Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

Quranı yandıran rusiyalı təcridxanada Kadırovun oğlu tərəfindən döyüldüyünü deyir


Nikita Juravel
Nikita Juravel

Quranı yandırdığına görə Rusiyanın Volqoqrad şəhərində həbs edilmiş Nikita Juravel Qroznı təcridxanasında Çeçenistanın başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu tərəfindəmn döyüldüyünü bildirib.

Belə bir şikayətin alındığını Çeçenistan Respublikasının insan haqları üzrə müvəkkili Mansur Soltayev də təsdiq edib.

Soltayev bildirib ki, ona bu işlə məşğul olmağı Rusiya ombudsmanı Tatyana Moskalkova həvalə edib. Bunu Moskalkovanın özü də təsdiq edir:

"Mənim adıma müvafiq müraciət daxil olub. Mən təcridxanaya şəxsən baş çəkmişəm...Söhbət zamanı Nikita mənə dedi ki, Çeçenistanın rəhbəri ona baş çəkib. Amma Ramzan Axmatoviç gedəndən sonra onu kamerada Adam Kadırov döyüb”.

Bugünlərdə Juravelin döyülməsi barədə iqtidaryönlü “ÇP Vaynax” və “ÇP Qroznı” pablikləri də xəbər vermişdilər.

Onlar Penitensiar xidmətə istinadla eyni mətni dərc etmişdilər.

İslam dinini qəbul etdirmək istəyiblər

“Qroznı İnform” Juravel tərəfindən yazıldığı deyilən müraciətin fotosunu dərc edib.

Onun sözlərinə görə Ramzan Kadırov Juravellə təcridxananın kamerasında görüşərək onun “İslam dinini qəbul etməsi məsələsindən” danışıb.

Juravel yazır ki, Kadırov gedəndən az sonra onun oğlu gələrək onu kamerada döyüb.

Juraveli Volqoqradda həbs etdikdən sonra Çeçenistandakı təcridxanaya gətiriblər.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Axmed Dudayev demişdi ki, Juraveli Çeçenistanda mühakimə edəcəklər və o məhkum edilərsə, cəzasını da burada çəkəcək.

Ramzan Kadırov məhbusun oğlu tərəfindən döyülməsi barədə hələ ki, heç bir açıqlama verməyib.

Bastrıkinin əmri

Quranın Volqoqradda yandırılmasını görüntüləyən video sosial şəbəkələrdə mayın 19-da yayılmışdı.

İki gündən sonra hüquq-mühafizə orqanları Ukrayna doğumlu yerli sakin Nikita Juravelin saxlandığını bildirmişdilər.

Juravel yemək məhsullarının çatdırılması ilə məşğul kuryer kimi çalışırdı. Onun Volqoqrada ilhaq edilmiş Krımdan köçdüyü məlumdur.

Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Juravelin Çeçenistana verilməsinə göstəriş vermişdi.

Bundan sonra tezliklə 19 yaşlı gənci Çeçenistana gətirmişdilər.

Rusiya hakimiyyət orqanları bildiriblər ki, Juravel məhkəmədən sonra cəzasını Çeçenistanda çəkəcək.

Kadıdovun oğulları (soldan sağa) - Eli, Adam və Axmat
Kadıdovun oğulları (soldan sağa) - Eli, Adam və Axmat

Kadırovun oğlanları

Ötən ilin oktyabrında Ramzan Kadırov iddia etmişdi ki, onun yetkinlik yaşına çatmamış üç oğlu – Axmat, Eli və Adam Ukraynada gedən döyüşlərdə iştirak ediblər.

Bu iddiasının sübutu kimi o pulemyot və qumbaraatandan atəş açan oğlanlarının videosunu paylaşmışdı.

Çeçenistan müxalifətinin teleqram kanallarında deyilirdi ki, videonun arxa cəbhədə çəkildiyi ehtimal olunur.

Mart ayında Kadırovun iki oğlu – 17 yaşlı Axmat və 15 yaşlı Adam “Terrorizmlə mübarizədə fərqlənməyə görə” ordeni ilə təltif ediliblər.

Bu barədə məlumatı Axmed Dudayev vermişdi.

XS
SM
MD
LG