Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:37

Bu il sülh sazişi gözləmirlər


Azərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları

İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığında Ermənistanla sülh sazişi məsələsinə də toxunub. O deyib ki, Azərbaycan sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazırdır, lakin Ermənistan hələ də bu çağırışa cavab vermir.

Bəs hansı şərtlərlə Azərbaycan sülh müqaviləsinin altına imza ata bilər?

Ermənistanlı fəal: 'Erməni xalqı dəyişib, daha düşmənçilik istəmir'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Prezident sülh sazişini necə görür

Mayın 21-də "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" mövzusunda videoformatda müzakirələr zamanı da İ.Əliyev demişdi ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır: "Əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq".

O qeyd edib ki, sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur: "Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da, öz növbəsində, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır".

A.Mirzəzadə
A.Mirzəzadə

"Birincisi, ərazi bütövlüyü məsələsi..."

Milli Məclisin deputatı Aydın Mirzəzadə də "Turan"a bildirib ki, Prezident İ.Əliyevin dediklərindən irəli gələrək müqavilənin bir neçə şərtlərini sadalamaq olar: "Birincisi, hər iki tərəfin maraqlarına xidmət edən ərazi bütövlüyü məsələsi. İkincisi, mehriban qonşuluq münasibətləri. Üçüncüsü, sərhədlərin demarkasiyası üçün komissiyanın yaradılması və onun fəaliyyətinə dəstək verilməsi".

Deputatın fikrincə, dördüncü şərt qarşılıqlı iqtisadi, ticarət əlaqələrinin qurulması maraqlarının ortaya qoyulmasıdır: "Beşincisi isə bütün problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsidir. Hesab edirəm ki, bu, kifayət qədər aydın, hər iki ölkənin maraqlarına cavab verən şərtlərdir. Azərbaycan öz təklifini verib, Ermənistan tərəfindən cavab gözləyir".

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

"Azərbaycan öz ərazi bütövlüyünü..."

A.Mirzəzadənin sözlərinə görə, Ermənistan Azərbaycanla müqavilə bağlasa da, bağlamasa da, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq əzmindədir: "Bundan ötrü SSRİ dövründən Azərbaycanla Ermənistan arasında olan inzibati sərhədlər barəsində xəritələr var. Ermənistanın ATƏT-in bir sıra sənədlərində ATƏT üzvü olan ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı imzası var. Azərbaycan öz ərazi bütövlüyünü heç kəsə güzəştə getmək fikrində deyil".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, sülh müqaviləsinin bağlanması üçün bir şərt var: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, avtomatik olaraq Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyır".

E.Şahinoğlu
E.Şahinoğlu

"Hesab etmirəm ki, Ermənistan indi buna hazırdır"

Politoloq deyir ki, bu, Ermənistanın Azərbaycanın sərhədlərini, Qarabağın Azərbaycana aid olmasını tanıması demək olardı: "Əgər o buna hazırdırsa, sülh sazişi imzalana bilər. Amma mən hesab etmirəm ki, Ermənistan indi buna hazırdır. Üstəgəl də, 16 gün sonra Ermənistanda parlament seçkiləridir. Biz bilmirik baş nazir, hökumət necə olacaq, xaos davam edəcək, ya yox?".

Ekspertə görə, bu ilin axırına kimi sülh sazişinin imzalanması problematik olacaq: "Seçkidən sonra böyük ehtimalla Ermənistanda xaos davam edəcək. Nikol Paşinyan seçkidə qalib gəlsə də, səslərin sayı ona təkbaşına hökuməti formalaşdırmağa kifayət etməyəcək".

E.Şahinoğlu bu şəraitdə Ermənistanın gələcək hökumətinin Azərbaycanla sülh sazişinə hazır olacağına inanmır: "Çünki gərək Ermənistanda elə baş nazir olsun ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Lakin axır-əvvəl bu, baş verəcək. Amma biz hələ ilkin mərhələdəyik, biz hələ Qarabağda nizam-intizamı tam bərpa etmədik, sərhədlərimizi müəyyənləşdirməliyik".

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG