Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-cı yazı]


Həsən bəy Ağayev
Həsən bəy Ağayev

Cümhuriyyət parlamenti sədrinin müavini Həsən bəy Ağayev Tiflisdə “İstiqlal Bəyannamə”sini ilk imzalayan və bəyan edən şəxs olub

BİOQRAFİYASI

Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə doğulub və orada gimnaziya bitirib. Daha sonra Hacı Zeynalabdin Tağıyevin yardımıyla Moskva Universitetinin tibb fakültəsində oxuyub məzun olunca Vətənə dönüb (1901). Həkimliklə yanaşı, ictimai-siyasi fəaliyyətə də qoşulub. O, H. Z. Tağıyevin dəvətilə Bakıdakı Tikiş Fabrikində həkim çalışıb. Xalq xəstəxanasının baş həkimi olub. İstər Bakının, istərsə Gəncənin ictimai həyatında fəal iştirak edib. Gəncədə yaranan “Difai” təşkilatının üzvü olub, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərinə məqalələr yazıb. Hətta Gəncədə “Yujnıy Kafkaz”, “Türk sözü” qəzetlərini çıxarıb.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Müsəlmanlar arasında maarifi yayan cəmiyyətin sədri seçilib. Gəncədə Xudadat bəy Rəfibəyli ilə ilk tibb cəmiyyətini qurub. 1917-ci ildə qurulan "Türk Ədəmi-Mərkəziyyət Firqəsi"nin yaradıcılarından sayılır. Bu partiya “Müsavat”la birləşəndə, onun Mərkəzi Komitəsinin üzvü olub. 1918-ci ildə Tiflisdə - Milli Şuranın iclasında İstiqlal Bəyannaməsi qəbul edilərkən, Həsən bəy M.Ə. Rəsulzadənin müavini seçilib. İstiqlal Bəyannaməsini də ilk o imzalayıb. 1918-ci il dekabrın 7-də cümhuriyyət parlamenti açılanda, sədrin müavini olub. Əlimərdan bəy Topçubaşı (Topçubaşov) Paris Sülh Konfransına qatıldığından, 1920-ci il fevralın 2-dək onun əvəzinə parlamentə rəhbərlik edib. 1920-ci ilin bolşevik işğalı zamanı Həsən bəy Bakıda olmayıb. 1920-ci ilin fevralında parlament sədrliyindən istefa versə də, komissiyaların işinə qatıldığından Tiflisdə çalışıb. 1920-ci il iyunun 19-da Fətəli xan Xoyskini öldürən daşnakların muzdla tutduğu qatillər bir ay sonra Tiflisdə qaldığı evin düz kandarında onu da qətlə yetiriblər.

HƏSƏN BƏYİN TARİXDƏKİ İZLƏRİ

1920-ci il yanvarın 14-də Azərbaycan Parlamentinin 117-ci iclasında cümhuriyyətin “de-fakto” tanınması məsələsi gündəliyə gəlib. Həmin iclasda Həsən bəy Ağayevin çıxışından:

“Tanımaqdan əvvəl tanınmaq lazımdır. Bu yolda Azəri türkləri çox zəhmət çəkmişlərdir. Biz özümüzü tanımasaydıq, təbii, bizi tanımazdılar. Və bu günki günə qovuşa bilməzdik. Avropa indi gördü ki, Azəri türklərinin digər mədəni millətlər kimi yaşamağa haqqı var”.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

Azərbaycan parlamentinin Bakının qurtuluşunun 1 illiyinə həsr olunmuş təntənəli iclasına sədrlik edən Həsən bəy Ağayevin çıxışı, 15 sentyabr, 1919-cu il:

“Möhtərəm məbuslar! Bugünkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlar. Bu bayram münasibətilə türklük və islamlıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki cümləniz qiyam edəsiniz. Möhtərəm əfəndilər! Bu gün düz 1 ildir ki Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalimlər əlindən xilas olmuşdur. Bizim qəvi vücudumuzu təşrih və bədənimizi parçalamaq istəyən və hüququmuzu çeynəmək istəyən düşmənlər keçən sənə martdan başlayaraq ta Kürdəmir stasyonundan igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər. Böyləliklə, ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişlərdir. May ayının 28-də istiqlalımız elan edilmişdir. Sentyabrın 15-də isə haqq yerinə varmış, Bakı istirdad edilmişdir”.

FALÇI

Həsən bəy haqqında söhbət gedərkən istər onun araşdırıcıları, istərsə haqqında danışanlar və yazanlar həmişə bu sirli faktı xatırladırlar:

“Moskva Universitetinin tibb fakültəsini təzəcə bitirən gənc həkimlər, deyə-gülə, küçədə gördükləri qaraçı qadına üz tutublar. Kartla hamının falına baxan qaraçı qadın Həsən bəyə çatanda qaçmağa başlayır. Həsən bəy onun arxasınca düşür və təkidli xahişlərdən sonra qaraçını onun da taleyinə baxmağa razı salır. Qaraçı deyir: “Sən gözəl, zadəgan bir xanıma rast gələcəksən, 3 balan olacaq. Ölkəndə ən yüksək məqama çatacaqsan. Amma 45 yaşında səni öldürəcəklər”. Qaraçıdan bu qorxunc sözləri eşidən Həsən bəy doyunca gülür: “Mən həkim adamam”, - deyir, mənim həyatımda nə məqam (vəzifə mənasında – red.), nə kreslo ola bilər ki?”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

Taleyin gərdişinə bax, Həsən bəyin həyatında məqam da olur, kreslo da və qaraçının 19 il öncə dediyi sözlər düz çıxır. Həsən bəy düz 45 yaşında qətlə yetirilir…

“HƏKİM OLMAQ İSTƏYİRƏM, EVDƏN PUL VERMİRLƏR”

Həsən bəy Ağayevin qızı Xurşid xanım
Həsən bəy Ağayevin qızı Xurşid xanım

Həsən bəyin nəticəsi Xurşud xanım Abdullayevanın AzadlıqRadiosu-na dedikləri:

“Həsən bəyin atası, babası ruhani olublar və istəyirdilər ki, o da bu yolu davam etdirsin. Həsənsə həkim olmaq istəyib və Bakıya böyük mesenat Hacı Zeynalabdin Tağıyevə məktub yazaraq bildirib ki, mən həkim olmaq istəyirəm, amma evdə mənə pul vermirlər. Tağıyev bir məktubla onun Moskva Universitetində təhsil almasına pul ayırıb”.

“ALİCƏNAB, SAVADLI, GÖZƏL HƏKİM, GÖZƏL İNSAN”

Xurşud xanım nənəsindən eşitdiklərini belə nəql edir: “Nənəmin dediyinə görə, Həsən bəy çox savadlı, alicənab, gözəl həkim, gözəl insan, sözün əsl mənasında vətənpərvər olub. O, gözəl fortepiano çalırmış. Nənəmlə - Xədicə xanımla ailə qurandan sonra onlar bir müddət İranda yaşayıblar. Babam həkimlik edib orda. Dolanışıqları yaxşı olub. Nənəm deyirdi ki, bizim ən çox korluq çəkdiyimiz dövr 1918-20-ci illər - onun parlamentin sədr müavini olduğu dövr idi. Çünki Həsən bəy bütün maaşını kanselyariyanın kasıb işçilərinə paylayırmış. Deyirmiş ki, ay Xədicə, biz sənin maaşına (Xədicə xanım tatar knyazının qızı olub, Peterburqda ali təhsil alıb və Tağıyevin dəvəti ilə Bakıda təzəcə açılan ilk Qızlar Gimnaziyasında dərs deyib - red) dolanarıq…”.

'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

“İSMAYILIN NƏ GÜNAHI?”

