Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:28

Nardaranlı Hacı Natiqin məhkəməsi başlayır


Natiq Karimov
Natiq Karimov

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi məhkəmə icraatına verilib.

Turan xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsi-ndə keçiriləcək. Məhkəmə hazırlıq iclası yanvarın 10-na təyin edilib.

İşə hakim Eldar İsmayılov sədrliyi ilə baxılacaq.

Buna da bax: Nardaran ağsaqqalı Hacı Natiq atışmadan danışır

N.Kərimovun işinə Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovla birgə baxılacaq. Onların işləri eyni icraata verilib.

Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.

Buna da bax: 2-ci Nardaran işi: ''Bandotdel' bizə 10 gün 'qonaqlıq' verdi'

Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası verilib. Daha iki qrupun isə ayrılıqda məhkəməsi gedir.

N.Kərimovu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həmin hadisələrdən bir qədər sonra həbs ediblər. Dövlətə xəyanətdə günahlandırılan N.Kərimov daha sonra da ev dustaqlığına buraxılıb. O, ittihamı qəbul etmir.

Nardaran hadisələri vaxtı N.Kərimov mətbuat vasitəsilə yerli sakinləri zorakı üsullardan istifadə etməməyə çağırırdı. Bununla belə, o, daim Nardaranın sosial problemlərini qaldırıb.

İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovu da DTX yanvar ayında həbs edib. İ.Əhədov da dövlətə xəyanətdə (xarici ölkəyə casusluq) ittiham olunur.

Buna da bax: Рrоkurоr Таle Ваğırоvun ömürlük аzаdlıqdаn məhrum еdilməsini istədi

İ.Əhədov həbs olunan zaman DTX-nın açıqlamasında bildirilirdi ki, o, xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi, 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsi şübhəsi ilə saxlanıb.

XS
SM
MD
LG