Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:21

AXCP funksionerinə cəza kəsildi: 'Bura məhkəmə yox, məzhəkədir'


Sahib Məmmədzadə
Sahib Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadəyə 6 il 6 ay həbs cəzası kəsilib. Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Cəbhəçi fəal bu il martın 18-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib. İddia olunur ki, üstündən 23 qram narkotik tapılıb.

Ancaq S.Məmmədzadə deyir ki, bu ittiham saxtadır, ümumiyyətlə, narkotikin necə olduğunu bilmir. O, hökmdən öncə son sözündə haqqındakı cinayət işini "şou, tamaşa" adlandırıb: "Bura məhkəmə yox, məzhəkədir. Məhkəmə olsaydı, məni açıb azadlığa buraxardılar, çünki burada mənim təqsirsizliyim sübut olundu".

'Məni təpiklədilər ki...' - Daşkəsəndə AXCP fəalının yaxınları onun həbsinə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

"Ədalətli qərar verməyə cəsarəti çatacaq hakim yoxdur"

AXCP funksioneri vurğulayıb ki, onu siyasi fəaliyyətinə görə şərləyiblər. Deyir, yük maşınında mal-qaranı yaylağa apararkən postda onları saxlayıblar: "Qaramaskalılar hücum edib, məni zorakılıqla düşürdülər. Oradan aparıb, cibimə narkotik atıb şərlədilər".

Yük maşınının sürücüsü də məhkəmədə onun dediklərini təsdiqləyərək deyib ki, mal-qaranı aparanda onları postda saxlayıb maskalı şəxslər S.Məmmədzadəni düşürüblər.

Cəbhəçi fəalın bacısı Tacirə Məmmədzadə AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Onsuz da başqa gözləntimiz yox idi. Ona görə yox ki qardaşım günahkardır. Ona görə ki Azərbaycanda normal məhkəmə, siyasi sifarişli işlərdə ədalətli qərar verməyə cəsarəti çatacaq hakim yoxdur".

Onun sözlərinə görə, məqsəd ölkədaxili məhkəmə instansiyalarını keçib Avropa Məhkəməsinə şikayət etməkdir.

AXCP-dən verilən məlumata görə, hazırda partiyanın 10-dan çox fəalı siyasi baxışlarına görə həbsdədir.

XS
SM
MD
LG