Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:13

Gizli satınalma planı- [Araşdırma]


İllüstrasiya
İllüstrasiya

►Azərbaycanlının ukraynalıdan çox işıqpulu ödəməsinin səbəbi nədir?

Niyə Azərbaycanda yollar dünyanın başqa ölkələrində tikilən yollardan baha başa gəlir?

Necə olur ki, su-kanalizasiya sisteminin yenidən qurulmasına vəsait ayrılır, amma yağış yağanda yenə Bakını sel-su aparır?

Dövlət büdcəsindən sosial inkişafa pul xərclənir, amma vətəndaş bu pulların bəhrəsini görə bilmirsə, günah kimdədir?

Ekspertlər deyir ki, bu sualların cavabının bir qismi dövlət satınalmalarında şəffaflığın təmin edilməməsi ilə bağlıdır.

Dövlət satınalmalarında şəffaflığı artırmaq üçün «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda tədbirlər nəzərdə tutulmuşdu.

Di gəl ki, proqramın bu hissəsinin icrası ilə tanışlıq cavabdan çox sual doğurur.

ELEKTRON SATINALMA HARA, BİZ HARA

Planın «Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması» bölməsində elеktrоn dövlət sаtınаlmаlаrının tətbiqindən tutmuş, prosesin həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyasının hazırlanmasınadək bir çox tədbirlər nəzərdə tutulmuşdu.

Ekspertlər bunların heç birinin icra edilmədiyini deyirlər. Təkcə satınalan təşkilatlar tərəfindən növbəti il üçün satınalma planlarının hazırlanaraq www.tender.gov.az internet səhifəsində yerləşdirilməsi üzrə müəyyən iş görüldü, o da yarımçıq. Halbuki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bu planın icrasını nəzarətdə saxlamalı idi.

Qonşu Gürcüstanda isə artıq neçə illərdir ki, dövlət öz satınalma ehtiyaclarını təmin etmək üçün şirkətlərə elektron imkanlardan istifadəyə şərait yaradıb. Burada bağlanmış müqavilələr, uduzan iddiaçıların təklifləri də tam təfərrüatı ilə «isti-isti» açıqlanır. Eyni şərait Ukrayna və Qırğızıstan dövlət satınalma agentlikləri tərəfindən də təmin olunub.

Azərbaycan postsovet məkanında çox az dövlətlərdəndir ki, satınlamalar hələ də «dədə-baba» qaydasında, yəni, yazılı sifarişlərin təqdim olunması yolu ilə keçirilir. Dünya Bankı son bir neçə ildə mütərəqqi satınalma metodlarının tətbiqi üçün hökumətə müəyyən texniki dəstək göstərsə də, yorulub bir kənarda durdu.

QOHUMLAR QAZANSIN DEYƏ

Ekspertlər deyir ki, satınalmalarda şəffaflığın olmaması insanların həyatına birbaşa təsir edir – məsələn, əgər dövlət hesabına on kilometr yol tikintisinə bəs edəcək pulla cəmi bir kilometr yol salınırsa, bunun bədəlini yolsuzluqdan əziyyət çəkənlər ödəyir. Qeyri-şəffaf tenderlərin ziyanını insanlar gündəlik həyatında da məsələn, kommunal xərclərində hiss edir.

Bugünədək müşahidə olunan budur ki, tender keçirən nazirlik, komitə və dövlət şirkət rəhbərləri özləri müəyyən ediblər dövlət vəsaitlərini hansı qohumunun şirkətinə versinlər

İş adamı, iqtisadçı Nazim Bəydəmirli Azadlıqradiosunun Bakıelektrikşəbəkə və Azərsu ASC-nin keçirdiyi tenderlərlə bağlı araşdırmaları yada salır:

“Məsələn, jurnalist araşdırması müəyyən etmişdi ki, «Azərsu» «Bakıelektrikşəbəkə» ASC-lər tenderlər üzrə müqavilələr onların rəhbərlərinin ailə üzvlərinin şirkətlərinə verilmişdi".

Ekspertin fikrincə, ən ciddi problem tender başa çatmamış, hətta keçirilməsinə belə başlanmamış qalibin təyin edilməsidir:

«Bugünədək müşahidə olunan budur ki, tender keçirən nazirlik, komitə və dövlət şirkət rəhbərləri özləri müəyyən ediblər dövlət vəsaitlərini hansı qohumunun şirkətinə versinlər.”

