Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

Karimovanın ‘qanunsuz’ qazandığı 10 milyon dollar Daşkəndə qaytarılıb


Gulnara Karimova
Gulnara Karimova

İsveçrə hökuməti 2020-ci ildə bildirib ki, Özbəkistanla imzalanmış, hüquqi qüvvəsi olmayan razılaşmaya görə, qaytarılan aktivlər “Özbəkistan xalqının mənfəətinə sərf olunacaq”

Fransa Özbəkistanın mərhum prezidenti İslam Karimovun həbsdə olan qızının “qanunsuz” qazandığı 10 milyon dolları Daşkəndə qaytarıb. Bu haqda Özbəkistan rəsmiləri açıqlama yayıb.

Ədliyyə Nazirliyinin fevralın 15-də bildirdiyinə görə, Gulnara Karimovaya məxsus bu vəsait 2020-ci ildə qaytarılıb.

Çoxtərəfli etimad fondu

Nazirlik əlavə edir ki, İsveçrə, Birləşmiş Ştatlar, Fransa, Rusiya və digər ölkələrlə əməkdaşlıq edətək Karimovanın “kriminal fəaliyyətlə qazandığı” aktivlərin qaytarılmasına çalışır.

Sonuncu belə danışıqların fevralın 11-də Özbəkistan və İsveçrə rəsmiləri arasında aparıldığı qeyd edilir.

“Tərəflər danışıqlarda BMT ilə çoxtərəfli etimad fondu yaratmağa razılaşıblar. Fond Gulnara Karimovaya qarşı istintaq çərçivəsində məhkəmə qərarıyla müsadirə olunmuş aktivlərin qaytarılmasına çalışacaq... Hazırda 131 milyona dollara yaxın aktiv Özbəkistana transfer olunmağa hazırdır”, – nazirlik bildirir.

Rusiya, İsveçrə

Məlumata görə, Rusiyadakı Moskva Şəhər Məhkəməsi Özbəkistan məhkəmələrinin Karimovanın xaricdəki aktivləri və əmlakıyla bağlı qərarlarını tanıyıb və Rusiya rəsmiləri Moskvada ona məxsus əmlakın ləğvi və Özbəkistana qaytarılmasının mümkünlüyünü araşdırır.

İsveçrə hökuməti 2020-ci ildə bildirib ki, Özbəkistanla imzalanmış, hüquqi qüvvəsi olmayan razılaşmaya görə, qaytarılan aktivlər “Özbəkistan xalqının mənfəətinə sərf olunacaq”.

İsveçrə 2012-ci ildə Karimovaya qarşı cinayət təqibi ilə əlaqədar 800 milyon İsveçrə frankını (864 milyon dollar) dondurub. Bu vəsaitin 131 milyon dolları 2019-cu ildə müsadirə olunub.

Karimovanın 2017-ci ildə saxlandığı bəyan ediləndən sonra Daşkənd xarici yurisdiksiyalardan 1 milyarddan çox vəsaitin məsələsini qaldırıb.

Vaxtilə atasının mümkün varisi hesab olunan Karimova 2014-cü ildə, hələ atasının sağlığında Daşkənddə ev dustağı edilib. Karimov 2016-cı ildə vəfat edib, onun yerinə Şavkat Mirziyoev keçib.

Özü 686 milyon dollar qaytarmağı təklif edirdi

Bur sıra ölkələrdə təhqiqatlar Karimovanın nəhəng, illərlə davam etmiş rüşvət mexanizminə bağlılığını ortaya qoyub. Sxem əsasən Özbəkistanın cəlbedici bazarına çıxış əldə edən telekommunikasiya şirkətlərini əhatələyib.

2017-ci ilin dekabrında o, 10 il həbsə məhkum edilib. Sonradan cəza ev dustaqlığı ilə əvəzlənib və beş ilə salınıb. Amma Karimova 2019-cu ilin martında ev dustaqlığının şərtlərini pozmaqda suçlu bilinərək yenidən həbsə qaytarılıb.

Karimova 2020-ci ilin fevralında Mirziyoevə məktubunda yazırdı ki, ona qarşı cinayət işinin ləğvi əvəzində ölkə xəzinəsinə 686 milyon dollar qaytara bilər.

Amma bundan bir ay sonra o, pul qoparma, çirkli pulyuma və digər cinayətlərdə təqsirli bilinərək əlavə 13 il dörd ay həbsə məhkum edildi.

XS
SM
MD
LG