Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:34

Xədicənin anası: Həm "hə" deyirəm, həm də "yox"


Elmira Ismayılova
Elmira Ismayılova

►“Xədicə mənə deyib ki, ümidlənmə”

"Mən heç vaxt ağlamıram. Xədicə məndən söz alıb ki, “sən heç vaxt, heç yerdə ağlamayacaqsan"

“İndi Xədicənin evindəyəm, hazırlıq görürəm. Ümidliyəm. Bəlkə sabah onu buraxdılar”.

Elmira İsmayılova – Xədicənin anası telefonun o başında elə ümidlə danışır, iki gün sonra (mayın 27-də) ad günü olacaq qızı ilə görüşə elə həvəslə hazırlaşır ki...

Özü də bu görüşün həbsxana divarları arasından çox, azadlıqda baş tutacağına inanır.

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist, 7 il yarım azadlıqdan məhrum edilən Xədicə İsmayılovanı deyirəm.

Mayın 25-də Ali Məhkəmədə Xədicə İsmayılovanın kassasiya şikayətinə baxılacaq.

Jurnalist ötən il məhkəmənin haqqında çıxardığı hökmündən şikayət verib. Məhkəmə nə qərar verəcək, sabah bilərik. Hələliksə Elmira xanım danışır:

Gözlə

No media source currently available

0:00 0:04:38 0:00
Direct-ə keçid

– Ad gününə hazırlaşıram. Həm də ümid edirəm. Onu sabah buraxacaqlarına ümid edirəm... Amma... “hə” də deyirəm, “yox” da. Xədicə mənə deyib ki, “ümidlənmə”.

– Siz məhkəmənin bu dəfə müsbət qərar verəcəyinə inanırsız?

– Hə, mən gözləyirəm. Deyirəm ki, daha bundan o yanası yoxdur. Bundan o yana olmamalıdır, bunu buraxmalıdırlar. Orda oturan bir “ağıl dəryası” bunları fikirləşsə, məncə, Xədicəni buraxmalıdırlar.

– Deməli, indi Xədicənin evindəsiz və hazırlaşırsınız?

– Təmizlik işi aparıram. Onun bütün mükafatlarını yığmaq üçün şkaf düzəltdirmişəm, indi ora düzəcəm ki, özü gəlib görsün.

Vaşinqtonda Xədicənin həbsinə diqqət çəkən banner
Vaşinqtonda Xədicənin həbsinə diqqət çəkən banner

– Neçə mükafatdır? Saymısız? Axı, son il yarımda onun adından bütün mükafatları siz almısınız.

– Bəli, mən almışam. Ancaq bir-iki mükafat verilməyib, yəni mən almamışam. Ona görə dəqiq bilmirəm neçə dənədir. Amma burda... bir, iki.. altı mükafat var.

– Hansını alanda daha çox qürur duydunuz və ya duyğulandınız?

– Sonuncu mükafatı. Məni ümidləndirən də elə o olub. UNESCO-nun mükafatı təqdim ediləndə məndə belə hiss oyandı ki, Xədicəni buraxacaqlar.

– Bu mükafatı alanda çox həyəcanlıydınız. Mükafatın mötəbərliyi ilə bağlıydı, ya Xədicənin...

– Xədicənin olmaması ilə bağlıydı. Xədicə özü almalı idi o mükafatı. Onun əvəzinə mənim çıxış etməyim təsirləndirdi məni.

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

– Mükafatı alandan sonra görüşmüsüzmü onunla?

– Hə, görüşmüşəm. Amma mükafatı yanına aparıb göstərməmişəm, icazə vermirlər göstərməyə. Özünə danışdım hər şeyi, dedim ki, “yazdığını oxudum, camaata çatdırdım, onlar da yaxşı qəbul etdilər, ayaqüstə alqışladılar”. Ona deyirəm ki, “mənə görə ayaqüstə əl çalmırdılar, sənin yazdığına görəydi, səni alqışlayırdılar”.

– Görüşlərdə nə deyirdilər?

– Mükafatın adını daşıyan şəxsın (UNESCO-nun təsis etdiyi Dünya Mətbuat Azadlığı Mükafatı qətlə yetirilmiş jurnalist Guillermo Canonun adını daşıyır - red.) yoldaşı, nəvələri orda idilər, çox gözəl insanlardır. Onlar Xədicə haqqında gözəl sözlər dedilər. Onların çıxışı mənə çox böyük təsir etdi. Jurnalistlər yanıma gəlir, şəkil çəkdirirdilər və Xədicədən ağızdolusu danışırdılar, onun tək yazdıqlarını yox, insanlığını tərifləyirdilər. Bu sözləri anaya deyəndə mütləq yaxşı mənada onu təsirləndirir.

– Təsirləndiniz, yəni...

– Yox, qızım, mən heç vaxt ağlamıram. Xədicə məndən söz alıb ki, “sən heç vaxt, heç yerdə ağlamayacaqsan”. Demişəm ki, “ağlamıram və səninlə qürur duyuram, sən mənim üçün işıqsan. Bu millətə, bu ölkəyə - Azərbaycana sən işıqsan”.

– Həbsdəki bəzi fəalların valideynlərinin övladlarını tutduqları yola görə qınadıqları da olur. Siz amma dəstəkləyirsiz.

– O eləməsin, bu eləməsin, bəs kim etsin? Bu xalq təpik altındadırsa, kim azad etməlidir? Xalqı işığa çıxarmaq lazımdır, azad yaşamalıdır xalq. Xədicə də bu yolda gedənlərdən biridir. İstərdim Xədicə kimi isnalar çox olsun.

– İki gün sonra – mayın 27-də Xədicənin ad günüdür.

– Hə, öz evində oturub ad gününü keçirəcəyik. Amma əvvəlcə ayın 26-da yanına gedəcəyik, o xoşladığı yeməklərdən aparacağıq, orda oturub onunla ad gününü qeyd edəcəyik. Axşam da evimizdə keçirəcəyik.

Xədicə İsmayıl
Xədicə İsmayıl

– Bu il yubileydir – 40 yaşı olur.

– Hə, yubileydir. Mənə elə gəlir ki, onu buraxacaqlar. Nəsə çox ümidliyəm.

Elmira xanım Xədicənin 10 yaşında yazdığı şeiri yada salır:

“Amerikanın Yaponiyanı bombalaması haqqında verilişə baxırdıq. Mən ona başa saldım hər şeyi. Oturub ağladı. 10 yaşında uşaq bunu hiss etdi və bir şeir yazdı. Mən də bunu “Azərbaycan qadını”na yolladım. O şeir AzadlıqRadiosunda da olmalıdır. Mən Xədicənin ədalətindən, düzgünlüyündən danışanda bu şeir yadıma düşür həmişə. Elə indi də yazır. Əzbər bilmirəm, düzü. Elmiradadır şeirlər, nəvəmdə. Yığır onları. Deyir ki, sonra hamısını çap etdirəcək”

Buna da bax: "Xədicə ona görə əfvə düşmədi ki..."

"Xədicə ona görə əfvə düşmədi ki..."
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

XS
SM
MD
LG