Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:33

ABŞ donanması İrandan partlayıcı daşıyan gəmini batırıb


ABŞ donanmasının patrul gəmisi Bəhreyn yaxınlığında (Arxiv fotosu)
ABŞ donanmasının patrul gəmisi Bəhreyn yaxınlığında (Arxiv fotosu)

Məlumatda deyilir ki, gəmi və onun dörd yəmənlidən ibarət ekipajı adətən İrandan Yəmən hutilərinə yük daşınan dəniz marşrutunda yaxalanıb

ABŞ dəniz donanması noyabrın 15-də İrandan Yəməndəki Huti qiyamçılarına “partlayıcı materiallar” daşıyan gəmini batırıb.

Bu da xəbər verilir ki, bu gəminin yükü ilə onlarca ballistik raketi yanacaqla doldurmaq mümkün idi.

AFP agentliyi Bəhreyndə bazalanan ABŞ 5-ci Donanmasına istinadən yazır ki, batırılan gəmi ABŞ donanması tərəfindən noyabrın 8-də Oman körfəzində həbs olunmuşdu.

Məlumatda deyilir ki, gəmi və onun dörd yəmənlidən ibarət ekipajı adətən İrandan Yəmən hutilərinə yük daşınan dəniz marşrutunda yaxalanıb.

Onlarca raketə yanacaq

ABŞ donanması gəmidə 100 ton karbamid gübrəsi və 80 ton ammonium perxloratı aşkar etmişdi.

Bu kimyəvi materiallar raket və mərmilərin yanacağının hazırlanması üçün əsas komponentlərdir.

Xəbərdə bildirilir ki, bu həcmdə materialla ölçüsündən asılı olaraq onlarca ortamənzilli raketi yanacaqla doldurmaq olardı.

Bu da qeyd olunur ki, gəmidəki dörd yəmənli Yəmənin sahil sərhəd keşiyinə təslim edilib.

İran İnqilab Keşikçiləri Korpusu terrorçu təşkilat hesab oluna bilər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Müharibənin qısa tarixçəsi

Yəməndə müharibə 2014-cü ildə İran tərəfindən dəstəklənən şiə hutilərin paytaxt Sananı ələ keçirməsi ilə başlanıb.

Bunun ardınca Səudiyyə Ərəbistanının başçılığıl ilə koalisya beynəlxalq birlik tərəfindən tanınmış hökumətə kömək etmək üçün Yəmənə hərbi müdaxilə edib.

O vaxtdan bəri davam edən müharibədə yüzminlərlə insan öldürülüb, ölkə aclığa düçar olub.

Yaşıllıq sarıdan yoxsul Bakı...
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

BMT-nin vasitəçiliyi ilə əldə olunmuş və aprel ayında qüvvəyə minmiş atəşkəsdən sonra hərbi əməliyyatlar səngiyib, lakin bu razılaşmanın müddəti oktyabrın 2-də başa çatıb.

Yəməndə döyüşlər hazırda da davam edir.

XS
SM
MD
LG