Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:26

Gürcüstan hökuməti 'vətənpərvər' QHT-lər üçün qrant fondu yaradacaq


Gürcüstanın baş naziri İrakli Kobaxidze
Gürcüstanın baş naziri İrakli Kobaxidze

Gürcüstan hökuməti xaricdən vəsait alan və xarici agent kimi qeydiyyatdan keçməsi icbari sayılan QHT-lərin mövcudluğunu nəzərə alaraq ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün qrant fondu yaradılmasına dair qərar qəbul edib.

Bu fond Gürcüstanda bu yaxınlarda qəbul edilmiş “xarici təsirin şəffaflığına dair” qanunun tələblərinə uyğun olaraq yaradılır.

Bu barədə məlumatı ölkənin baş naziri İrakli Kobaxidze verib.

Baş nazirin sözlərinə görə yeni fond dövlət büdcəsindən maliyyələşdiriləcək:

"Yaxşı fəaliyyət göstərən və gürcü xalqının maraqlarına xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları qrantın iki misli qədər vəsait ala biləcəklər”.

“Gizlədiləsi nəyisə olmayanlar”

Baş nazir iddia edib ki, bu məqsədlə ölkənin Ədliyyə Nazirliyinə 450 QHT müraciət edib. Bu, ölkədə fəaliyyət göstərən QHT-lərin əhəmiyyətli hissəsini təşkil edir.

Kobaxidze deyib:

"Mən bu təşkilatlardan hər birinə cəmiyyət qarşısındakı vətəndaş məsuliyyətinə görə təşəkkürümü bildirirəm. Bu fakt onu isbat edir ki, xarici qüvvədən maliyyələşmək heç də xarici qüvvənin neqativ maraqlarını əks etdirmək demək deyildir”.

Kobaxidze deyib ki, “gizlətməyə heç nəyi olmayanlar şəffaflıqdan çəkinmirlər”.

Baş nazir eyni zamanda “xaricdən maliyyələşən, Gürcüstanda özünün siyasi gündəliyini yaratmaq, inqilab təşkil etmək, ölkənin dini birliyini sarsıtmaq məqsədi güdən, LGBT dəyərlərini təbliğ edən" QHT-ləri tənqid edib.

Baş nazir “gürcü xalqının agenti olmaq” və “Gürcüstanın milli maraqlarını həyata keçirmək istəyən” QHT-ləri yeni qrant proqramının elan edəcəyi müsabiqələrə qatılmağa çağırıb.

“Rusiya qanunundan” imtina edənlər

Müxalifət bildirir ki, maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan QHT və media qurumlarının "xarici təsir agenti" kimi qeydiyyatdan keçməsini tələb edən bu qanun layihəsi 2012-ci ildə Rusiyada Vladimir Putinin prezidentliyinə qarşı etirazlara cavab olaraq qəbul edilən qanunun bənzəridir.

Putin bu qanundan vətəndaş cəmiyyətini, müstəqil media və siyasi müxalifəti bölüb-parçalamaq üçün yararlanıb. Belarusda və bu yaxınlarda Qırğızıstanda da eyni şey baş verib.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə ölkədə 32 min QHT qeydiyyatdan keçib. Bunlardan təxminən 3700-ü fəaldır.

Sentyabrın 1-ə olan məlumata görə 1000-dək QHT xaricdən maliyyələşib. Onlardan 450-si Ədliyyə Nazirliyinə xarici agent kimi qeydiyyatdan keçmək istədiyini bildirib. Lakin bunların arasında daha böyük və vətəndaş fəallığı fərqlənən QHT-lər yoxdur.

Məsələn “Açıq cəmiyyət” fondu, Gənc hüquqşünasların assosiasiyası, Vətəndaş cəmiyyəti fondu və Beynəlxalq şəffaflıq fondu kimi QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməkdən imtina etdiklərini bildiriblər.

Yaxın günlərdə Gürcüstanın Konstitusiya Məhkəməsi “xarici agent qanununun” dayandırılması məqsədilə prezident Salome Zurabişvili və müxalifət tərəfindən verilmiş vəsatətlərə baxacaq.

Bu, oktyabrın 26-a təyin edilmiş parlament seçkisindən əvvəl baş verməlidir.

XS
SM
MD
LG