Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:27

Manat niyə dəyərdən düşür?- Ekspert izah edir


Karikatura
Karikatura

►Real tələbatı yarım milyard dolları aşıb...

İyulun 30-da Dövlət Neft Fondu (DNF) hərraca 50 milyon ABŞ dolları çıxarıb və bu məbləği 29 banka satıb.

Bank sektorundan "Marja"ya verilən məlumata görə, iyulun 1-də bir dollar 1.5425 manat səviyyəsində olacaq.

Digər məlumata görə, hərracda real tələbat, iyunun 28-də olduğu kimi, yenə 500 milyon dolları keçib.

İyunun ortalarından - ABŞ Federal Ehtiyat Sisteminin son faiz artırmama qərarından bəri Azərbaycanın valyuta bazarında nisbi sakitlik yaranmışdı.

Di gəl, “Brexit” - Böyük Britaniyanın Avropa Birliyindən çıxma qərarı durumu dəyişib və rəsmi qurumların bütün təsəllilərinə baxmayaraq, dollara tələbat artmağa başlayıb.

“Qara bazar”da ABŞ dollarının dəyəri 1 manat 60 qəpiyədək yüksəlib. Hərraclarda bankların dollar istəyi yarım milyard həddini aşıb. İndi bur sual gündəmdə ayrıca yer tutur: Dollar nə vaxtadək bahalaşacaq?

“Banklar istədikləri dolları alanadək manat ucuzlaşmalıdır”

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov durumda hər hansı qəlizlik görmür:

“Hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və onun yalnız 10 faizi ödənilibsə, deməli, ən azı, banklar istədikləri dolları alanadək manat ucuzlaşmalıdır. Başqa sözlə, hətta MB-nin indiki müdaxilə səviyyəsində də manatla müqayisədə dolların bahalaşması qaçılmazdır. Axı bunu bazar tələb edir. Dollara bankların tələbi varsa, deməli, onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq, milli valyuta da nə qədər çox təklif edilirsə, dəyəri də o qədər aşağı düşür”.

“Manat, az da olsa güclənərsə…”

Ekspertin sözlərinə görə, bütün iqtisadi qanunauyğunluğun əksinə, manat bir az güclənərsə, bu, yalnız bazara inzibati müdaxilə yoluyla mümkün ola bilər:

“Xarici valyutaya mövcud tələbat heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Və ya MB öz ehtiyatlarını bazara çıxarıb dollara tələbatı ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank, hələlik, ehtiyatlarını qorumağa çalışdığından, mövcud şərtlər manatın dollar önündə dəyər itirməsini diqtə edir”.

XS
SM
MD
LG