Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

ABŞ məşqçisi İran bayrağına görə üzr istəyib


Bundan əvvəl ortasındakı “Allah” sözü çıxarılmış bayraq şəkillərindən ABŞ Dünya Kuboku komandasının sosial media postlarında istifadə olunmuşdu

ABŞ milli yığmasının baş məşqçisi Qreq Berhalter (Gregg Berhalter) İranın dövlət bayrağının təhrif edilməsinə görə üzr istəyib.

Bundan əvvəl ortasındakı “Allah” sözü çıxarılmış bayraq şəkillərindən ABŞ Dünya Kuboku komandasının sosial media postlarında istifadə olunmuşdu.

BBC yazır ki, bu fotolar sonradan sosial media şəbəkələrindən silinib.

Buna baxmayaraq İranın Futbol Federasiyası insidentlə bağlı FIFA-ya şikayətlə müraciət edib.

Futboldan kənarda olan məsələ

ABŞ yığmasının məşqçisi deyib ki, “bəzən nəzarətimizdən çıxan məsələlər olur”:

"Biz futboldan kənarda olan belə məsələlərə çox da diqqət yetirmirik. İndi edə biləcəyimiz yeganə şey oyunçularımız və heyətimiz adından üzr istəməkdir, amma bu, bizim etdiyimiz bir iş deyil”.

ABŞ və İran arasında diplomatik münasibətlər 1980-ci ildən kəsilib və Dünya Kubokunda oynanacaq ABŞ-İran matçı İranı geniş etirazların bürüdüyü bir vaxta təsadüf edir.

İran antihökumət etirazlarının xaricdəki düşmənlər – ABŞ və İsrail tərəfindən qızışdırıldığını bildirir.

ABŞ etirazçılara qarşı zorakılıqlara görə İran rəsmilərinə və şirkətlərinə çoxsaylı sanksiyalar qoyub.

Dava-dərman üçün borca düşən şəkər xəstələri...
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

İran qadınlarına dəstək

Birləşmiş Ştatlar bildirmişdi ki, “İranda təməl qadın haqları uğrunda mübarizə aparanlara dəstək” nümayişi olaraq sosial mediada İranın rəsmi bayrağından istifadə olunmayacaq.

İran hakimiyyəti etirazlara qəddar repressiyalarla reaksiya verir. Etirazlar 22 yaşlı Məhsa Əmini hicab qaydasını pozduğuna görə polisə aparıldıqdan və orada öldükdəın sonra başlanıb.

ABŞ Futbol Federasiyası sonradan bildirib ki, sosial mediadakı postlarda bayrağın təhrif olunmuş fotoları silinib və ya İranın rəsmi bayrağı ilə əvəzlənib.

Berhalter deyib:

"Bizim ABŞ federasiyasının nə etdiyindən xəbərimiz olmayıb. Nə oyunçuların, nə də heyətimizin bundan xəbəri olmayıb. Bizim diqqətimiz matçdadır... Əlbəttə bizim ürəyimiz İran xalqı ilədir, bütün ölkə və hər bir kəslədir. Amma bizim fikrimiz bu matçdadır”.

Həlledici matç

Turnir cədvəlində indi yaranmış vəziyyətə görə noyabrın 29-da keçiriləcək matçın qalibi növbəti mərhələyə keçəcək.

Heç-heçə nəticə ABŞ-ın yarışdan çıxması ilə nəticələnəcək və İranın növbəti mərhələyə keçməsi Uelsin İngiltərə yığmasına qalib gəlib-gəlməməsindən asılı olacaq.

İki yığma son dəfə 1998-ci ilin Dünya Kubokunda görüşmüşdülər.

İran həmin oyunda 2-1 hesabı ilə qalib gəlsə də, nəticədə hər iki komanda növbəti mərhələyə adlaya bilməmişdi.

XS
SM
MD
LG