Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:08

Dollarla kreditə qadağa?


►Bəzi ekspertlər xarici valyutada kreditlərə məhdudiyyət qoyulmasını doğru addım sayır

Devalvasiyadan ən çox zərər çəkənlər sırasında, heç şübhəsiz, dollarla kredit götürənlər də var.

Ötən ilin 2 devalvasiyası xarici valyutada kredit götürənlərə ayrıca problem yaradıb. Beləcə, dollarla borclananlara güzəşt məsələsi aktuallıq qazandı.

Di gəl, ən müxtəlif güzəşt vaiantlarının müzakirəsi də nəticəsiz qaldı. Mərkəzi Bank (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov güzəştin maliyyə pozuntusu yaradacağını deyib, müzakirə və mübahisələrə nöqtə qoydu.

MDB məkanına daxil bəzi ölkələr bənzər durumda çıxış yolunu xarici valyutada bəzi kreditləri yasaqlamaqda və ya məhdudlaşdırmaqda gördülər.

Məsələn, fevralın 28-dən sonra Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilir.

Bu və ya digər şəkildə Rusiya, Belarus və Qazaxıstanda da oxşar addımlar atılıb və... Və xarici valyutada kreditin verilməsinə qadağa məsələsi Azərbaycanda da gündəmə gəlib.

“Konstitusiya Məhkəməsi xarici valyutada kreditə qanuni don geyindirdi”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, konstitusiyanın 19 və Mülki Məcəllənin 439-cu maddələri xarici valyutada krediti yasaqlayır:

“Bununla belə, ötən il Konstitusiya Məhkəməsi sözügedən maddələrin baş-ayaq şərhini verərək, belə kreditlərə qanuni don geyindirdi”.

Ekspertin fikrincə, Azərbaycanda da xarici valyutada istehlak krediti məhdudlaşdırılmalıdır:

“Bu təcrübə yalnız Qırğızıstanda deyil, digər ölkələrdə də var. Bəzilərində nisbətən yumşaqdır, amma mənası eynidir. Məsələn, Ukraynada qanunla buna qadağa yoxdur. Amma MB belə kredit vermək üçün bankları böyük ehtiyat toplamağa vadar edir və banklar da bu üzdən xarici valyutada kredit verməyə maraqlı olmur. Yəni qadağa dolayısı da ola bilər . Bizdə də birbaşa və ya dolayı qadağalara böyük zərurət var”.

“Dollarlaşma ölkənin xarici təzyiqlərə dirənişini azaldır”

İqtisadçı ekspert Samir Əliyev belə qadağaların səbəbindən danışır:

“Milli valyutaların dəyərsizləşməsi valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirir. Bir sıra hallarda bunu mümkünsüz edir və bank aktivlərini pisləşdirir. İqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə dirənişini azaldır. Azərbaycanda 2015-ci ilin sonuna xarici valyutada kredit həcmi 10 milyard 700 milyon manat olub. Bunun da 3 milyardı istehlak kreditlərinin payına düşür.Həmin vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur və elə indidən onun bəlli hissəsi ümidsiz borc sayıla bilər”.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandan Rusiyaya nota
“Prezident olsaydım, təhsil nazirini işdən çıxarardım”

_____________________________________________________________

“Problemi bankların və əhalinin üstünə atmaq düzgün deyil”

Samir Əliyev
Samir Əliyev

Ekspertin fikrincə, valyuta kreditlərinin ödənməməsi çox ciddi problemdir və həllini tapmalıdır:

«Problemi bankların və əhalinin üstünə atmaq düzgün deyil. Axı bunun fəsadları təkcə bank sektoru üçün yox, bütövlükdə ölkənin makroiqtisadi sabitliyi üçün ağır nəticələrə gətirib çıxara bilər”.

Samir Əliyev “Azərbaycanda xarici valyutada kreditlər qadağan edilməlidirmi” sualını belə cavablayır:

“Bu suala birmənalı cavab vermək çox çətindir, çünki vətəndaşların, bankların və ölkə iqtisadiyyatının çıxarlarına təsir göstərəcək bir uçurum var ortada. Məsələyə yalnız mövcud problemin həlli kontekstində yanaşmaq olmaz. Problem həm dərindir, həm də təcili çözüm tələb edir. Hər bir halda hökumətin qarşısında duran vəzifə - iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payca azaldılması yönündə səyləri gücləndirməkdir. Bundan ötrü iqtisadi alətlərlə yanaşı, inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq bu metodlar yalnız qadağalara köklənməməlidir”.

Hansı məhdudiyyətlər ola bilər?

Ekspertin qənaətincə, belə məhdudlaşdırıcı tədbirlər gerçəkləşdirilə bilər:

1) Xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsini müvəqqəti qadağan etmək (duruma görə, 1-3 il müddətinə);

2) Fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasını 0,5%-dən 5%-ə qaldırmaq;

3) Xarici valyutada kredit verilməsinə qadağanı ancaq ipoteka kreditlərinə şamil etmək;

4) Ölkə daxilində istifadə edilən kredit kartları üçün yalnız milli valyutada kredit ayırmaq;

5) Aktivlərin təsnifləşdirilərkən, xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarını sərtləşdirmək.

Buna da bax:

Cibinizdə nə qədər pul var?
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG