Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

Ev də gedib, eşik də... Qalıb ekspert rəyi (VİDEO)


Polisə şikayət etdi, evini yandırdılar
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Polisə şikayət etdi, evini yandırdılar

►“Əvvəl evimi oğurladılar, sonra da polisə şikayət etdiyim üçün qisasçılıq məqsədi ilə od vurub yandırdılar”.

Binə sakini Emin Quliyev AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, min əziyyətlə tikdirdiyi ev-eşiyin dadını çıxarmağa macal tapmamış oğurluqla üzləşib.

Bu il yanvarın 14-də içərisindəki irili-xırdalı əşyalardan tutmuş pal-paltaracan, – evində nə varsa, hamısı oğrulara qismət olub. Polisə şikayətindən bir neçə gün sonra – yanvarın 26-da isə ev-eşik qəflətən alışıb-yanıb...

BİR NEÇƏ SAAT NƏZARƏTSİZ QALDI VƏ... YANDI

“Oğurluqla bağlı polisə şikayət edəndən sonra evi tək qoymurdum. Mən işdən gəlincə evin keşiyini qohumlar çəkirdi. Həmin gün özüm dedim ki, “hava soyuqdu, heç kəs gəlməsin”. Elə həmin gün də işdə olanda müstəntiq zəng vurdu, dedi, “şübhəliləri tutmuşuq, gətiririk evə, istintaq hərəkətlərinə görə”. Mən də gəldim evə. Tutulanları gətirib, istintaq çəkilişi- filan aparıb çıxıb getdilər. Mən də işə qayıtdım. Üstündən bir az keçmişdi, zəng gəldi ki, ev yanır”.

__________________________________________________________

Bu videolara da bax:

__________________________________________________________

Şikayətçinin sözlərinə görə, evin yanmasına səbəb ola biləcək heç bir iz aşkar olunmayıb. Evə gələn maye qaz bir gün əvvəldən kəsilib. Ev damdan alışıb, ancaq elektrik xətləri döşəmənin altıyla çəkilib. Elə buna görə də yanğınsöndürənlər yanğına məhz qısaqapanmanın, yaxud maye qazın səbəb olması barədə protokol yaza bilməyiblər.

ELEKTRİK DEYİR Kİ...

Evin elektrik işlərini görən Xalid Məmmədov da düşünür ki, yanğın qısaqapanmadan baş verə bilməz:

“Bu evin işıqlarını özüm çəkmişəm. Əgər qısaqapanma olsaydı, elektrik qutusundakı əyləc avtomatik atmalıydı. Ancaq yanğın söndürüləndən sonra gördük ki, avtomat əyləc qoşulu vəziyyətdə qalıb”.

İndi ev sahibinə görə, oğurluqla yanğın arasında bir əlaqə var. Düşünür ki, polisə şikayət etdiyi üçün evini yandırmaqla ondan qisas alıblar. Ev sahibi bu şübhələrini polisə də bildirib.

POLİS RƏY GÖZLƏYİR

Xəzər rayon polis idarəsindən bildiriblər ki, yanğının törəmə səbəbini üzə çıxaracaq ekspertiza rəyi olmadan zərərçəkmişin dediyi versiyalar araşdırıla bilməz.

Bu oğurluq faktı ilə bağlı 6 nəfər həbs olunub. Onlardan dördü Nardaran, ikisi elə Binə sakinidir. Sonuncu iki nəfər əvvəl pal-paltarı, ev əşyaları, sonra da evi əlindən çıxan Emin Quliyevlə eyni məhəllədə yaşayanlardır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG