Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48

Əlil arabasından necə pul çıxarmaq olar? [araşdırma] [video]


Əlil arabası
Əlil arabası

«Mənim iki arabam var. Birini dövlət verib. Ondan evdə istifadə edirəm. Digərini isə mənim üçün alıblar. O çox bahalıdır, amma daha davamlıdır».

Hərəkət-dayaq sistemində problem olan bakılı Sevda Səfərəliyeva AzadlıqRadiosu-na dövlət qurumu tərəfindən verilən əlil arabalarının tez sıradan çıxdığını deyir. Gileylənir ki, onlar sanki küçədə istifadə etmək üçün nəzərdə tutulmayıb. Sıradan çıxan hissələri isə dəyişmək mümkün deyil.

Buna da bax: Orxan Adıgözəl. Əlil arabamla AZAL-da başıma gələnlər

Əlil arabası ilə «dost» olmuş gənc Orxan Adığozəl da dövlətin ona verdiyi «yol yoldaşından» narazıdır. «Bakının kommunal infrastrukturu dövlətin verdiyi əlil arabalarına uyğun deyil. Buna görə də üçillik dəyişmə müddətinə dözməyib sıradan çıxır. Narahatlığa səbəb olan həm də odur ki, dövlətin verdiyi arabalar sifariş olunandan bir xeyli sonra gəlib bizə çatır».

Orxan Adıgözəl
Orxan Adıgözəl

İstifadəçilər həm də arabaların verilməsi üçün prosedurların hər dəfə təkrarlandığını deyirlər. Üç ilin tamamında eyni sənədləri təqdim etmək tələb olunur. Poliklinikadan tibbi arayış alınmalı, onu Tibbi-Sosial Ekspert Komissiyasına aparmalı, daha sonra isə arabanın verilməsi üçün sənədlər Protez-Ortopedik Bərpa Mərkəzinə verilməlidir. Bakıda bütün əlillər – yaxında və ya uzaqda yaşamasından, səhhətinin vəziyyətindən asılı olmayaraq hamısı - buraya müraciət etməlidir.

Buna da bax: Mübahisə mədəniyyəti yoxdur. Keçirlər bədən əzalarına görə təhqir etməyə

Əlilliyi olan şəxslərin araba ilə təmin olunmasının daim diqqətdə saxlandığından söhbət açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Elman Babayev AzadlıqRadiosu-na son beş ildə onlara 5327 ədəd araba verildiyini deyib. Bunların 1124-ü 2016-cı ilin payına düşür.

ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində AzadlıqRadiosu-na ötən ilin sentyabrında keçirilən tenderdə 100 ədəd veloaraba, 414 ədəd kreslo-araba və 90 ədəd uşaq əlil arabasının (toplam 604 ədəd) alındığını bildiriblər. Veloarabalar Ukraynadan, qalanları isə Almaniyadan gətirilir. Nazirlikdən belə deyirlər.

Buna da bax: Plastik qablar əlil arabasına necə çevrilir?

Səlim Müslümov
Səlim Müslümov

Qazanan kimdir?

Ötən il arabaların alınmasına dövlət büdcəsindən 1 milyon 197 min 936 manat xərclənib. 2015-ci ildə alınan əlil arabalarının sayını və ona görə ödənilən büdcə vəsaitini nə ƏƏSMN, nə də dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi açıqlayıb. Bu səbəbdən qeyd olunan məbləğ indiyədək bu məqsədlə dövlət büdcəsindən ayrılan ən yüksək vəsait sayılır.

Buna da bax: O, bu sözü gülə-gülə deyir

Son 6 ildə dövlət hesabına əlil arabalarının satın alınması üzrə bağlanan müqavilələr:

İllər

Tender üzrə qalib-təchizatçı

Adı, VÖEN, ünvan

Arabaların sayı

Müqavilənin qiyməti, AZN

2011

«Rəvan» kiçik müəssisəsi, 2900381761, Sumqayıt ş., Corat qəsəbəsi, ev 172

açıqlanmayıb

210000

2012

«Baktel» MMC, 2900343391, Sumqayıt ş., 8-ci mikrorayon, ev 17/29, mənzil 72

açıqlanmayıb

243670

2013

«Dizayn Construction» MMC, 1901420231, Bakı şə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 22

açıqlanmayıb

264615

16.04.2014

«Duet» firması, 1700316401, Bakı ş., Fətəli xan Xoyski, ev 111, mənzil 2

açıqlanmayıb

297891

10.12.2014

«İnstal-Servis» MMC, 1801631701, Bakı ş., Sabunçu qəsəbəsi, Maştağa qəsəbəsi, 546 nömrəli bağ evi

