Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:06

AŞPA Rusiya rejimini terrorçu kimi tanıyan qətnamə qəbul edib


Bu sessiyada videobağlantı ilə iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski qətnamənin qəbulunu alqışlayıb
Bu sessiyada videobağlantı ilə iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski qətnamənin qəbulunu alqışlayıb

Rusiya nümayəndə heyəti bu sessiyada iştirak etməyib, beləki o mart ayında Avropa Şurasından xaric edilib

Avropa Şurasının Parlament Assambleyası oktyabrın 13-də keçirilən sessiyasında “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün eskalasiyası” adlı qətnaməni qəbul edib.

Bu sənəddə Rusiya Federasiyası “terrorçu rejim” kimi səciyyələndirilir.

Qətnamənin leyhinə 99 nümayəndə səs verib. AŞPA-da ümumilikdə 306 nümayəndə var, lakin qurumun qaydalarına görə sessiyada iştirak edənlərin çoxluğunun səs verdiyi sənədlər qəbul edilmiş sayılır.

Qətnamədə habelə Ukraynaya Rusiyanın raket zərbələrindən qorunmaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsinə, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən xaric edilməsinə, Ukraynada mümkün müharibə cinayətlərinin araşdırılması üçün beynəlxalq tribunalın qurulmasına çağırış edilir.

Bu sessiyada videobağlantı ilə iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski qətnamənin qəbulunu alqışlayıb.

Rusiya nümayəndə heyəti bu sessiyada iştirak etməyib, beləki o mart ayında Avropa Şurasından xaric edilib.

ABŞ bu addımın əleyhinədir

AŞPA-nın siyasi məsələlər üzrə qətnamələri üzv ölkələr üçün icbari sayılmır.

Ukrayna dünya ölkələrini Rusiyanın terrorçu dövlət kimi tanınmasına çağırır.

ABŞ administrasiyası bildirib ki, hələki belə bir qərarın qəbul edilməsinə hazır deyil.

Ağ Ev hesab edir ki, Rusiyanın “terrorçu dövlət” kimi tanınması Moskva ilə kritik sahələrdə mümkün əməkdaşlıq imkanlarını yox edə bilər.

Fransa prezidenti Emmanuel Makron da Rusiyanın terrorçu dövlət elan edilməsinə qarşı olduğunu bildirib.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

XS
SM
MD
LG