Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

Eldar Mahmudovun övladlarının üzə çıxan 100 milyonluq əmlak və biznesi


Eldar Mahmudov, 19 oktyabr 2015
Eldar Mahmudov, 19 oktyabr 2015

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik nazirinin uşaqları Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə ediblər. Aparılan təhqiqat nəticəsində məlum olub ki, bura Londonda 21 milyon dollara alınmış ev də daxildir.

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu 2015-ci ildə işdən azad edib. Bununla bağlı hər hansı səbəb göstərilməyib.

Guardian.com-da gedən yazıda qeyd edilir ki, 2019-cu ilin noyabr ayında hakerlər tərəfindən Kayman Milli Bankından çıxarılmış və daha sonra internetdə dərc olunmuş müştəri faylları göstərir ki, Mahmudovun ailəsi təqribən 111 milyon dollarlıq biznes və daşınmaz əmlak imperiyası qurub.

Britaniya hökuməti pulları Azərbaycana qaytara bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Əmlakın əldə olunması

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi, “Finance Uncovered” jurnalist araşdırmaları layihəsi və Transparency International təşkilatının birgə araşdırması nəticəsində məlum olub ki, bu əmlakın demək olar hamısı Mahmudovun oğlu 36 yaşlı Anar və qızı 31 yaşlı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər vasitəsilə əldə edilib.

Bacı-qardaşın əldə etdiyi daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Puul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Araşdırmanın nəticələrinə görə bu əmlakın dəyəri 16,7 milyon dollar ətrafındadır.

Təhqiqat nəticəsində Londonun bahalı Naytsbric rayonunda təqribən 21,4 milyon dollara satın alınmış dördmərtəbəli binanın da Anar Mahmudova məxsus olduğu aşkarlanıb.

Anar Mahmudov, arxiv foto
Anar Mahmudov, arxiv foto

Anar Mahmudovun qaynanasının 10 ildə Londonda xərclədikləri

2018-ci ildə Anar Mahmudovun Londonda yaşayan qaynanası Zamira Hacıyevanın 10 il ərzində bahalı “Harrods” dükanında 21 milyon dollardan artıq pul xərclədiyi məlum olmuşdu.

Məhkəmə Hacıyevanın pullarının mənbəyini göstərməli olduğu haqda hökm çıxarmış, Hacıyeva isə bu hökmə etiraz etmişdi. Bu ilin fevralında onun bu etirazı rədd edilib. O Britaniyada mənbəyi göstərilməyən sərvət haqda çıxarılmış ilk hökmün (UWO) hədəfinə çevrilib.

Sərvətin ulu babaya bağlanması

Anar və Nərgiz Mahmudovların vəkilləri “Finance Uncovered” layihəsinə deyiblər ki, ailənin sərvətinin kökləri XIX əsrdə varlanmış ulu babaları Aslan Aşurova gedib çıxır.

Onlar həmçinin bacı-qardaşa məxsus aktivlərin qeydiyyata alınmış və hesabatı verilmiş əmlak olduğunu iddia ediblər.

Bundan başqa, araşdırma nəticəsində Mahmudovların İspaniya, Lüksemburq və Litvada da daşınmaz əmlak və şirkətlərə sahib olduğu aşkarlanıb.

XS
SM
MD
LG