxan 17 min nəfərdən 11-də bu tələbat yaranmışdı.

Tədqiqatda Cənubi Afrika və Britaniya daxil digər ölkələrdən yığılmış nəticələrdən də istifadə olunub. Həmin araşdırmalar omikrona yoluxlamaların daha yüngül keçdiyini, daha az ölümə səbəb olduğunu ortaya qoyub.

Xaraktercə yüngül

Nəticələr omikronun deltadan “xaraktercə az ağır” olduğunu göstərib. Yəni, ağırlaşma hallarının azalması təkcə daha çox adamın peyvənd olunması, yaxud virusa yoluxması ilə bağlı deyil.

Bu tədqiqat hələ elmi baxışdan keçməyib və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru nəticələr arxayınçılığa səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Dr. Roçel Valenski jurnalistlərə deyib ki, omikronun həddən artıq yoluxuculuğu Birləşmiş Ştatlarda səhiyyə sisteminin yükünü artırır.

Hazırda ölkədə günə ortalama 750 min yoluxma, 150 min hospitalizasiya, 1600-dən çox ölüm qeydə alınır.

Fransada qadağalar sərtləşdirilir

Fransada yerləşən “Institut Pasteur” isə yanvarın 12-də dərc olunmuş hesabatında omikrona yoluxmaların yanvarın ortasına pik həddə çatacağını bildirib. Qurum ayın ikinci yarısına hospitalizasiyalarda pik səviyyə gözləyir.

Yanvarın 11-də Fransada günə 370 minə yaxın yoluxmanın aşkarlandığı bildirilir. Yeddi günlük yoluxma səviyyəsi isə 283 mindən yuxarı olub.

Senat yanvarın 12-də qadağaları sərtləşdirib. Peyvənd vurdurmayanların restoranlara, mədəniyyət ocaqlarına, uzaq məsafəyə qatar və təyyarə ilə səyahətlərinə qadağa qoyulacaq.

Senat qadağaları xəstəxanalarda 10 mindən çox koronavirus xəstəsi olacağı halda sərtləşdirməyi qərara alıb. Hazırda ölkədə 24 minə yaxın pasiyent var.

Yanvarın 13-də Fransada müəllimlərin etirazı gözlənir. Onlar hökumətin məktəblərin pandemiyanın öhdəsindən gəlməsi, şagird və müəllimlərin yoluxmadan qorunmasından ötrü ardıcıl siyasətinin olmadığını deyirlər.

XS
SM
MD
LG