Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:55

İlham Şaban: '...benzinin qiyməti artıq fevralda qalxmalı idi'


SOCAR 'AI-95' və 'AI-98' benzini niyə özü istehsal etmir? Ekspert səbəbləri izah edir
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

SOCAR 'AI-95' və 'AI-98' benzini niyə özü istehsal etmir? Ekspert səbəbləri izah edir (2021)

İyulun 13-də gecə saatlarında Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti artıb. Adıçəkilən benzin növləri Azərbaycanda istehsal edilmir və xaricdən idxal olunur.

"SOCAR Petroleum" QSC-dən "Turan"a bildirilir ki, ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi Aİ-95 "Premium" və Aİ-98 "Super" markalı benzinin payına düşür.

"Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir",- QSC-dən belə deyilir.

Rəsmi qurumlar, adətən, bu cür durumlarda ölkədə sözügedən benzin növlərinin qiymətlərini bazarın tənzimlədiyini və dövlətin buna müdaxilə etmədiyini bildirirlər.

İ.Şaban
İ.Şaban

"...beş aydır benzini zərərlə satırdı?"

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın qənaətincə, Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin artmasına əsas var idi: "Sonuncu dəfə ötən ilin sentyabrında benzinin qiyməti qalxanda neftin qiyməti 75 dollar idi, bu il yanvarın axırında neftin qiyməti 90, martda 135 dollara qalxmışdı. Ondan sonrakı dövrdə neftin orta qiyməti 105 dollar idi. 10 gün ərzində neftin qiyməti qalxırsa, neftayırma zavodları qiymətlərin korreksiyasını edir".

Ekspert bir məqama diqqət çəkir - bu müddət ərzində neftin bir barelinin qiyməti 30 dollar qalxdığı halda, benzinin qiymətində niyəsə indi dəyişiklik edilir: "Neft 40 faiz bahalaşdığı müddətdə benzinin qiyməti niyə qalxmayıb? Təəccüblü şey odur. Qiymət dövlət tərəfindən tənzimlənmirsə, bu müddət ərzində qiymətləri əvvəlki səviyyədə necə və nəyin hesabına saxlayıblar? Əgər rəsmi qurumların dediyi kimi, bu növ benzinin qiymətlərini bazar tənzimləyirsə, benzinin qiyməti artıq fevralda qalxmalı idi. Belə çıxır ki, ölkədə həmin benzinin satışını həyata keçirən şirkət beş aydır onu zərərlə satırdı?..".

R.Həsənov
R.Həsənov

"Bu məhsulu Azərbaycana bir şirkət gətirir"

İqtisadçı Rəşad Həsənovun fikrincə, Azərbaycan vətəndaşları Aİ-95 və Aİ-98 markalı benzinə də bazarda qiymətləri tənzimlənən digər mal və xidmətlərlə eyni münasibəti sərgiləməlidir: "Belə bir yanaşma var ki, həmin növ benzinlərin qiymətlərini Tarif Şurası tənzimləmir, bu məhsullar idxal olunur və onların qiymətini bazarda sahibkar müəyyən edir. Amma dövlət inflyasiya ilə mübarizədə əlində olan bütün alətlərdən istifadə etməlidir, o cümlədən bu növ məhsullar daxil".

Ekspert yada salır ki, 2012-2013-cü illərdə Azərbaycan hökuməti Aİ-95 və Aİ-98 markalı benzinlərin ölkədə istehsalı ilə bağlı mövqe ortaya qoysa da və yerli neft emal zavodunun müasir tələblərə uyğunlaşdırılması üçün təmirə başlasa da, bu günə qədər heç bir uğur əldə edilməyib: "Son məlumata görə, 2023-cü ildə zavod təhvil veriləcək, amma böyük ehtimalla orda hələlik yalnız Aİ-95 benzininin istehsalı mümkün olacaq. İstənilən halda Tarif Şurası yaxın üç-dörd ildə sözügedən markalı yanacaq növlərinin qiymətlərini sabit saxlaya bilməyəcək".

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

R.Həsənovun sözlərinə görə, benzin qiymətlərinin qalxması ilə bağlı verilən izahatlar bir tərəfdən başa düşülən olsa da, uyğun olmayan məqamlar da var: "Təbii, dünyada neft qiymətləri bahalaşıb, bu da idxal olunan benzinin qiymətinə təsir göstərir. Amma bazarda ədalətlilik prinsipinin təmin edilməməsi əsas problemlərdən biridir. Bazarda rəqabət yoxdur, bu məhsulu Azərbaycana bir şirkət gətirir. Bu da qiymətlərin rəqabətlilik prinsipi əsasında formalaşmasının qarşısını alır. Əgər bu məhsulun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmirsə, o zaman müvafiq bazar prinsipləri təmin olunsun, oyunçuların sayının artırılması istiqamətində yaradılan süni maneə aradan qaldırılsın. Bu da optimal qiymətin tapılmasına gətirib çıxaracaq və insanların xeyrinə olacaq".

Yanacaqdoldurma məntəqələrində Aİ-95 növ benzinin 1 litrinin qiyməti 2, Aİ-98 markalı benzinin qiymətisə 2.30 manata satılmaqdadır.

XS
SM
MD
LG