Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:16

'Ola bilsin, tilova daha böyük balığı salmağa hazırlıq gedir'


"Sərhəd". Karikatura. Şerif.
"Sərhəd". Karikatura. Şerif.

İlham İsmayıl: “Amma bunun fəsadları çoxdur. Çünki Qazaxdan Naxçıvana qədər sərhəd var və bu istiqamətdə erməni kəşfiyyatı iş aparıb. Bizimkilər də iş görüb, təbii ki. Amma bu miqyasda iş aparıldığı hələ olmamışdı”.

Bakıda bir çox ekspert son günlərin başlıca mövzusunu şərh etməyə tələsmirlər. Böyük əksəriyyəti də bunu “informasiyanın azlığı”, təhlil üçün yetərli məlumat olmamasıyla izah edir. Söhbət bir qrup hərbçi və mülki vətəndaşın casusluq etməsi və terror törətməyə hazırlaşması haqda rəsmi ittihamlardan gedir.

Buna da bax:​ 'Tezliklə biləcəyik, bu çirkin olayın təşkilatçısı kimdir'

“BÖYÜK BALIQ” EHTİMALI

Adının çəkilməsini istəməyən şərhçilərdən biri söyləyir ki, bu hadisənin davamını gözləmək lazımdır. “Ola bilsin, tilova daha böyük balığı salmağa hazırlıq gedir”. Həmin “böyük balığın” Müdafiə Nazirliyində olmasını da istisna etmir. Başqa bir ekspertsə “orduda bir qrupun dövlət çevrilişinə cəhd” ehtimalını irəli sürür. Hətta 1990-cı illərin ortalarında güc qurumlarının bir qolu olan “OMON”-un siyasi hakimiyyətə “baş qaldırmasını” da yada salır. Bunun arxasında başqa ölkələrin xüsusi-xidmət orqanlarının dura biləcəyini belə istisna etmir. Amma o da əldə yetərli məlumat olmadığından bu versiya haqda ətraflı danışmır.

Rəsmi məlumatsa çox ümumidir. Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında deyilirdi ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı “genişmiqyaslı təxribat” planlaşdırıblar. “...xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər ... düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”, – bəyanatda qeyd olunur.

Buna da bax:​ A.Əziov Qarabağla bağlı gələcək referendumdan danışdı

Rəsmi məlumatda bildirilir ki, dövlətə xəyanət və digər faktlar üzrə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, Bakı şəhərində ictimai yerlərdə planlaşdırılan təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

İlham İsmayıl
İlham İsmayıl

“ONLARI KİM KEÇİRƏ BİLƏRDİ?”

Rəsmi məlumatda neçə şəxsin həbs edildiyi və bu həbslərin neçə yüksək vəzifəli şəxsi əhatə etməsindən danışılmır. Yalnız Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl onda olan məlumata görə, 42 nəfərin həbs edildiyini bildirir. “İçərisində yerli adamlar da var, əksəriyyəti kənardan gələn hərbi qulluqçulardır. Aralarında daha yüksək rütbəli zabitin, yəni səlahiyyət baxımından cəbhə xəttinə, sərhədə nəzarət edəcək adamların olduğu deyilir. Ən azından, cəbhə xəttinə nəzarət edə biləcək şəxslərdən söhbət gedir ki, o tərəfdən də adam keçirə bilsin, bu tərəfdən də. Bəyanatda konkret nələrsə yazılmasa da, yerli əhalinin danışdıqlarından rayon mərkəzinə qədər gələn ermənilərin olduğunu bilirik. Onları kim keçirə bilərdi? Cəbhə xəttinə nəzarət edə biləcək zabit, təbii ki. Konkret adlar hələ bəlli deyil”.

İlham İsmayıl: "Məndə olan məlumata görə, 42 nəfər həbs edilib"
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00
Direct-ə keçid

Buna da bax:​ Ermənistana casusluqda suçlanan bir qrup tutulu

“ONLARLA VƏTƏNDAŞ VƏTƏNƏ XƏYANƏTƏ HAZIRDIRSA...”

Rəsmi məlumatda rəqəm səslənməsə də, söhbət “bir qrup”dan gedir. Hadisələri İsveçrədən izləyən siyasi şərhçi Rauf Mirqədirovsa belə bir məqama xüsusi diqqət çəkir: “Orduda və ya mülki vətəndaşlar arasında bu qədər insanın vətənə xəyanətə hazır olması haqda rəsmi məlumat doğrudursa, bu, çox dəhşətli vəziyyətdən xəbər verir. Bu, müharibə vəziyyətində olan Azərbaycanın onlarla hərbçisinin və ya mülki vətəndaşının vətənə xəyanətə hazır olduğunun göstəricisidir. Və bu, yenə deyirəm, çox təhlükəlidir”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi şərhçinin qənaətincə, bəlkə də Azərbaycan vətəndaşının ABŞ, Rusiya, İsrail və hətta İran xüsusi xidmət orqanları ilə əməkdaşlığını başa düşmək olardı: “Bəlkə kimsə Amerika kimi ölkədə yaşamaq üçün buna gedir, bəlkə kimsə İranla ideoloji baxımdan bağlıdır, burda islam respublikasının qurulmasını istəyir və s. Bunu hardasa bəlkə də başa düşmək olar. Amma Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir və belə bir halda, hərbçinin və ya sıravi vətəndaşın vətənə xəyanətə hazır olması, casusluğa cəlb edilməsi məndə təhlükə hissini artırır. Təbii ki, bu deyilənlər doğrudursa...”

