Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:06

Krımda Ukrayna üçün potensial hərbi hədəflər hansılardır


Ukrayna qüvvələrinin vurduğu Krım körpüsündə bərpa işləri gedir
Ukrayna qüvvələrinin vurduğu Krım körpüsündə bərpa işləri gedir

Rusiyanın işğal etdiyi Krımın peykdən çəkilmiş son görüntülərində aerodromları, hava müdafiə sahələrini və gəmiləri görmək mümkündür. Müdafiə ekspertləri bu obyektlərin Ukrayna ordusunun əsas hədəfləri ola biləcəyini deyir.

Bir ay öncə Rusiya qoşunlarının Xerson şəhərindən geri çəkilməsindən sonra Krımın Rusiyanın Ukraynanın əsas ərazisinə hücumları üçün start meydançası kimi əhəmiyyəti daha da artıb.

Fevralın sonunda Ukraynaya hücum başlanandan bəri Rusiya ordusu dəfələrlə geri çəkilməli olub. Ancaq o hələ də Xerson, Zaporojye, Luhansk və Donetsk bölgələrinin ayrı-ayrı hissələrini öz əlində saxlamaqdadır. Ukrayna Prezidenti Volodımır Zelenski dəfələrlə Kiyevin məqsədinin ölkənin bütün ərazisi, o cümlədən Krım üzərində nəzarəti geri qaytarmaq olduğunu deyib.

AzadlıqRadiosunun “Krım.Realii” layihəsinin jurnalistləri yarımadada yerləşən 150-dən artıq Rusiya hərbi obyektinin göstərildiyi məlumat bazası yaradıblar. Onlar müdafiə təhlilçiləri və AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırmaçı “Schemes” layihəsi ilə birlikdə “Planet Labs” adlı ABŞ peyk görüntü şirkətinin ən yeni fotolarını nəzərdən keçirərək ən mühüm obyektləri qeyd ediblər.

Onlar bu görüntülərdə nə tapıblar?

Aviasiya

Peyk fotolarından görünür ki, Krımda yerləşən 10 aktiv hərbi aerodromdan biri olan Canköy noyabrın ortalarından bəri Rusiyanın cənubi Ukraynadakı əməliyyatlarının əsas logistika qovşağına çevrilib. Bura eyni zamanda hücum helikopterlərinin bazası rolunu oynayır.

Kiyevdə yerləşən Müdafiə Strategiyaları Mərkəzinin müdafiə sənayesi eksperti Viktor Kevlyuk Canköyün hazırda Ukrayna zərbələri üçün “ilk beşlikdə bir nömrəli hədəf” olduğunu deyir.

Ukrayna hərbi donanmasının keçmiş komandiri vitse-admiral İhor Voronçenko Canköyü Rusiya quru və hava qüvvələri üçün "əla baza” kimi xarakterizə edir. Onun sözlərinə görə, bu baza xüsusən də ordu aviasiyasının Ukraynanın cənubundakı “fəaliyyət radiusunu genişləndirir”.

Kevlyukun sözlərinə görə, Canköy aerodromunun vurulması Rusiya ordusunun cənubi Ukraynadakı logistika problemlərini daha da ağırlaşdırar, Xerson bölgəsində Ukrayna ordusu üçün “çox effektiv, vaxtında və ümumən faydalı” olardı.

Təhlilçilərin diqqətini cəlb edən iki digər hava bazası isə Simferopoldan 22 kilometr şimalda yerləşən Hvardiyske və liman şəhəri Sevastopolun şərqində yerləşən Belbek aerodromlarıdır. Sevastopol eyni zamanda Rusiyanın Qara dəniz donanmasının əsas məkanıdır.

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00


Dəniz donanması

Rusiya Ukrayna əhalisinə qarşı istifadə etdiyi “Kalibr” kruiz raketlərinin çoxunu Qara dəniz sularından – Krım sahillərindən atır. Dekabrın 5-də Prezident Zelenski deyib ki, Kiyev o raketlərin “yalnız dənizin dibində olması üçün” əlindən gələni edəcək.

“Kalibr” raketlərinin saxlanma yerləri məlum deyil. Ancaq Voronçenkonun sözlərinə görə, onlar Krımın cənub-qərbində yerləşən İnkerman dağındakı tunellərdə saxlanmış ola bilər. Keçmişdə Ukrayna da öz torpedolarını, mina və gəmi heyəti üçün ləvazimatlarını burada saxlayırmış.

"Bu tunellər çox möhkəm qorunur. Onları vurmaq çoxlu səy tələb edəcək”, – o deyir.

Raket əleyhinə, təyyarə əleyhinə şəbəkələr

Hərbi ekspertlər deyirlər ki, Krımda bu növ hədəflərin vurulması çətin ola bilər. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə buradakı S-300 və “Buk” təyyarə əleyhinə müdafiə sistemləri üzərində nəzarəti də ələ keçirmiş oldu. O zamandan bəri Rusiya bura təyyarə əleyhinə S-400 sistemləri, habelə “Bal” və “Bastion” sahil raket sistemləri də əlavə edib.

Ukraynanın əlində bütün bu bazaları məhv etmək üçün zəruri silahlar olmasa da, ekspertlər Kerç körpüsü və digər obyektlərdə olduğu kimi, Rusiya ordusunun zəif nöqtələrində partlayışların davam edəcəyini deyirlər.

XS
SM
MD
LG