Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:29

İsrail Haniyəyə görə Türkiyəyə etiraz notası verib


İsrailin xarici işlər naziri İsrael Kats
İsrailin xarici işlər naziri İsrael Kats

İsrail avqustun 2-də Türkiyə səfirinin müavinini etirazını bildirmək üçün Xarici İşlər Nazirliyinə dəvət edib.

Reuters agentliyi yazır ki, buna səbəb HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin qətlinə görə Tel-Əvivdəki Türkiyə səfirliyində bayrağın matəm əlaməti olaraq yarıyadək endirilməsi olub.

İsrail xarici işlər naziri İsrael Katsın bəyanatında deyilir ki, “İsrail Dövləti İsmayıl Haniyə kimi qatilin ölümü ilə bağlı hər hansı hüzn ifadəsinə dözməyəcəkdir”.

Haniyə Tehranda İran prezidenti Məsud Pezeşkianın inauqurasiyasında iştirakdan sonra qətlə yetirilib.

İsrail bu qətl üçün üzərinə rəsmən heç bir məsuliyyət götürməyib, lakin İran, HƏMAS və Hizbullah da daxil müttfiqləri ilə birlikdə qətlə görə İsraili ittiham edib və qisas alınacağını bildirib.

Ankaradan reaksiya

Reuters yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 2-ni Haniyə üçün milli matəm günü elan edib.

Katsın bəyanatında deyilir ki, Haniyə oktyabrın 7-də 1200 israillinin və əcnəbinin ölümü və 250-dən çox girovun Qəzzaya aparılması ilə nəticələnmiş basqın zamanı HƏMAS-ın lideri olub.

Türkiyə XİN-in sözçüsü Öncü Keçeli Katsın bəyanatına X sosial media platformasında cavab verib:

"Siz danışıqçıları qətlə yetirmək, diplomatları hədələməklə sülhə nail ola bilməzsiniz”.

Reuters yazır ki, İsrail və Türkiyə arasında münasibətlər Qəzzada müharibə başlanandan sonra kəskin pisləşib.

Bu müharibədə 39 min fələstinlinin həlak olduğu bildirilir.

XS
SM
MD
LG