N. Bəydəmirli Hesablama Palatasının bu işdə passiv rolunu da qeyd edir.

«Palata audit tədbirləri gedişində «Azəriqaz» İB və SOCAR-ın digər strukturlarında, AZAL, «Bakı Metropoliteni» və «Azərbaycan Dəmir Yolları» QSC-lərdə satınalmaların təşkili ilə bağlı pozuntular aşkar edib, amma onların gələcəkdə təkrarlanmaması üçün bir tədbir görməyib».

KİM SATIR, NƏ SATIR - BİLİNMİR

Azərbaycanda elektron satınlamalar bir yana, heç bağlanan müqavilələr haqqında doğru-dürüst məlumat belə açıqlanmır. Təkcə onu demək kifayətdir ki, satınalan təşkilatların təqdim etdikləri protokollar əsasında bağlanmış müqavilələr haqqında rəsmi məlumat bazasında son açıqlama 2015-ci ilin 9 ayını əhatə edir. Düzdür, bəzi büdcə təşkilatları və dövlət müəssisələri www.tender.gov.az resursu vasitəsilə tenderlərin nəticələrini operativ təqdim edirlər, amma bu, «dəryada damla qədər»dir.

Azərbaycanda ictimaiyyətə açıq informasiya bazası vasitəsilə bağlanan müqavilənin yalnız 4 parametri (satınalan təşkilatın adı, satınalma predmetinin adı, satınalmanın məbləği və qalib şırkətin adı) haqda məlumat verilir. (Ardı aşağıda)

Əliyevlərin Londanda üç imarəti

Əliyevlərin Londonda üç imarəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Bu məlumat bazasının istifadəsi zamanı isə müəyyən çətinliklər yaranır. Müşahidəçilər deyirlər ki, bir çox hallarda qalib şirkətin adı onun Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestri ilə uyğun gəlmir. Halbuki, dövlət nəzarət orqanı məlumatın bazaya daxil edilməsindən öncə firma adlarının VÖEN-lə tutuşdurulduğunu iddia edir. Azərbaycanda eyni adda çoxsaylı şirkətlər olduğu üçün qalibin kimliyi bir çox halda müəmma olaraq qalır.

Dövlət satınlamalarında korrupsiya faktlarının aşkara çıxarılmasında jurnalistlərin də əməyi az deyil. Onlar araşdırma apararkən çoxsaylı çətinliklərlə qarşılaşırlar. Araşdırmaçı-jurnalist Əfqan Muxtarlı Müdafiə Nazirliynin satılamalarında qanun pozuntuları, sui-istifadə halları haqda seriya məqalələrlə çıxış edib. Araşdırmaları zamanı Əfqan Muxtarlı aşkarlamışdı ki, Müdafiə Nazirliyinin indiki rəhbərliyinin müqavilə bağladığı şirkətlərin sahibləri əvvəllər Zakir Həsənov Daxili Qoşunlara rəhbərlik edərkən müqavilələr bağladığı şirkətlərlə bağlılığı olan şəxslərdir. Jurnalistin sözlərinə görə, problem bununla bitmir:

«Silahlı Qüvvələrin tender gizlinləri» araşdırmasını hazırlayarkən bir sıra şirkətlərin adının tenderlərin qalibləri siyahılarında olmaması ilə üzləşirdim. Məsələn, «Azersun Holding» qrupu Milli Ordunu ərzaqla təmin edən ən böyük şirkətlərdəndir. Lakin ərzaq təminatı üzrə kecirilən tenderlərin nəticələri bir qayda olaraq məlumat bazasına yerləşdirilmir. Buna görə də, qrupa daxil olan şirkətlərin adlarını bu siyahılarda görə bilmirik. Qanuna zidd olaraq, tenderdə iştirak edən, lakin uduzan şirkətlər barədə məlumat verilmir».

