Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48

Rusiyaya sanksiyalardan yan keçməkdə kömək edənlər cəzalandırılacaq


Rusiyanın Xabarovsk vilayətindəki aksiyalardan birində (Arxiv fotosu)
Rusiyanın Xabarovsk vilayətindəki aksiyalardan birində (Arxiv fotosu)

Avropa Şurasının qəbul etdiyi qərara görə sanksiyalar rejiminin pozulması Avropa İttifaqına qarşı “cinayət əməli” kimi qiymətləndiriləcək

Avropa Şurasının qəbul etdiyi qərara görə sanksiyalar rejiminin pozulması Avropa İttifaqına qarşı “cinayət əməli” kimi qiymətləndiriləcək.

Sözü gedən “əməllərin” siyahısı Aİ-nin fəaliyyəti Müqaviləsinə daxil edilib.

Hazırda bu cinayətlər terrorçuluq, insan alveri, qadın və uşaqların cinsi istismarı, qanunsuz narkotik maddə və silah ticarəti, korrupsiya, çirkli pulların yuyulması, ödəniş vasitələrinin saxtalaşdırılması, kibercinayətlər və mütəşəkkil cinayətkarlıqdır.

Məlumatda Avropa İttifaqı Şurasının qərarı haqqında deyilir ki, Aİ Rusiyanın Ukraynaya qarşı əsassız və ədalətsiz müharibəsi ilə bağlı Moskva üzərinə misli görünməmiş iqtisadi sanksiyalar qoyub, lakin bu sanksiyaların uğuru üçün, onlardan yan keçmənin qarşısı alınmalıdır.

Rusiyaya kömək edən ölkələrə qarşı

Sanksiyalardan yan keçilməsinin cinayətlərin siyahısına əlavə edilməsi o deməkdir ki, indi Avropa Komissiyası bütün üzv ölkələr üçün direktiv hazırlamalıdır.

Bundan sonra Aİ-yə üzv ölkələr sanksiyalardan yan keçilməsini özlərinin cinayət məcəllələrinə daxil etməlidirlər.

Sözü gedən direktivdə bu qanun pozuntusuna görə minimum cəza tədbiri qeyd olunmalıdır.

Bu da gözlənilir ki, sanksiyalardan yayınma ilə mübarizə müddəası Rusiyaya qarşı Aİ sanksiyalarının 9-cu paketinə daxil ediləcək.

Avropa Komissiyasının üzvü Didye Reynders bundan əvvəl demişdi ki, Rusiyaya sanksiyalardan yan keçilməsində dəstək verən ölkələrin aktivlərinin dondurulması yox, birbaşa müsadirəsi nəzərdə tutulacaq.

Xəbər verilir ki, hələ may ayında yekdilliklə bəyənilmiş bu qərara əvvəlcə Avropa Parlamentində baxılacaq.

XS
SM
MD
LG