Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'


Karikatura. Gündüz Ağayev.
Karikatura. Gündüz Ağayev.

Azərbaycanlılar erməni və gürcülərdən daha acdır?

“Bu o deməkdir ki, başqa ölkələrdə – Gürcüstanda, Ermənistanda hökumət öz xalqının sosial vəziyyətinin qeydinə daha yaxşı qalır. Azərbaycanda isə bunu bacarmayıblar”, – iqtisadçı Nemət Əliyev oktyabrın 12-də açıqlanan Qlobal Aclıq İndeksinə görə, Azərbaycanın qonşuları Ermənistandan və Gürcüstandan siyahıda daha aşağı pillədə olmasını bu cür izah edir. O bu göstəricinin Azərbaycandakı real vəziyyəti əks etdirdiyini deyir.

Nemət Əliyev
Nemət Əliyev

İndeksin nəticələrinə görə, Azərbaycan 119 ölkə içində 9.6 bal topladığı halda, Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanda (7.7) durum Azərbaycana nisbətən daha yaxşıdır.

Nemət Əliyev: "Gürcüstanda, Ermənistanda hökumət öz xalqının sosial vəziyyətinin qeydinə daha yaxşı qalır...”
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00
Direct-ə keçid

Buna da bax: Yoxsulluq səviyyəsi ABŞ-da 11% olanda, Azərbaycanda niyə 5%-dir?

İqtisadçı Natiq Cəfərli isə durumu son 2 ildə Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda milli valyutanın daha çox dəyərdən düşməsi ilə bağlayır:

“Azərbaycan regionda inflyasiyanın ən kəskin olduğu ölkədir. Hətta rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası 18 faizdir. Rəsmi rəqəmlərin hesablanması zamanı təhriflər olduğunu nəzərə alsaq, deməli, bu rəqəm daha yüksəkdir. Həm iki kəskin devalvasiya, həm də yüksək inflyasiya Azərbaycanın bu parametrlərə görə, qonşu ölkələrlə müqayisədə geriləməsinə səbəb olur”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərlinin qənaətincə, başlıca problemlərdən biri də sosial məlumatların hesablanması ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda minimum istehlak zənbili də, minimum yaşayış həddi də “köhnəlmiş, reallığı əks etdirməyən, beynəlxalq standartlara uyğun gəlməyən indikatorlarla” hesablanır. “Qonşu ölkələrdə minimum ərzaq səbətinə daha çox mal və xidmətlər daxildir, bu da indeksin hazırlanmasında nəzərə alınır”, – Cəfərli əlavə edir.

Buna da bax:​ Prezident: 'Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik'

Deputat: “Aclıqdan əziyyət çəkən görmədim”

AzadlıqRadiosu Qlobal Aclıq İndeksi ilə bağlı deputatların mövqeyini öyrənməyə çalışıb.

Yalnız Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə öz münasibətini qısaca açıqlayıb: “Əvvəla, mən Azərbaycanda əhali arasında aclıqdan əziyyət çəkən görməmişəm. Bizdə aşağı səviyyədə, yoxsulluq həddindən bir az yuxarı həddə yaşayanlar olsa da, aclıq çəkənlər görməmişəm”.

Araz Əlizadə
Araz Əlizadə

Hesabata görə, Azərbaycanda əhalinin 2014-2016-cı illərdə 1,2 faizi xroniki aclıqdan əziyyət çəkib.

Buna da bax:​ Azərbaycanda nə qədər yoxsul var?

Natiq Cəfərli isə bu yerdə diqqəti ona çəkir ki, Azərbaycanda rəsmi rəqəmlərə görə, yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı 5 faizdir: “Həmin 5 faizin içində xroniki aclıq deməyim, vaxtlı-vaxtında qidalanması problemə çevrilənlərin sayının 1 faizi təşkil etməsi normaldır”.

İqtisadçının fikrincə, sosial müdafiənin zəif olduğu Azərbaycanda “qohum-əqrəba institutu” işə düşür və onların dəstəyilə aclıq çəkənlərin sayı azdır: “Amma vizual olaraq bu görünür. Azərbaycanda küçədə yaşayanların, dilənənlərin sayı artmaqdadır”.

Natiq Cəfərli: “Azərbaycan regionda inflyasiyanın ən kəskin olduğu ölkədir"
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00
Direct-ə keçid

Buna da bax:​ Adambaşına 713 dollar xarici borc düşür

Təqaüdçülərin pensiyası 1 manat 80 qəpik artırsa...

İqtisadçı Nemət Əliyevin qənaətincə, “xroniki aclıqdan əziyyət çəkənlərlə” bağlı göstərici daha yuxarıdır, “xüsusən də, regionlarda vəziyyət daha acınacaqlıdır”. İqtisadçının sözlərinə görə, son bir ildə Azərbaycanda sosial vəziyyət çox ağırlaşıb və hökumətin bu yöndə həyata keçirdiyi tədbirlər təsirsizdir.

Nemət Əliyev fikrini bir misalla əsaslandırır: “Dövlət Sosial Müdafiə Fondunun bugünlərdə açıqladığı rəqəmə görə, əmək pensiyalarının orta məbləği 204 manatdır. Bu oktyabrın 1-nə olan məlumatdır. İlin əvvəlində bu məbləğ 202 manat 20 qəpik idi. Belə məlum olur ki, ötən 9 ayda pensiyaların məbləğində 1 manat 80 qəpik artım olub. 14 faizlik inflyasiyanı da nəzərə alsaq, belə çıxır ki, təqaüdçülərin vəziyyəti 11 faizdən artıq pisləşib”.

İqtisadçı başqa bir müqayisə də aparır. O, Dövlət Statistika Komitəsinə istinadla deyir ki, son 9 ayda ölkədə illik inflyasiyanın səviyyəsi 14 faiz olduğu halda, əməkhaqqı 7 faiz artıb.

Buna da bax:​ 'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'

“Burdan çıxarılan nəticə odur ki, real əməkhaqqının səviyyəsi təxminən 7 faizə qədər düşüb. Təəssüf ki, Azərbaycan hökuməti bu haqda danışmaq istəmir, bir qayda olaraq, gəlirlərin nominal səviyyəsi haqda danışmağa maraq göstərir”, – iqtisadçı söyləyir.

Uşaqların çəki problemi

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur. Oktyabrın 12-də açıqlanan hesabata görə, Azərbaycanda 2012-2016-cı illərdə yaşı 5-dən aşağı olan uşaqların 3.1%-də boyuna görə çəki azlığı, 18%-də isə yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.

Buna da bax:​ 13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?

Deputat Araz Əlizadə bununla da razılaşmır. Uşaqların boyuna, yaşına görə çəkisinin azlığını daha çox qohum nikahlarla əlaqələndirir. “Qohum nikahları çox olduğuna görə qan təzələnmir, ona görə də uşaqlar cılız olur”, – deputat deyir.

İqtisadçı Natiq Cəfərli fiziki göstəricilərlə bağlı daha dərin araşdırmalara ehtiyac olduğunu düşünür. O da hesabatdakı göstəriciləri yaxın qohum nikahlarının geniş yayılması ilə izah edir. Eləcə də aztəminatlı ailələrdə uşaq sayının artımının da qidalanmada problemlərə səbəb olduğunu vurğulayır.

XS
SM
MD
LG