Jurnalist deyir ki, Vergilər Nazirliyinin məlumat bazasında şirkətlər haqqında cox az bilgi təqdim olunur. Başqa ölkələrdən fərqli olaraq şirkətlərin sahibləri, paycılar haqqında məlumat komerrsiya sirri adı altında məxfi saxlanılır.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

TƏKLİFƏ BAXAN YOXDUR

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai birliyinin ekspertləri bu tipli anlaşılmazlıqları aradan qaldırmaq üçün çoxsaylı təkliflər irəli sürsələr də, hökumət onları qəbul etməyib. Məsələn, təklif olunurdu ki, satınalan dövlət təşkilatlarının məlumat bazasında satınalmalar öncəsi və nəticələrə, o cümlədən müqavilələrin icrasına dair məlumat açıqlansın. Fiziki şəxslərin dövlət satınalmalarında iştirakı məhdudlaşdırılsın. Amma bu və digər təkliflərin heç biri qəbul edilmədi.

Bir incə məqam diqqəti çəkir ki, icrası başa çatmış Tədbirlər Planında dövlət satınalmalarının nəticələrinin açıqlanması deyil, beynəlxalq təcrübədə tətbiq olunduğu kimi, bağlanan satınalma müqavilələrinin vahid reyestrinin yaradılması nəzərdə tutulurdu. Bu reyestrin isə keçmiş Satınalmalar üzrə Dövlət Ağentliyinin (SDA), indi isə İqtisadiyyat Nazirliyinin müvafiq internet səhifəsində yerləşdirilməsi tələb olunurdu. Görünür, bunun icrası müşkül bir məsələ olub.

Başqa sözlə, hazırda hökumət ictimaiyyətə, yəni satınalmalarda iştirak edən və buna potensial olaraq imkanı olan şirkətlərə, digər maraqlı tərəflərə (media, QHT və və s.) «qəlp pul sırıyır». (Ardı aşağıda)

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

«... BU MƏLUMATLAR YOXDURSA, ŞƏFFAFLIQ DA YOXDUR»

Müstəqil ekspert Rövşən Ağayev AzadlıqRadiosuna dövlət satınalmaları sahəsində şəffaflığın artırılması sahəsində hökumətin addımlarını şərh edərkən deyib ki, satınlama planlarının qismən açıqlanmasını bu işdə ciddi mexanizm saymır. Onun fikrincə, indiki məqamda önəmli olan müsabiqələrin reyestri hissəsində əsas məlumatların yerləşdirilməsidir. O, buraya satınalınan məhsulun (xidmətin) natural həcmi və dəyərini, satınalınmanın növünü, satınlan şirkətə dair əsas məlumatlar (VÖEN, təsisçilər, ünvan rekvizitləri) aid edir:

«Bu məlumatlar yoxdusa, satınalma ilə bağlı hesabatlar çətin ki, şəffaflığı təmin etsin».

SATINALMA PLANLARININ AÇIQLANMASI

2013-cü ildən başlayıb. Həmin il 130, növbəti il isə 142 müəssisə və təşkilat illik satınalma planlarını SDA vasitəsilə açıqlayıb. Təhlil göstərir ki, əksər hallarda bu planlarda konkretlik ifadə olunmayıb. Yəni, tələb olunan mal, iş və xidmətlərin həcmi və miqyası haqda informasiya verilməyib.

Ötən ildən başlayaraq isə satınlama planları detallı şəkildə (xərc maddəsi, onun maliyyələşdirmə mənbəyi, ayrılan məbləğ, satınalmanın predmeti və icra olunma müddəti) açıqlanır. 2015-ci ildə irili-xırdalı 604 büdcədən maliyyələşdirilən təşkilat və dövlət müəssisəsi satınalma planını elan edib. SDA bunların nəzərdə tutulan qaydada icra olunub-olunmaması haqda məlumat vermir.

Ekspertlər deyirlər ki, beynəlxalq təsrübədə dövlət xərcləmələrinin 30-40 faizi müsabiqəli satınalma metodlarından isitifadə etməklə icra olunur. Azərbaycanda isə bu göstərici 10 faizi keçmir.