1323

996769,60

2015

açıqlanmayıb

açıqlanmayıb

açıqlanmayıb

2016

«İnpeks.N» MMC, 1601862631, Bakı ş., Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 13, mənzil 34

604

1197936

Mənbə: ƏƏSMN, Satınalmalar üzrə Dövlət Agentliyi (ləğv edilib), İqtisadiyyat nazirliyi

Buna da bax: Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət [audio]

Hesabatlardan görünür ki, 2014-cü ilin dekabrında əlil arabalarının alınıb gətirilməsi üçün dövlət büdcəsindən əvvəlki illərlə müqayisədə təxminən 4 dəfə artıq məbləğdə vəsait ayrılıb. O zaman alınmış əlil arabasının bir ədədinin orta qiyməti 753 manat 41 qəpik olmuşdusa, 2016-cı ildə bu rəqəm 1983 manat 33 qəpiyə çatmış, qiymət orta hesabla 2,6 dəfə baha başa gəlmişdi. Bir məsələ də var ki, bu dövrdə manat ABŞ dollarına nəzərən 2,2 dəfə dəyər itirib.

Satınalmalara ayrılan vəsaitin kəskin artımı yeganə sual doğuran məsələ deyil. Faktların araşdırılmasının ardınca getdikcə daha şübhəli məqamlar ortaya çıxıb. Dövlət Gömrük Komitəsinin (DGK) Azərbaycana 2016-cı ildə əlil arabalarının idxalına dair açıqladığı statistika ƏƏSMN-nin əlil arabalarının satın alınmasına dair təqdim etdiyi məlumatın arasında ciddi ziddiyyətləri də ortaya qoyur.

Buna da bax: Arabadakı əlil bir gün bordürları qırdı

Çin malı deyib keçmə, qiymətinə bax

Komitə ötən il ölkəyə 1510 ədəd hərəkət üçün mexanizmlə təmin olunmamış və 507 ədəd isə digər əlil arabalarının (toplam 2017 ədəd) idxal olunduğunu bildirir. Gömrük bəyannamələrinə əsasən, onlar Azərbaycan sərhədində toplam 355 min 470 dollara rəsmiləşdirilir. Başqa sözlə, istehsalçılara təxminən bu məbləğdə pul ödənilib. Amma, yuxarıda qeyd olunduğu kimi, təkcə 604 ədəd əlil arabasının alınması üçün «İnpeks.N» MMC-yə 1 milyon 197 min 936 manat və ya 2016-cı ilin dördüncü rübündə Mərkəzi Bankın təqdim etdiyi məzənnəyə görə, 748 min - 640 min dollar ödənilib. Həmin dövrdə manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,60 - 1,76 AZN/USD arasında, avroya qarşı isə 1,75 - 1,87 AZN/EURO arasında dəyişib. Başqa sözlə, əlil arabalarının nazirliyə satılmasına görə «İnpeks.N» MMC bir neçə yüz min dollar təmiz qazanc götürdüyünü söyləmək olar.

Buna da bax: Azərbaycanda əlillərin ən ağrılı yeri

2012-2016-cı illərdə Azərbaycana gətirilmiş əlil arabalarına dair statistik məlumatlar:

Müxtəlif mənbələr hesabına alınan əlil arabaları, illər və növlər üzrə

Sayı, ədəd

Toplam dəyəri, min ABŞ dolları

2016. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları

1510

303,05

2016. Digər əlil arabaları

507

52,42

2015. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları

2428

649,28

2015. Digər əlil arabaları

2058

115,16

2014. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları

661

143,7

2014. Digər əlil arabaları

535

57,1

2013. Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış

1536

228,6

2012. Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları

2478

203,1

2012. Digər əlil arabaları

11

7,0

Mənbə: AR DGK

Buna da bax: Əlil: '1 ay keçdi, vədlər yerinə yetirilmədi'

Bəs rəsmi mənbələr əlil arabalarının haradan gətirildiyi barədə nə deyir? DGK 2016-cı ildə əlil arabalarının 80 faizinin (1618 ədəd) Çindən gətirildiyini bildirir. Bir ədəd Çin istehsalı olan əlil arabasının qiyməti təxminən 189 dollar 15 sentdir. Qalan əlil arabalarının 393-ü Türkiyə (orta qiymət – 116 dollar 82 sent), qalan beşi isə İtaliya və Sinqapur istehsalıdır. «İnpeks.N» MMC isə əlil arabasının bir ədədini ƏƏSMN-ə orta hesabla 1983 manat 33 qəpiyə, və ya təxminən 1133 dollara satıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təqdim etdiyi uyğunluq sertifikatlarını almış məhsul və şirkətlərin arasında «İnpeks.N» MMC-nin adı yoxdur. Uyğunluq sertifikatlarının dövlət reyestrinə görə, belə bir sertifikatı təkcə «Arash Medical Company» alıb.

