Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Maliyyə Nazirliyi 15 milyon borc aldı


-

Aprelin 5-də Bakı Fond Birjasında keçirilən hərraca Maliyyə Nazirliyinin 15 milyon manat dəyərində qısamüddətli istiqrazları çıxarılıb.

Nazirlik məlumat yayıb ki, investorların hökumətin borc kağızlarına marağı təklifi qat-qat üstələyib. Onların təqdim etdikləri sifarişlərin nominal üzrə ümumi məbləği 56,5 milyon manat olub.

Nəticədə 15 milyon manat məbləğində dövlət istiqrazların gəlirliyi illik 12.1455 faiz müəyyən olunub. Onların dəyəri 3 aydan sonra odəniləcək.

Bu istiqrazların ödənilmə qaydası belədir ki, investor onu nominal qiymətindən ucuz alır, ödəniş vaxtı gələndə isə tam dəyərini alır.

Bu il keçirilən hərraclarda Maliyyə Nazirliyinin istiqrazlarının ən yüksək gəlirlilik faizi 17,7 faiz olub.

Nazirlik həm manat (400 milyon manat), həm də ABŞ dolları (500 milyon dollar) nominallı istiqrazlar buraxıb. Hələ ki, onların az bir hissəsi investorlara satılıb.

Buna da bax: Cəbhədəki əsgərlərə dəstək kampaniyası başladılıb

Cəbhədəki əsgərlərə dəstək kampaniyası başladılıb
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

XS
SM
MD
LG