Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

Berlin deyir ki, Rusiya kəşfiyyatının Almaniyaya marağı artıb


Tomas Haldenvanq
Tomas Haldenvanq

Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə Rusiya xüsusi xidmətlərinin Almaniyaya marağı artıb.

Bu barədə məlumatı dpa xəbər agentliyinə Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin rəisi Tomas Haldenvanq verib.

Haldenvanq Almaniya Federal Kəşfiyyat və Əks-Kəşfiyyat Xidmətinin bu yaxınlarda Rusiyaya casusluq şübhəsi ilə həbs edilmiş əməkdaşından söz açıb.

Həmin əməkdaş Rusiya tərəfinə məxfi məlumatların ötürülməsində şübhəli bilinir.

Bu məlumatların əsasən Ukrayna müharibəsi ilə bağlı olduğu düşünülür.

Haldenvanq deyib ki, bu hadisə Moskva təhlükəsinin nə qədər ciddi olduğunu göstərir.

Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin rəisi ehtimal edir ki, Rusiya Ukrayna ilə müharibəyə görə Almaniyadan qovulmuş 40 diplomatının yerini doldurmağa çalışır.

Sözü gedən diplomatların böyük əksəriyyəti əslində Rusiya xüsusi xidmətlərinin əməkdaşları idilər:

"Biz Rusiya xüsusi xidmətlərinə bağlı yeni adamların Almaniyaya gəlişinin qarşısını almağa çalışırıq”.

Haldenvanq bildirib ki, Almaniya rusiyalılara viza verilməsi prosedurunu çərtinləşdirib.

Onun sözlərinə görə Berlin Rusiya tərəfindən kiberhücumların və dezinformasiya kampaniyalarının artacağını gözləyir, amma Almaniyanın xarici kəşfiyyatı cari məsələlərin həllinə yaxşı hazırlaşıb.

Haldenvanq bunu da deyib ki, Çin və İran xüsusi xidmətləri də Almaniyadakı fəaliyyətlərini genişləndiriblər.

XS
SM
MD
LG