Bu il bu sahədə vəziyyət yaxşılaşmaqdansa, bir az da geriləyib. Ən son açıqlanan satınalma planı may ayının 26-na təsadüf edir. İndiyədək 285 təşkilat mal, iş və xidmətlərə olan tələbatını tender proseduruna başlamadan təchizatçılara açıqlayıb. Bunların böyük əksəriyyəti yerli icra hakimiyyəti orqanları və onların ərazi dairə nümayəndəlikləri, səhiyyə müəssisələri, rayon mədəniyyət və turizm şöbələri, meliorasiya müəssisələridir. Satınalma planlarını gizli saxlayan qurumlar arasında əksər nazirliklər (fövqəladə hallar, daxili işlər, xarici işlər, müdafiə, mədəniyyət, təhsil, səhiyyə, kənd təsərrüfatı, maliyyə, ədliyyə, nəqliyyat, rabitə və yüksək texnologiyalar, gənclər və idman, ekologiya və təbii sərvətlər), eləcə də komitələr, dövlət xidmətləri və s. təşkilatlar vardır. Satınalma planlarının vaxtında təqdim olunmasına nəzarət etməli olan İqtisadiyyat Nazirliyinin özü də «qara siyahı»dadır.

YENİ QANUN OLACAQ

SDA-nın 2015-ci il üzrə bugünlərdə açıqlanan hesabatında göstərilir ki, keçmiş agentlik (bu ilin yanvar ayında ləğv edilib, salahiyyət və funksiyaları İN-in Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib) elektron satınalmaların təşkili də daxil olmaqla «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə» Qanun layihəsini hazırlayıb.

Sənəd hətta iqtisadiyyat və ədliyyə nazirlikləri, Mərkəzi Bankla da razılaşdırılıb. Qurum dövlət satınalmalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə əlaqədar təkliflərini də Prezident Administrasiyasına verib. Amma hə iki sənəddən bir xəbər yoxdur.

Bu ilin aprelində isə dövlət başçısı hökumətə «qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla», “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsini beş ay müddətində hazırlayıb ona təqdim etməyi tapşırıb.

DÜNYADA 30-40, AZƏRBAYCANDA - 10 faiz

Ekspertlər deyirlər ki, beynəlxalq təsrübədə dövlət xərcləmələrinin 30-40 faizi müsabiqəli satınalma metodlarından isitifadə etməklə icra olunur. Azərbaycanda isə bu göstərici 10 faizi keçmir.

2015-ci ildə dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 8334 satınalma həyata keçirilib. Onların nəticəsi olaraq ümumi dəyəri 1 milyard 326,9 milyon manat həcmində müqavilələr bağlanıb. İddia edilir ki, 53,7 milyon manata və ya ehtimal olunan qiymətin 3,9 faizinə qənaət olunub.

NARAZILARIN AQİBƏTİ

Yeni yaranmış IT şirkətinin sahibi və direktoru Elçin Əlibəylinin özəl şirkətlərlə əməkdaşlıq təcrübəsi var. Gəncdir. Bu il bacarıqlarına və komandasına güvənərək, dövlət qurumlarının iki tenderinə qatılıb. Tenderlər başa çatmasa da, prosesin gedişindən narazılıq etmir. Rəqiblərinin əsas hissəsini ələyib və «finala» iki şirkət qalıb:

«Bura qədər tapşırıqsız və təklif etdiyim minimum qiymət hesabına gelmişəm. Qalib gələcəyimə çox ümidliyəm».

Qoşulduğu ikinci tenderdə digər iddiaçılar kimi onun şirkəti də təkliflərin təqdim edilməsi mərhələsindədir:

«Bizə bildirilib ki, bu il ötən illərdekindən fərqli olaraq «day-day və şapka» keçməyəcək, daha ucuz və səmərəli təklif kimdə olsa, iş də ona veriləcək».

Elçin Əlibəyli deyir ki, tender komissiyasında texniki və maliyyə göstəriciləri ilə yanaşı ona «qəribə» suallar va veriblər: haralısan, kimsən, ailən, keçmişin və s.

Amma tenderlərə buraxılmamasından şikayətlənən sahibkarlar da az deyil.

Satınalma müsabiqələrinin təşkilindən və keçirilməsindən narazı qalan 24 iddiaçı nəzarət orqanına şikayət edib. Araşdırmanın aparıldığı deyilir, amma keçən il elə əvvəlki illərdə də, heç bir tenderin nəticəsi ləğv edilməyib...

XS
SM
MD
LG