Xurşud xanım ulu babasından da danışdı: “Anam danışırdı ki, Həsən bəy Gəncədə anadan olub. Mədəni, savadlı bir ailədə. Həsən bəyin atası Ərəbistanda ali ruhani təhsil alıbmış. İki qardaş idilər - Həsən bəy və İsmayıl bəy. İsmayıl bəy parlaq bir advokat olub. Onu da həbs ediblər və sürgündə də dünyasını dəyişib…”.

HƏSƏN BƏYİN AİLƏSİ:

XURŞUD

“Bakıya qayıdandan sonra Həsən bəy tatar knyazının qızı, Peterburqda ali təhsil almış Xədicə xanımla ailə qurub. Xədicə xanım Hacı Zeynalabdinin xahişi ilə Bakıda açılan Qızlar Məktəbində dərs demək üçün çağırılıbmış. Bu evlilikdən Həsən bəyin 3 qızı olub: Xurşud (1905-1953), Gülruh (1908-1951) və Nəzakət (1910-1982). Xurşud mənim nənəmdir. Xurşud Əhməd bəy Pepinova ərə getmişdi (Əhməd bəy Pepinov - Cümhuriyyətin əmək naziri - red.) Onu da həbs edib öldürdülər. Sonra Xurşud xanım Bahadır Eyvazovla evləndi. Onun da taleyi acı oldu. 45 yaşında xəstələnib öldü. Xurşud xanım Azərbaycanın ilk musiqişünas qadını olub. Uzun illər Konservatoriyada dərs deyib, Azərbaycan musiqisinə dair araşdırmalar aparıb”.

'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

GÜLRUH

“Gülruh Aleksandr Soroker adlı bir həkimə ərə getmişdi. Onlar tələbə yoldaşı olublar, Tibb İnstitutunda bir yerdə oxuyublar.1932-ci ildə Rusiyada gedən “həkimlər işi” çərçivəsində Bakıda Aleksandrı həbs eləyib Sibirə sürgünə göndərdilər. Gülruh xanım onun dalınca getdi Sibirə. Amma Aleksandr heç həbs yerinə çata bilməyib yolda ölmüşdü… Gülruh xanımı da Sibirdə həbs etdilər. Ona ərinin yolda öldüyünü heç bildirməyiblər də. Peşəsi Gülruh xanımı xilas edib. Həbs düşərgəsinin xəstəxanasında həkim işləməsinə icazə veriblər. Oğlu Fərid də elə sürgündə doğulub. 1937-ci ildə Həsən bəyin həyat yoldaşı Xədicə xanım Sibirə gedib uşağı Bakıya gətirdi. Gülruh xanım qaldı Sibirdə… 10 il “cəzasını” çəkib qayıtdı Bakıya. Ancaq ona Bakıda yaşamağa icazə vermədilər. Gülruh xanım xərçəng xəstəliyinə tutuldu və çox cavan öldü…”.

NƏZAKƏT

“Nəzakət xanım böyük alim, alman dili mütəxəssisi idi. Pedaqoji institutdan “Müsavat parlamanı başçısının qızı” olduğu üçün çıxarıblar. O, Moskva Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. Akademiyanın Xarici Dillər kafedrasının rəhbəri idi. 1979-cu ildə rəhmətə getdi. Professor Nəzakət xanım görkəmli dilçi-alim Əliheydər Orucovun həyat yoldaşı olub”.

