Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:31

Aİ Ukraynaya əlavə 500 milyon avro ayıracaq


Jozep Borrel
Jozep Borrel

Ukrayna İlan adası yaxınlığında Rusiya donanmasının logistika gəmisini vurduğunu bildirir

Avropa İttifaqının (Aİ) Xarici siyasət rəhbəri Jozep Borrel deyir ki, Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayıracaq.

Mayın 13-də Almaniyanın şimalında G7-nin xarici işlər nazirlərinin görüşü çərçivəsində danışan Borrel deyib ki, hərbi yardım tanklar və artilleriya kimi ağır silahlardan ibarət olacaq, Aİ-nin Ukraynaya yardımını 2 milyard avroya çatdıracaq.

G7-nin birliyi

Borrel Rusiya neftinə embarqo qoyulması üzrə razılaşmanın bir neçə günə əldə olunacağına inamını bildirib. “Biz Rusiyadan neft asılılığından canımızı qurtarmalıyıq”, – Aİ-nin aparıcı rəsmisi sözlərinə əlavə edib.

Britaniyanın Xarici işlər naziri Liz Trass Ukraynaya daha çox silah göndərməyə çağırıb.

“Hazırda Ukraynaya daha çox silah göndərməklə, sanksiyaları gücləndirməklə Rusiya Prezidenti Vladimir Putinə təzyiqi saxlamağımız çox vacibdir”, – Trass görüş çərçivəsində söyləyib.

“Bu böhranda azadlıq və demokratiyanın qorunmasında G7-nin vəhdəti çox vacibdir və biz bu yöndə işimizi davam etdirəcəyik”, – Trass vurğulayıb.

Ukraynadan gələn xəbərlər

Bu arada Ukrayna qüvvələrinin Rusiya hərbçilərini bəzi yerlərdə zərbələr endirməsi haqda xəbərlər gəlir. Britaniya Müdafiə Nazirliyi mayın 13-də gündəlik bülletenində qeyd edir ki, Donbasda Rusiya qüvvələrinin çayı keçməsinin qarşısı alınıb.

Severodonetsk şəhərindən qərbdə yerləşın Severski Donets çayını keçməyə çalışan Rusiya qüvvələrinin zirehli texnikasının vurulduğu bildirilir. Həmin görüntülərin əks olunduğu deyilən fotolar dərc olunub.

Məlumatda qeyd olunur ki, Rusiya komandirləri öz başçılarının artan təzyiqi altındadır, döyüş zonasında getdikcə riskli strategiyalara əl atırlar.

Ukrayna həmçinin İlan adası yaxınlığında Rusiya donanmasının logistika gəmisini vurduğunu bildirir.

Ölkənin dövlət xəbər agentliyi “Ukrinform” regional komandanlıq sözçüsünə istinadla gəminin alışdığını yazır.

Agentlik donanmanın “Vsevolod Bobrov” gəmisini “itirdiyini” bildirir.

Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb, Rusiya tərəf də hər hansı donanma gəmisinə ziyan dəyməsi haqda xəbər yaymayıb.

XS
SM
MD
LG