Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

Dini dövlət qurmaq niyyətində suçlanan 17 nəfər


►"MTN-də işgəncələrə məruz qalmışam. Özləri nə istəyiblər, yazıblar"

Fevralın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində 17 sələfinin işi üzrə məhkəmə iclası keçirildi.

“Bizim məclisimiz də sizin məclisinizdən ayrıdır. Allah da buna şahiddir”, - təqsirləndirilən şəxslər nəzarətçilərin müdaxiləsinə baxmayaraq, birağızdan söylədiklərinə fasilə vermirdilər.

"DİNİ DÜŞMƏNÇİLİK, MƏNZİLƏ BASQIN, QƏTL"

17 sələfi silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik salmaqda, qəsdən adam öldürməkdə, oğurluqda, quldurluqda, terrorçuluqda və bir sıra başqa cinayətlərdə ittiham olunur.

Bu dəstəni əvvəl oxşar ittihamlarla mühakimə olunanlardan fərqləndirən odur ki, tərkibində günəmuzd fəhləsindən tutmuş müəllim, tarixçi, universitet məzununadək olub.

İttiham aktına görə, dəstə başçısı 36 yaşlı Nurəddin Xəlilov ilk cinayətini 17 yaşında törədib, Qobustan Qapalı Həbsxanasında cəza çəkib. Həbsxanada olduğu dövrdə dindar məhkumlarla dostluq münasibəti qurub, sələfi əqidəsi üzrə ibadət edib. 2012-ci ildə həbs müddəti başa çatıb və azadlığa buraxılıb. Sələfi təriqətinə mənsub şəxslərin əksəriyyəti ilə sosial şəbəkələrdə tanış olub.

İttiham aktında qeyd olunur ki, Nurəddin Xəlilov başına sələfiləri toplayaraq özünü “əmir” elan edib. “Umar abi Mucaid” ləqəbi götürüb. Təriqət üzvləri Müşfiq Mikayılov, Elçin Məmmədov, “Abduləziz” ləqəbli Zaur Əliyev, “Süleyman” ləqəbli Rufis Bəyimov, “Həmzə” ləqəbli Coşqun Kərimbəyli, “Abu İbrahim” ləqəbli Rəşad Həşimli ilə gah idman zallarında, gah da qardaşının kirayədə qaldığı mənzildə görüşlər təyin edib.

SƏLƏFİLƏRİN ANDI

İttiham aktına görə, qrupa daxil olan sələfilər belə and içib: “Bu yoldan döndü yoxdu, bu, Allahın buyruğudur, kafirlərin əmlakı və qanı halaldır”.

"Dəstə üzvlərinin məqsədi Azərbaycanda dini dövlət yaratmaq olub. Buna qədərsə başqa məqsədlər mövcud olub - imkanlı ailələrə basqınlar həyata keçirib qənimət əldə etmək." - ittihamnamədə qeyd edilir.

“İlk hədəf Mərdəkan qəsəbəsinin sakini Sərxan Allahverdiyevin evi seçilib. 2 il əvvəl evə basqın edərək gözətçi Gündüz Cəfərovdan mənzilin qapısını açmasını tələb ediblər. Gözətçi imtina etdikdə ona çoxsaylı bıçaq zərbələri vurublar. Evdən 850 manat və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar,” ittihamnamədə belə deyilir.

İttiham aktında növbəti cinayətin Qəbələdə törədildiyi bildirilir:

“Rayondakı “Soyuq bulaq” restoranının sahibi Vahid Vahabovun imkanlı şəxs olması barədə məlumat əldə etdikdən sonra 2 il əvvəl üzlərinə maska keçirərək mənzilinə soxulublar. Ev sahibini hədələyərək pul və qızlı-zinət əşyaları tələb ediblər. Ev sahibi onlara “pulum yoxdur, götür maşının açarlarını apar” deyəndə ona silahdan atəş açaraq qətlə yetiriblər”.

İttihamnamədə deyilir ki, Şamaxı rayonundan olan dəstə üzvü, “Xələf Sələfi” ləqəbli Xəlil Məmmədov rayonun Nağaraxana kənd icra nümayəndəsi Abi Həsənovun imkanlı şəxs olduğunu dəstə üzvlərinə çatdırıb. 4 avqust 2014-cü ildə gecə saatlarında evə basqın edərkən ev sahibi ov tüfəngindən xəbərdarlıq atəşi açıb, dəstə üzvləri qaçıb.

Dəstə üzvlərinə verilən ittihama görə, onlar daha bir neçə mənzilə basqın həyata keçiriblər.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“SURİYAYA GETMƏDİM, BIÇAQLADILAR”

Daha bir ittihamsa Elmir Seyidəhmədov adlı şəxsi Suriyaya göndərmək planları ilə bağlıdır. E.Seyidəhmədov bu barədə istintaqa danışıb:

“Onlardan “Osman” ləqəbli Samir Məmmədovla əvvəllər bir yerdə həbsdə olmuşuq. İki il əvvəl idman zalında məşq edərkən qarşılaşdıq. “Osman” dedi ki, “Camaat” yaradıblar, Nurəddini də “əmir” seçiblər, məqsədləri Azərbaycanda islam dövləti qurmaqdır. Buna görə dindarları “Camaata” cəlb etmək, sıraları genişləndirmək lazımdır. Mənə Suriyada döyüşməyi təklif etdi, dedi ki, “gəl səni Suriyaya döyüşə göndərək, orda Allah yolunda döyüşənlərə 20-25 min dollar verirlər”. Razılaşmadım və onlara qoşulmaqdan imtina etdim. Sözlərini yerə saldığım üçün 2014-cü ilin aprel ayının 14-də məni təkləyib döydülər, bıçaqla xəsarət yetirdilər”.

Təqsirləndirilən şəxslər isə ittihamları rədd edirlər.

“NƏ İSTƏYİBLƏR, YAZIBLAR”

Məsələn, İlqar Musayev ifadəsində ona elan olunmuş ittihamlarla razılaşmadığını, təqsirsiz olduğunu, ona verilən ittihamların birbaşa ssenari şəkilində MTN-də yazıldığını bildirib:

“İşgəncələrə məruz qalmışam. Özləri nə istəyiblər, yazıblar. Anamın gözü qabağında silahı evə qoyublar. Məni “terrorçu, quldur” adı ilə tutublar. Az keçmədi, onların quldur olduğu ortaya çıxdı. Mənə “terrorçu” dedilər, özləri indi mənimlə birlikdə Kürdəxanıda yatırlar”.

Təqsirləndirilən Anar Rzayev də ifadəsində heç bir günahı olmadığını, zərərçəkmişləri tanımadığını deyib.

Mənzilində öldürülən Vahid Vahabovun oğlu Rəşad Vahabov ifadəsində göstərib ki, təqsirləndirilən şəxslər onun atasını öldürüblər, anasını yaralayıblar. O, məhkəmədən həmin şəxslərə ağız cəza verilməsini tələb edib.

Məhkəmə prosesi davam edir.

Buna da bax...

Uşağın başını kəsdi...
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

XS
SM
MD
LG