XƏDİCƏ XANIM

“Həsən bəyin ömür yoldaşı Xədicə xanım 1958-ci ildə dünyadan köçüb. Mən onu görməmişəm. Anamı da (Sevda xanım Pepinovanı-red.), Gülrux xanımın oğlu Fəridi də o böyüdüb. Məktəbdə dərs deyirdi, sonra məktəb direktoru olub. Qırmızı Əmək Bayrağı ordeni də alib. 1920-ci ildə Həsən bəy qətlə yetiriləndə, Kirov Bakıda idi. Həsən bəyin indiki Bülbül adına Musiqi Məktəbindən bir az yuxarı, Axundov bağına çatmamış sağ tərəfdə evi vardı. Onları həmin evdən çıxardılar və Xədicə xanımı Kirov xilas etdi. Onu da uşaqlarla birlikdə sürgün etmək istəyiblər, amma Kirov soruşub ki, Həsən bəyin yoldaşı nəçidir? Deyiblər müəllimədir. Deyib bizə müəllimə lazımdır. Dəyməyin ona. Başqa ev verin, qoy Bakıda qalsın. Onlara Sovetskidə-Ostrovski küçəsinin tinində birotaqlı ev veriblər və Xədicə xanım ömrünün sonunadək orada yaşayıb…”

HƏSƏN BƏYİN NƏRİMANOVA MƏKTUBU

Həsən bəy Ağayevin doğulduğu evə vurulan lövhə.
Həsən bəy Ağayevin doğulduğu evə vurulan lövhə.

Xurşud xanım maraqlı bir nüansa diqqət çəkdi; “Bolşevik işğalından sonra Həsən bəy Nərimanova məktub yazıb və deyib ki, mən Azərbaycanda qalıb həkimlik etmək istəyirəm. Nərimanov yazıb ki, nə Azərbaycan, nə həkimlik? Çıx get. Sənin məsələn həll olunub. Və Həsən bəy məcbur qalaraq, Türkiyəyə getməyə qərar verib. Gedən günün axşamı bir nəfər onu qonaq çağırıb. Deyib azərbaycanlılar yığılıblar, sizinlə vidalaşmaq istəyirlər. Gedib vidalaşmağa. Qayıdıb qapının zəngini basanda arxadan onu vurublar. Və Tiflisdə də dəfn ediblər onu, Botanika bağında – Axundovun yanında. Bir yanında Xan Xoyski, o biri yanında Həsən bəy Ağayev. İyunda Xan Xoyskini öldürmüşdülər, bir ay sonra da Həsən bəyi…”

Buna da bax: Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

SON DURUM. SON MƏKTUB. TƏK-TƏK QƏTL

Xurşud Abdullayeva: "Nənəm deyirdi ki, bizim ən çox korluq çəkdiyimiz dövr 1918-20-ci illər idi..."
Gözlə

No media source currently available

0:00 0:10:16 0:00
Direct-ə keçid

Doktor Həsən bəy Ağayev barədə film müəllifi yazıçı-jurnalist Nəriman Əbdürrəhmanlı bu böyük insanın Tiflisdə keçən son günlərini belə təsvir edir: “Həsən bəy Cümhuriyyətin süqutunu Tiflisdə eşidir. Bu hadisələr onun səhhətinə də pis təsir etmişdi. Min bir əziyyətlə, böyük sevgi ilə yaratdığı bir dövlətin süqutu onun sağlamlığını pozmuşdu. Həmin dövrdə Türkiyənin hərbi naziri Ənvər paşaya (Ənvər Paşayla Həsən bəyin şəxsi münasibətləri olub - red.) yalvarış dolu məktub yollamışdı ki, Sizə yalvarıram, Azərbaycanı xilas edin, Bakını bolşeviklərdən qurtarın. Və təəssüf ki, Türkiyənin başı o vaxt öz problemlərinə qarışdığından, Azərbaycana kömək edəcək durumda deyildi. O üzdən Həsən bəy böyük sarsıntılar keçirirdi o dönəmdə. Ailəsi qalmışdı Bakıda, yollar bağlı, gələ bilmir və hər gün də izlənildiyini hiss edirdi. Çünki erməni terrorçularının xüsusi planı vardı. Bundan sonra Cümhuriyyət qurucularını tək-tək qətlə yetirmək! Həsən bəy elə onların əliylə Tiflisdə yaşadığı evin kandarında cəmi 45 yaşında qətlə yetirildi”.

“Cümhuriyyət -100” davam edəcək.

XS
SM
MD
LG