Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:50

Hindistan ‘Ukrayna üçün mərmi’ məsələsində Rusiyanın sözünü yerə salıb – Qərb mediası


Modi iyul ayında Moskvaya səfər edib
Modi iyul ayında Moskvaya səfər edib

Hindistan Ukraynanın artilleriya sursatı ilə təchiz olunmamasına dair Rusiyanın ricasına məhəl qoymayıb.

Bu barədə məlumatı mənbələrə istinadla Reuters agentliyi verir. Agentliyinin mənbələri bildiriblər ki, Moskva bu məsələni Nyu Delhi ilə azı iki dəfə müzakirə edib.

Xəbər verilir ki, Hindistan istehsalı artilleriya mərmiləri Kiyevə birbaşa deyil, Avropa ölkələri, əsasən Çexiya və İtaliya vasitəsilə çatdırılır.

Mənbələr bildirirlər ki, sursat istehsalı üçün komponentlər Ukraynaya İspaniya və Sloveniya vasitəsilə də çatdırıla bilər.

“Dost” öz yerində, amma...

Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı ilə danışıqlarında iddia edib ki, Ukrayna üçün sursat istehsalında Hindistanın dövlət müəssisələri də iştirak edirlər.

Rusiya və Ukrayna aralarındakı müharibənin gedişində bir neçə dəfə ciddi sursat çatışmazlığı ilə üzləşiblər.

Moksva bu çatışmazlığı yerli istehsalı artırmaq və Şimali Koreya və İran kimi ölkələrdən sursat almaq hesabına aradan qaldırmağa cəhd edir.

Ukrayna isə sursatı əsasən Qərb müttəfiqlərindən alır.

Ötən iyul ayında Hindistanın baş naziri Narendra Modi Moskvaya səfər etmişdi. Bu, Ukrayna müharibəsi başlanandan və vəzifəsinə təkrar seçiləndən bəri onun Rusiyaya ilk səfəri idi.

Modi Putini “dost” adlandırmış, Kreml isə bu səfərdən Moskvanın dünyada heç də təklənmədiyini nümayiş etdirmək üçün istifadə etmişdi.

XS
SM
MD
LG