Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

İran BMT-nin qadın haqları komissiyasından çıxarılır


İranda etirazlar, arxiv fotosu
İranda etirazlar, arxiv fotosu

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın bu qurumun gender bərabərliyi üzrə ali orqanından çıxarılmasına səs verib. Səbəb Tehranın qadınların liderlik etdiyi etirazlara qəddarlıqla divan tutmasıdır.

İslam respublikası BMT-nin Qadınların Statusu üzrə Komissiyadan (UNCSW) dörd illiyə (2022-26) kənarlaşdırılıb.

Rusiya və Çinin etirazı

ECOSOC-un 26 üzvü İranın qurumdan çıxarılmasına, 8 ölkə bunun əleyhinə səs verib, 16 ölkə bitərəf qalıb. Qətnamənin qəbulu üçün sadə səs çoxluğu lazım idi.

Qətnaməyə qarşı çıxanlar, o cümlədən Rusiya və Çin qeyd ediblər ki, İran bu quruma seçilib və onun çıxarılması “təhlükəli presedent”dir. Rusiya səsvermədən öncə bildirmişdi ki, ECOSOC-un İranı çıxarmağa hüquqi statusu çatıb-çatmamasına BMT-nin hüquq ekspertlərinin mövqeyini istəyir.

BMT-nin Qadınların Statusu üzrə Komissiyası 1946-cı ildə yaradılıb, dünyada gender bərabərliyinin təbliği, qadınların səlahiyyətinin gücləndiriməsi ilə məşğuldur. Qurumun 45 üzvü dörd illiyə seçilir.

Azərbaycan hazırda bu komissiyanın üzvü deyil.

Bakıda İran azərbaycanlısı: 'İllərdir ki, pasport ala bilmirik'
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

500-dək etirazçı öldürülüb

İran hakimiyyəti sentyabrın ortasından başlanan antihökumət etirazlarına qanlı divan tutub. Etirazlar 22 yaşlı Məhsa Əmini polisdə vəfat edəndən sonra başlanıb. Gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlandığı bildirilir.

Etirazlarda 500-dək insanın öldürüldüyü, yüzlərlə yaralının olduğu bildirilir. İran ədliyyəsi etirazlarla əlaqədar 11 ölüm hökmü çıxardığını, iki edamın icra olunduğunu bildirib.

Qətnamədə deyilir ki, İran liderləri “davamlı olaraq qadın və qızların hüquqlarına zərbə vurur, ifadə və fikir azadlığı daxil olmaqla bu hüquqları getdikcə daha çox, həm də aşırı gücdən istifadə etməklə boğur”.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) bu səsverməni “İran üzrə beynəlxalq konsensusun, hesabatlılıq tələblərinin artmasının daha bir əlaməti” adlandırıb.

Belçikalı yardım işçisinə 28 illik həbs

Bu arada İran belçikalı yarım işçisini “casusluq” ittihamıyla 28 illik həbsə məhkum edib. Brüssel ittihamı “qurama” adlandırıb.

Olivier Vandekastilinin ailəsinin sözçüsü “AFP”yə deyib ki, onlara hökm barədə Belçikanın Baş naziri ilə görüşdə məlumat veriblər.

Belçikanın Ədliyyə naziri Vinsent Van Kvikenborn (Vincent Van Quickenborne) az sonra parlamentdə deyib ki, bu hökm ötən il Belçikanın iranlı diplomatı həbsə məhkum etməsinə cavab ola bilər.

Tehran hələlik, bu xəbəri təsdiqləməyib. Ancaq dekabrın 8-də Belçikanın konstitusiya məhkəməsi İranla məhbus mübadiləsi sazişini təxirə salıb. Deputatlar bu sazişi sərt tənqid ediblər, çünki sənədin məqsədinin iranlı diplomat Asadollah Asadinin Tehrana qaytarılması olduğu görünürdü.

Asadi ötən il 20 illik həbsə məhkum edilib. O, 2018-ci ildə Paris yaxınlığında İran müxalifət qrupunun aksiyasına bomba qoyulması ilə əlaqədar məhkum edilib.

XS
SM
MD
LG