Buna da bax: Əlillər üçün 'cənnət'

«İnpeks.N» MMC, elə öncəki illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişlərini yerinə yetirdiyi bildirilən «Dizayn Construction» MMC və «İnstal Servis» MMC də Azərbaycanda dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. 2013-cü ilin iyun ayında yaradılan bu şirkət təkcə 2016-cı ildə müxtəlif nazirliklərin (DİN,ƏƏSMN, müdafiə, səhiyyə, ekologiya və təbii sərvətlər, mədəniyyət və turizm, rabitə və yüksək texnologiyalar), yerli icra hakimiyyətlərinin (Bakı şəhəri Qaradağ rayonu, Tərtər rayonu), Baş Prokurorluğun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, «Televiziya və Radio Verilişləri» QSC-nin, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin, AMEA, MSK, ƏMDK-nın, irili xırdalı, 80-dən tenderin qalibi olub. Söhbət milyonlarla manat dövlət vəsaitinin istifadəsindən gedir. Di gəl, «İnpeks.N» şirkətin heç internet saytı belə yoxdur. «Dizayn Construction» MMC isə əlil arabalarını satmaqdan başqa boruların təmirindən tutmuş tikinti abadlıq işlərinə qədər müxtəlif sifarişləri yerinə yetirir.

Buna da bax: 'Anam inanır ki, mən sağalacam və ayağa duracam'

Qiymətlər Azərbaycanda necə şişir?

Əlil arabalarının Azərbaycana gətirilməsi haqda istehsalçı ölkələrin statistik məlumatları isə daha düşündürücüdür. BMT-nin beynəlxalq ticarətə dair rəsmi hesabatlara söykənən məlumatlarından görünür ki, Almaniya heç də iddia olunduğu kimi bu çeşid malların Azərbaycana əsas ixracatçısı deyil. Təkcə bu faktı demək kifayətdir ki, ötən il Almaniyadan Azərbaycana ümumi dəyəri 886 dollar olan əlil arabaları göndərilib. Bu, təxminən 3-4 əlil arabası deməkdir.

2013-2016-cı illərdə Almaniyadan Azərbaycana əlil arabalarının ixracı
(dəyəri və ədədlə)

Period

Trade Flow

Reporter

Partner

Commodity Code

Trade Value (US$)

Netweight (kg)

Qty Unit

Qty

Flag

2013

Export

Germany

Azerbaijan

871310

$1,689

152

Number of items

4

2

2014

Export

Germany

Azerbaijan

871310

$196,194

8,377

Number of items

718

2

2015

Export

Germany

Azerbaijan

871310

$250,509

9,399

Number of items

698

2

2016

Export

Germany

Azerbaijan

871310

$886

22

No Quantity

0

0

2013

Export

Germany

Azerbaijan

871390

$7,787

150

Number of items

5

2

Mənbə: Comtrade

Buna da bax: A. Tarkovsky: 'Bizə ancaq bir şey qalır – ləyaqətlə ölməyi öyrənmək'

2014-cü ildə Almaniya istehsalı olan əlil arabasının 1 ədədi Azərbaycana orta hesabla 273,25 dollara (o vaxtkı məzənnə ilə 213 manat), 2015-ci ildə isə 358,90 dollara (377 manat) satılıb. Öncəki illərdə yerli media dövlət vəsaiti hesabına əlil arabalarının alınması sahəsində şübhəli məqamların olmasından yazırdı.

Comtrade ən çox sayda əlil arabalarını Azərbaycana satan ölkənin Çin olduğunu bildirir. Bu ölkədən 2012-2015-ci illərdə (ötən il üzrə məlumat hələ təqdim olunmayıb) Azərbaycana 2826 ədəd – Almaniyadan 2 dəfə çox araba göndərilib.

Azərbaycana əlil arabaları satan ölkələr arasında Böyük Britaniya, Avstraliya, Avstriya, ABŞ, Rusiya və başqaları da var.

