Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:10

'Hərbi qulluqçularımızın xeyli hissəsi kreditə girmiş şəxslərdir'


'Qul bazarı'na çıxan müharibə iştirakçısı
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

'Qul bazarı'na çıxan müharibə iştirakçısı (2022)

2024-cü il yanvarın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd xidmətinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılır. Bununla bağlı noyabrın 7-də prezident İlham Əliyev fərman imzalayıb.

Həmin tarixdə başqa fərmanla Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq xidmət çəkən hərbi qulluqçularının isə maaşları 2.1 dəfə artırılıb.

Amma Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinə dair rəyindən belə çıxır ki, müharibə veteranlarının müavinətləri artmayacaq. Hazırda müavinətin məbləği 80 manat təşkil edir.

Bu ilin əvvəlində ölkədə bir sıra sahələr üzrə müavinətlər artsa da, onda veteranlar diqqətdən kənarda qalmışdı.

A.Nağıyev
A.Nağıyev

Deputat: "1 milyon versən də, deyəcək azdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev "Turan"a bildirib ki, gələn il büdcəsinin əsas istiqamətləri məhz təhlükəsizlik, Qarabağ və sosial məsələlərdir: "Ona görə də orduda məvaciblərin artması çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Kifayət edib-etmir məsələsi isə bir az nisbidir. Bəzi adamlar var ki, 1 milyon versən də, deyəcək azdır".

Komitə üzvünün fikrincə, artımlar davam edəcək: "2024-cü ilin büdcəsində də müəyyən artımlar nəzərdə tutulub".

"Kommunal xərclər artdıqca..."

Veteranlara verilən müavinətə gəlincə, Nağıyev qeyd edib ki, həmin 80 manat, əsasən, veteranların kommunal xərcləri üçün nəzərdə tutulub: "Milli Məclisin komitə iclasında da belə bir təklif olundu ki, kommunal xərclər artdıqca, bu 80 manat da indeksasiya edilsin".

Rəsmi qurumlar bildirirlər ki, həmin 80 manat müavinət olduğundan onların hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı gündəmə gətirilməsi düzgün deyil.

Ü.Cəfərov
Ü.Cəfərov

"Biz olduq mülki şəxslər və..."

Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, maaşlarda son artım da yetərincə deyil: "Çünki bizim hərbi qulluqçularımızın xeyli hissəsi bu gün də kreditə girmiş şəxslərdir və bundan xeyli əziyyət çəkirlər".

Ekspertin təxmininə görə, artım 20-40 faiz arası gözlənilirdi, amma 20 faiz artırıldı: "Görək bunu da bir neçə il əvvəlki kimi etməyəcəklər ki? Yəni, artım hərbçilərin bütöv aldıqları maaşa, yoxsa vəzifə maaşına tətbiq olunacaq? (fərmanlarda söhbət vəzifə maaşından gedir) Hər halda bu, orduya bir diqqət, qayğıdır, amma daha çox olsa, yaxşı olar".

Ü.Cəfərov deyir ki, ehtiyatda və istefada olan hərbçilərə bu artımlar şamil olunmayacaq: "Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu dəyişdirdi, biz olduq mülki şəxslər və əmək pensiyası alırıq".

Onun sözlərinə görə, veteranların aldığı 80 manat müavinətin məbləğinin gələn il artması gözlənilir: "Hər halda təklif verilib, nə qərar veriləcək - yaxın günlərdə biləcəyik".

XS
SM
MD
LG