Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:51

İ.Əliyev: 'Onların mitinqlərinə öz qohumlarından başqa heç kim gəlmir'


İ.Əliyev
İ.Əliyev

Dövlət başçısı Ilham Əliyev mayın 10-da mərhum prezident Heydər Əliyevin doğumunun 94-cü il dönümü ilə bağlı keçirlən mərasimdə geniş çıxış edib.

Prezident çıxışında vurğulayıb ki, Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Onun fikrincə, hər iki dəfə Azərbaycan tənəzzüldən, böhrandan çıxarılıb.

HEYDƏR ƏLİYEVİN İSTEFASI VƏ QARABAĞ MÜNAQİŞƏSİ

İ.Əliyev deyib ki, 1987-ci ildə H.Əliyev sovet rəhbərliyindən istefa verdikdən sonra Azərbaycanın problemləri başlayıb: «İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı».

İ.Əliyev deyib ki, 1992-93-cü illərdə hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi (AXC) ölkəni vətəndaş müharibəsinə sürükləyib. Onun fikrincə, H.Əliyev isə Azərbaycana sabitlik gətirib: «Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi. Cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxardı».

Qiyamdan 11 gün sonra Əliyev Ali Sovetin sədri seçildi. Elçibəy isə Bakını tərk etdi
Qiyamdan 11 gün sonra Əliyev Ali Sovetin sədri seçildi. Elçibəy isə Bakını tərk etdi

«GƏNCƏNİ BOMBALAYIRDILAR»

Prezident çıxışında 1993-cü il Gəncə hadisələrindən də danışıb: «AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar…».

«XARİCDƏN TƏLİMAT ALANDA FƏALLAŞIRLAR…»

İ.Əliyev AXC hakimiyyətinin ünvanına sərt ifadələr də işlədib: «Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz…».

BEŞİNCİ KOLON

Prezident müxalifəti «beşinci kolon» adlandırıb: «Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər…».

XS
SM
MD
LG