Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

'Su olacaqmı' sualına: 'Təmir başa çatıb, kəmərin doldurulmasına başlanıb'


'Maaşımız suya gedir' - Prezidentə də yazıblar, problem həll edilmir
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

'Maaşımız suya gedir' - Prezidentə də yazıblar, problem həll edilmir (Arxiv. 2022)

Bakının bir çox yerlərində artıq bir həftədir su ilə bağlı problem yaranıb. Rəsmilər əvvəlcə problemin iki günə yoluna qoyulacağını desələr də, məsələ, hələlik, yoluna qoyulmayıb.

Yasamal rayonu Mirzəağa Əliyev küçəsinin sakinləri AzadlıqRadiosuna bildiriblər ki, avqustun 19-dan su problemləri yaranıb: "Avqustun 19-u və 20-si su gəlmədi. Dünən, avqustun 21-də su gəldi, amma ancaq axşamlar olur. Səhər və günorta su olmur. Şəhərin mərkəzində suyumuz saat qrafiki ilə verilir. Sonra da gəlib su pulu istəyirlər, lazım olanda da qiymətini qaldırırlar. Özləri isə bu istidə camaatı susuz qoyurlar".

"Marketdən pul verib su alırıq"

Hətta paytaxtın ayrı-ayrı rayonlarından adlarının çəkilməsini istəməyən sakinləri deyirlər ki, su mənzillərinə fasilələrlə verildiyindən havalar isti keçdiyindən bəzi günlər suyu marketlərdən pul verib alırlar. Həmin sakinlərin sözlərinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən onlara avqustun 25-ə qədər suyun fasilələrlə veriləcəyi bildirilib.

Bu qurumun mətbuat xidmətindən də "Turan"a deyiblər ki, Bakı şəhərində suyun fasilələrlə verilməsi Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə bağlıdır.

Əliyevin verdiyi vəd gerçəkləşmədi: Zabratda 12 ildir normal işıq, qaz, su yoxdur
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00
Oğuz-Qəbələ-Bakı su kəməri haqqında

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına prezident İlham Əliyevin 2005-ci il avqustun 25-də imzaladığı sərəncam ilə başlanıb. Sırf tikinti işlərinə isə iki il sonra - 2007-ci ilin martında start verilib. Su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib. Bu layihə üzrə Azərbaycan Dövlət Neft Fondundan ümumilikdə 779.6 milyon manat ayrıldığı açıqlanıb. Amma ayrı-ayrı ekspertlər bu qəzadan öncə də həmin layihənin gözlənilən effekti vermədiyini deyirdilər. Hətta layihənin gerçəkləşməsi zamanı korrupsiyaya yol verildiyi ilə də bağlı iddialar səslənib. Amma rəsmilər bu iddiaları qəbul etməyiblər.

Qəzanın ardan qaldırıldığı deyilir, amma…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən onu da deyiblər ki, avqustun 22-si səhər saatlarında qəza aradan qaldırılıb və qəza ilə əlaqədar təmir-bərpa işləri başa çatıb: "Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür".

Xidmətdən vurğulanıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri şüşə lifli borudan çəkilib və bu səbəbdən o, daha ciddi həssaslıq tələb edir: "Ona görə də orada bu tip hadisələr baş verə bilir. Bizim su kanal idarələri daim onu nəzarətdə saxlayır".

Eyyub Hüseynov
Eyyub Hüseynov

"Su problemi gələcəkdə daha da dərinləşəcək"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, əvvəl "Azərsu", indi isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşların su ilə təminatı sahəsində təbii inhisarçıdır: ""İstehlakçıların müdafiəsi haqqında" Qanuna görə, bazarda inhisarçı mövqeyində olan tərəf istehlakçını fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. Lakin görürük ki, belə fors-major hallar yaranır və sözügedən qanun pozulur".

Ekspertin sözlərinə görə, su problemi gələcəkdə daha da dərinləşəcək: "Bütün dünyada su problemi olacaq. Üstəlik, Bakının su infrastrukturu o qədər köhnəlib ki, tez-tez belə qəzalar baş verir. İndiki problem Bakını su ilə təmin edən Bakı-Oğuz-Qəbələ su kəmərindədir. Qəza Qızıldaş ərazisində baş verib, hazırda orada təmir işləri gedir. Məndə olan məlumata görə, iki günə suyun əvvəlki qrafiklə, fasiləsiz veriləcəyi təmin olunacaq. Gərək işlər elə görüləydi ki, belə hadisələr baş verməsin, amma bunu bacarmadılar".

XS
SM
MD
LG