Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Rusiyada Ukraynaya görə bir iranlı turist və bir azərbaycanlı cəzalandırılıb


Ukrayna bayrağı və gerbi
Ukrayna bayrağı və gerbi

Moskvada Tverskoy rayon məhkəməsi 30 yaşlı iranlı turist Hidari Hosiyanı Rusiya ordusunun gözdən salınması maddəsi ilə 50 min rubl (561 dollar) cərimə edib.

Onun əynində Balenciaga firmasının üzərində Ukraynanın bayrağı olan köynəyi vardı.

Astra saytı xəbər verir ki, onu iyunun 4-də Moskvanın mərkəzində gəzərkən saxlayaraq Kitay-qorod polis şöbəsinə aparıblar.

Bu köynəyin qollarında üçdişli yaba rəsmi (Ukraynanın gerbi), arxasında isə ukraynalılara köməyə çağıran şüar vardı.

Astra bildirir ki, Balenciaga geyim firması 2022-ci ildə ianələrin toplanması üzrə Ukraynanın dövlət platformasına qoşulub.

Bu, Rusiyada əcnəbinin ölkə ordusunun “gözdən salınması” maddəsi ilə məsuliyyətə cəlb olunduğu ilk hal deyil.

Bundan əvvəl Həştərxan məhkəməsi Azərbaycan vətəndaşı Cəlal Əlizadənin 30 min rubl cərimə olunması və ölkədən xaric edilməsinə dair hökm vermişdi.

Onun paltarında ZSU (Збройні сили України - Ukrayna silahlı qüvvələri-red) hərfləri vardı.

İstintaqın versiyasına görə Əlizadə Həştəxan hava limanında olarkən üzərində ZSU yazılmış və Ukrayna bayrağının rəngləri ilə boyanmış gödəkçədə aksiya keçirirmiş.

Protokolda yazılıb ki, azərbaycanlı guya bununla Rusiya ordusunu və Ukraynada keçirilən “xüsusi hərbi əməliyyatı” (Moskva Ukraynaya qarşı müharibəsini belə adlandırır-red) gözdən salıb.

Əlizadə təqsirsiz olduğunu və gödəkçəsindəki yazılara əhəmiyyət vermədiyini bildirib.

XS
SM
MD
LG