Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:55

İranda qadınlar hicaba meydan oxuyurlar


İranda hicaba etiraz
İranda hicaba etiraz

İran polisinin məcburi hicab qaydasını pozanlara qarşı yeni plan açıqlamasına baxmayaraq, sosial mediada yayılan məlumat və təsvirlərdə xeyli sayda qadın və qızın bu qaydalara dirənişi davam etdirdiyi görünür.

Aprelin 17-də Tehran Universitetinin psixoloji və sosial elmlər üzrə tələbələri təhlükəsizlik qüvvələrinin təhsil ocağında məcburi geyim kodeksinə nəzarətinə etiraz ediblər.

Hicaba qarşı çıxan qadınlar sosial mediada özlərinin baş örtüksüz fotolarını paylaşırlar. Polisin yeni planında isə smart kameralar vasitəsilə qaydanı pozanların müəyyənləşdirilməsi də var.

İslam respublikası polis qüvvələrinin komandirinin bildirdiyinə görə, aprelin 16-dan polis şəhərlərdəki müşahidə kameraları və smart sistemlər vasitəsilə hicabsız qadınları müəyyənləşdirəcək, qaydanı pozanları məhkəməyə verəcək.

Əmininin ölümündən sonra...

1979-cu il islam inqilabından sonra İranda hicab qadınlar üçün məcburi elan edilib. Ancaq qadınlara geyim məhdudiyyətilə bağlı qanun olmayıb.

Son vaxtlar İranda hicaba qarşı irimiqyaslı etirazlar keçirilib, İslam Respublikasının devrilməsi tələb olunub.

Ötən ilin sentyabrına 22-yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra polisdə vəfat edib. Bundan sonra bir çox qadın və qız məcburi geyim kodeksinə açıq etirazını bildirib, ictimaiyyət arasına hicabsız çıxıb.

Universitetlərdə, özəlliklə Tehranda saysız etirazlar keçirilib, tələbələr dərsə girməyiblər. Tələbələr “Qadın, həyat, azadlıq”, “Diktatora ölüm” şüarları səsləndirib, bəzi qadın tələbələr hicablarını çıxararaq yandırıblar.

XS
SM
MD
LG