Buna da bax:​ Dağlıq Qarabağın azərbaycanlı icması: “Münaqişənin həlli yalnız...”

Hərçənd Rauf Mirqədirov rəsmi məlumatda deyilənləri şübhə altına almaq istəməsə də, “inandırıcılığının az olduğunu” düşünür.

KƏŞFİYYAT BÖYÜK QRUPU CASUSLUĞA CƏLB EDƏ BİLƏRMİ?

O, daha bir məqama diqqət çəkir, adətən, əks-kəşfiyyatçılar “çox nadir halda insanları böyük qrup şəklində əməkdaşlığa cəlb edirlər. Casusluğa cəlb edilənlər çox kiçik qrup şəklində fəaliyyət göstərirlər, məqsəd də sonradan onların ifşa edilməsini qabaqlamaqdır”.

Mirqədirovun sözlərinə görə, həbs edilənlər haqda məlumat verilməməsi onun göstəricisidir ki, söhbət həddən artıq yüksək vəzifəli şəxslərdən getmir. Onun fikrincə, Azərbaycan kimi kiçik ölkədə çox yüksək vəzifəli şəxslərin həbsini gizləmək mümkün olmaz. Siyasi şərhçi siyasi hakimiyyətin bu həbslərdən həm beynəlxalq, həm də daxili təbliğatda istifadə edəcəyini düşünür, “çünki terror qəbuledilməyən mübarizə vasitəsidir”.

Buna da bax: MN: ‘Ermənistanın təxribatı ifşa olunub’

“Terror planına dəstək verən və ya qoşulan insanın milli, etnik kimliyi yaxud fəaliyyət sahəsi, peşəsi önə çıxarılmamalıdır. Bu, çox yanlış yanaşma olar və bizi uğursuz nəticələrə aparar. Bəlkə də düşmənin istədiyi budur”. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc AzadlıqRadiosu-na belə söyləyir. Onun qənaətincə, bu cür polemikalar indiki halda ordunun əleyhinə yönələ bilər. Deputat Azərbaycan Silahlı Qüvvələrinin ölkənin “keşiyində durduğunu” altını cızaraq qeyd edir.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc baş verənlərlə bağlı öz təxminini bölüşür. Onun dediyinə görə, ötən ilin aprelində baş verənlərdən sonra “Ermənistan cəmiyyətindəki mənəvi-psixoloji durum”un təsiri altında ölkə rəhbərliyi Azərbaycan əleyhinə “belə bir təxribat planı” hazırlayıb. “Məqsəd həm də müharibəni Qarabağ miqyasından kənara çıxarmaq, birinci Qarabağ müharibəsi zamanında olduğu kimi müharibəni terror vasitəsilə aparmaqdır. Əminəm, Azərbaycanın imkanı olacaq ki, bu məsələ üzərindən düşmənin siyasi mərkəzini müxtəlif hüquqi vasitələrlə ifşa etsin”, – deputat söyləyir.

Buna da bax:​ 179 naməlum məzar aşkar edilib

Zahid Oruc: "Bu cür polemikalar indiki halda ordunun əleyhinə yönələ bilər"
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00
Direct-ə keçid

BAŞ PROKURORLUQ: “NƏ VAXT OTURUŞUB, NECƏ OTURUŞUBLAR...”

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovsa AzadlıqRadiosu-nun bu mövzuda suallarını cavabsız buraxır. O deyir ki, hələlik, əlavə məlumat verilməyəcək. “Zərurət yaransa, növbəti açıqlamamızda məlumat veriləcək” söyləyir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Ancaq Sultanov sözügedən qrupun “təhlükəli” olduğunu bildirir və mətbuatda həmin şəxslərin köhnə müdafiə və təhlükəsizlik nazirlərinin zamanından fəaliyyətdə olması haqda ehtimalları qısaca belə cavablandırır: “Nə vaxt oturuşublar, necə oturuşublar, tərəfimizdən həmin faktlar aşkarlanıb və həmin şəxslər həbs edilib”.

Buna da bax:​ "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

“QAZAXDAN NAXÇIVANA QƏDƏR SƏRHƏD VAR”

TAM rəhbəri İlham İsmayılsa “bu satqın fəaliyyət” barədə artıq “illərdir, aylardır” söhbət getdiyini, amma rəsmi səviyyədə “diqqət yetirilmədiyini” bildirir. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin orduda əks-kəşfiyyatla məşğul olmalı xüsusi idarəsini işinin öhdəsindən gəlməməkdə günahlandırır: “İndiki əməliyyat işçiləri isə, nə qədər çətin də olsa, bunun öhdəsindən gəliblər. Bircə sevindirici məqam budur. Çox pis haldır, əlbəttə. Heç olmasa, zərərin yarısından qayıtmaq mümkün olub, bir qrup zərərsizləşdirilib. Amma bunun fəsadları çoxdur. Çünki Qazaxdan Naxçıvana qədər sərhəd var və bu istiqamətdə erməni kəşfiyyatı iş aparıb. Bizimkilər də iş görüb, təbii ki. Amma bu miqyasda iş aparıldığı hələ olmamışdı”.

O, bundan sonra nəzarətin gücləndiriləcəyini, orduda dislokasiyalar aparılacağını istisna etmir.

XS
SM
MD
LG