Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:29

Lal-karlar üçün internat məktəbinin köçkünləri tualetə çöldə gedirlər


Köçkünlər yaşayan binadakı tualetlər (arxiv fotosu).
Köçkünlər yaşayan binadakı tualetlər (arxiv fotosu).

“4 mərtəbəli binadır. Hər mərtəbəsində 17-18 ailə yaşayır. Hər mərtəbədə 1 tualet, 1 mətbəx var. Ancaq insanlar istifadə edə bilmir. Çünki yuxarıdakı tualetdə ifraz olunanlar aşağıdakı tualetə damcılayır. Deyiləsi dərd deyil. Çox vaxt adamlar təbii ehtiyaclarını getdikləri yerlərdə, ya da küçədəki pullu tualetlərdə ödəməli olur. Mətbəxdənsə illərdir istifadə olunmur”.

Nizami rayonu, Şərifli küçəsində yerləşən lal-karlar üçün 3 nömrəli xüsusi internat məktəbinin binasının bir tərəfində məskunlaşan köçkün ailələri AzadlıqRadiosu-na çəkdikləri əziyyətlərdən danışırlar.

Buna da bax:​ Köçkün evləri: Divarlar dəmir laylardan, arakəsmələr kartondan...

YEMƏK, YATMAQ NÖVBƏYLƏDİ

İnternat məktəbin yan-yana iki binası var. 24 ildir ki, hər ikisinin bir tərəfini köçkünlər “məşğul edib”. Köçkün Tərlan Abışov deyir, 23 ildir ki, burada məskunlaşıb:

“Bacım, bacımın uşağı, mən, iki uşağım və yoldaşım – hamımız bir otaqda yaşayırıq. Süfrə arxasında növbəylə otururuq, yatıb-durmaq növbəylə... Biz burda məskunlaşanda dedilər, qısa müddətdə torpaqlarımıza qayıdacağıq. Məskunlaşmadan 24 il keçib, hələ də üzərimizdən köçkün damğası götürülməyib. Yaşayışımızdansa danışmağa dəymir”.

Buna da bax:​ Köçkün: 'Evsiz kənarda qalıb, evi olana birini də verirlər'

Ən çox əziyyəti isə binanın zirzəmisində məskunlaşan ailələr çəkir. Köçkün Zəka Ağayev sual edir:

“24 il zirzəmidə insan yaşayar? Zirzəmidə siçovul olar, siçan olar. 24 il zirzəmidə köçkün saxlamaq hökumətin vətəndaşına yanaşmasından irəli gəlir. Bizi, sadəcə, insan saymırlar, o üzdən də zirzəmidə siçovul kimi yaşamağımız onları narahat etmir”.

“GÖSTƏRİŞLƏR VERİLİB”

Köçkünlər ilk növbədə torpaqlarına qayıtmağı arzulayırlar. Bu da mümkün deyilsə, ən azı, ya inşa olunan şəhərciklərə köçürülmələrini, ya da məskunlaşdıqları bu binanın əsaslı təmir olunmasını istəyirlər.

Buna da bax:​ Köçkünlər: 'Tualetdə çimirik'

“Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, bu il və bundan sonrakı illərdə yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib. O bildirib ki, son illərdə 100-ə yaxın məcburi köçkün qəsəbəsi inşa edilib, 200 mindən çox məcburi köçkün bu binalara yerləşdirilib. Bu il yeni binaların tikilməsi üçün yerlər ayrılıb. Mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulub. Prezidentin sözlərinə görə, bu il Bakıdakı yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesinə başlanmasına tapşırıq verib.

XS
SM
MD
LG