Period

Trade Flow

Reporter

Partner

Commodity Code

Trade Value (US$)

Netweight (kg)

Qty Unit

Qty

Flag

2016

Export

Germany

Azerbaijan

871310

$886

22

No Quantity

0

0

2016

Export

Turkey

Azerbaijan

871310

$1,612

177

Number of items

21

0

2016

Export

United Kingdom

Azerbaijan

871310

$2,127

12

Number of items

1

0

2016

Export

Australia

Azerbaijan

871390

$10,852

173

Number of items

8

0

2016

Export

Turkey

Azerbaijan

871390

$28,944

5,000

Number of items

275

0

2015

Export

China

Azerbaijan

871310

$47,193

2,297

Number of items

694

4

2015

Export

Germany

Azerbaijan

871310

$250,509

9,399

Number of items

698

2

2015

Export

Turkey

Azerbaijan

871310

$14,339

1,163

Number of items

79

0

2015

Export

United Kingdom

Azerbaijan

871310

$124,846

9,000

Number of items

268

0

2015

Export

China

Azerbaijan

871390

$12,440

375

Number of items

18

4

2015

Export

Russian Federation

Azerbaijan

871390

$1,739

86

Number of items

5

0

2015

Export

Turkey

Azerbaijan

871390

$4,650

1,068

Number of items

68

0

2014

Export

China

Azerbaijan

871310

$18,482

903

Number of items

301

4

2014

Export

Germany

Azerbaijan

871310

$196,194

8,377

Number of items

718

2

2014

Export

Turkey

Azerbaijan

871310

$1,180

200

Number of items

11

0

2014

Export

USA

Azerbaijan

871310

$5,500

269

Number of items

20

6

2014

Export

Bulgaria

Azerbaijan

871390

$611

100

Number of items

1

0

2014

Export

China

Azerbaijan

871390

$9,675

283

Number of items

15

4

2014

Export

Turkey

Azerbaijan

871390

$9,246

1,204

Number of items

128

0

2013

Export

China

Azerbaijan

871310

$74,631

3,160

Number of items

936

4

2013

Export

Germany

Azerbaijan

871310

$1,689

152

Number of items

4

2

2013

Export

Turkey

Azerbaijan

871310

$276

70

Number of items

3

0

2013

Export

United Kingdom

Azerbaijan

871310

$3,147

30

Number of items

10

0

2013

Export

China

Azerbaijan

871390

$2,098

63

Number of items

3

4

2013

Export

Germany

Azerbaijan

871390

$7,787

150

Number of items

5

2

2013

Export

Turkey

Azerbaijan

871390

$1,690

75

Number of items

5

0

2012

Export

Austria

Azerbaijan

871310

$2,129

78

No Quantity

0

4

2012

Export

China

Azerbaijan

871310

$65,607

0

Number of items

859

0

2012

Export

Poland

Azerbaijan

871310

$330

35

Number of items

2

0

2012

Export

United Arab Emirates

Azerbaijan

871310

$131

100

Number of items

0

2

2012

Export

Turkey

Azerbaijan

871310

$52,610

5,195

Number of items

519

0

2012

Export

United Arab Emirates

Azerbaijan

871390

$3,268

122

Number of items

2

2

2012

Export

Turkey

Azerbaijan

871390

$13,686

1,760

Number of items

9

0

Mənbə: Comtrade

Buna da bax: Öldürməmək hüququ nədir? - Eynşteyndən Rotterdamlı Erazma qədər izah edirlər

...Orxan Adıgözəl təkcə sərbəst hərəkət etməkdə çətinlik çəkmir. Onun əlində də problemi var. Deyir ki, bir müddət bundan qabaq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bir qrup əlilin görüşündə elektrikli əlil arabasına ehtiyacını olduğu deyib.

Birinci qrup Qarabağ müharibəsi əlili Elşad İbrahimov da motorlu əlil arabası istədiyini dilə gətirib. Lakin hökumət əlilləri velo- və kresloaraba ilə təmin edir. Nazirsə fiziki əngəli olan vətəndaşlara elektrikli əlil arabalarının dövlət hesabına alınması üçün normativ sənədlərdə dəyişiklik etməyin zəruri olduğunu deyib. Odur ki, Orxan və Elşad hələ gözləməli olacaqlar...

Əlil arabasından pul qazananlar kimlərdir? (Araşdırma)
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

XS
SM
MD
LG