Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:05

“Strasburqda Azərbaycanla bağlı rüşvət qalmaqalı müzakirə olunacaq”


Money, bribe, corruption,
Money, bribe, corruption,

Gələn həftə – aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. “Azadlıq” qəzeti yazır ki, qurum üzvlərinin Strasburq görüşlərində Azərbaycanla bağlı rüşvət qalmaqalını müzakirə edəcəkləri gözlənilir. https://www.azadliq.info/186025.html

Yada salaq ki, İtaliya prokurorluğu Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın AŞPA-dan keçməsini önləməkdən ötrü italiyalı deputat Luka Volontenin 2 milyon 390 min avro rüşvət almasına dair iddiaları araşdırır. Martın əvvəlində AŞPA-nın baş katibi Wojciech Sawicki mümkün korrupsiya faktı ilə bağlı qurumdan kənar istintaqın yaradılması təklifini verib. Avropa Stabillik Təşəbbüsünün (ESI) direktoru Gerald Knaus AŞPA üzvlərinə məktub yazaraq onlardan Sawicki-nin bu təklifini dəstəkləməyi istəyib. O, məktubunda Azərbaycanın illərdir “kürü diplomatiyası” ilə AŞPA-nın üzvlərini ələ almaq cəhdlərindən bəhs edib. Knaus həm də qeyd edib ki, AŞPA məsələ ilə bağlı qətiyyətli addımlar atmalıdır.

Aprelin 24-də hollandiyalı deputat Pieter Omtzigt və almaniyalı deputat Frank Schwabe-nin təşkilatçılığı, “Amnesty İnternational” Avropa və Mərkəzi Asiya direktoru John Dalhuisen və Avropa Stabillik Təşəbbüsünün (ESİ) direktoru Gerald Knaus-un spikerliyi ilə Avropa Şurasının binasında “AŞPA-da korrupsiya ittihamları və şəffaflıq” mövzusunda paralel tədbir keçiriləcək. Tədbirdə Azərbaycanın daxil olduğu rüşvət skandalı geniş müzakirə ediləcək. “Azadlıq” qəzeti belə yazır.

Foto illüstrasiya
Foto illüstrasiya

Ötən həftə “Guardian” qəzeti də AŞPA prezidentinə məsələnin araşdırılması üçün təzyiq göstərilməsindən yazırdı. /a/aspa-korrupsiya/28440613.html

Qeyd edək ki, hakimiyyət təmsilçiləri “kürü diplomatiyası” ilə bağlı deyilənləri rədd edir.

Sürücüləri ölümə aparan Hövsan yolu

“Yeni Müsavat” qəzeti yazır ki, Suraxanı rayonunda, Hövsan qəsəbəsinə gedən əsas magistral yol sürücülərin kabusuna çevrilib. Magistral yolda aparılan təmir-tikinti işləri sürücülərə əngəl yaradıb. Belə ki, yolun təmir aparılan hissəsini hərəkət hissəsindən ayırmaq məqsədi ilə bir neçə yerdə beton sədlər qoyulub. Avtomobillər yüksək sürətlə gələrək həmin hissədə sürəti qəfil azaltmalı olurlar. http://musavat.com/news/suruculeri-olume-aparan-hovsan-yolu-reportaj-video-fotolar_432682.html

Yol kənarında sürət nişanları qoyulsa da, çox az sürücü bu qaydalara əməl edir. Təmir aparılan yerlərdə yolun bir hissi tutulduğundan yol daralır və avtomobillər qarşı yola keçməli olurlar. Yolun təmir aparılan hissələri arasında məsafə də olduqca yaxındır. Belə ki, sürücülər bu təhlükəni bir neçə dəfə yaşamalı olurlar. Təhlükəni artıran daha bir məqam isə yolda işıqlandırma sisteminin olmamasıdır. Axşam saatlarında zülmətə bürünən yolu yalnız avtomobillərin işıqları qismən aydınladır. Bu isə sürücülər üçün ciddi problem yaradır.

Foto arxiv
Foto arxiv

“Azəravtoyol” MMC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Musavat.com-a Hövsan yolunda aparılan yenidənqurma işlərinin bu il yekunlaşacağını bildirib: “Hövsan yolunda aparılan işlər daxili investisiya hesabına maliyyələşən layihədir. Vəsaitə uyğun olaraq işlər həyata keçirilir, asfalt örtüyü yenilənir, yol genişləndirilir. Bu il ərazində də təmir işlərinin yekunlaşdırılması planlaşdırılır. Zığ-Hövsan yolunun uzunluğu 24 kilometrdir. İlkin mərhələdə Zığdan Hövsana qədər olan yolun təmiri nəzərdə tutulur. Həmin məsafə təqribən 7-8 kilometrdir. Onun bir kilometri, “BakuBus” tərəfdən olan giriş hissəsi yenidən quruldu və istifadəyə verildi. İkinci mərhələdə isə Hövsandan Türkana qədər olan yolların təmiri nəzərdə tutulub. Hazırda da işçi heyəti və texnikalar ərazidə iş aparır”.

Azərbaycanın ixrac potensialı artı

Rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqalədə “Made in Azerbaijan” brendinin təşviqi prosesinin tədricən öz bəhrəsini verdiyi vurğulanır.http://www.azerbaijan-news.az/index.php?mod=3&id=120493

““Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqindən sonra bu sahədə aparılan işlər bəhrəsini verir. Belə ki, son aylarda Azərbaycanın qeyri-neft məhsullarının xaricə daha böyük həcmdə ixracı dolayısı ilə ölkəmizdə qeyri-neft sektoru istehsalının artdığını təsdiq edir... Dövlət başçısının müvafiq fərmanına uyğun olaraq bu vaxtadək Çinin Honqkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan və Qətərə 7 ixrac missiyası təşkil olunub. İlin sonunadək isə daha 3 ixrac missiyasının təşkili planlaşdırılır. Artıq Çindən daxil olan sifarişlərə əsasən, bu ölkəyə şərab ixracına başlanılıb. 500 min butulkadan artıq şərab ixracına dair müqavilə imzalanıb.

Foto arxiv
Foto arxiv

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilən ixrac missiyası zamanı meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. Nəticə olaraq Dubaya nar şirəsi və alma ixrac olunur”, – məqalədə deyilir.

XS
SM
MD
LG